Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-332/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(006)-27/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qərardaddan borclu Maraqlı şəxs verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3062/2021 saylı qətnaməsi ilə onun xeyrinə tutulmalı olan 336.000 manat pul məbləğinin istehlak qiymətləri indeksi səviyyəsinə uyğun olaraq indeksasiya olunmasını xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3062/2021 saylı qətnaməsi ilə tələbkarın xeyrinə tutulmalı olan pul məbləğinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün indeksasiya edilməklə borclu Maraqlı şəxs 19.550,50 manat məbləğində pulun tutularaq tələbkara ödənilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın borclu Maraqlı şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini qərara almışdır. Borclu Maraqlı şəxs həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və tələbkarın verdiyi ərizəyə yenidən baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Rayon Məhkəməsi həmin prosessual normanın tələbinə düzgün olaraq əsaslansa da, nəzərə almamışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə əsasında verilmiş “İcra vərəqəsinə” əsasən tələbkarın xeyrinə tutulmalı olan pul məbləği təkcə borclu Maraqlı şəxs deyil, həmçinin həmin iş üzrə cavabdeh olmuş digər borclu X4 da (müştərək) qaydada tutulmalıdır. Lakin tələbkarın verdiyi ərizədə indeksasiyanın yalnız borclu Maraqlı şəxs münasibətdə həyata keçirilməsi xahiş olunmuş, ərizəni təmin etmiş Rayon Məhkəməsi isə bunun səbələrini araşdırmamış və bu hala hüquqi qiymət verməmişdir. Bu baxımdan göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və tələbkarın verdiyi ərizəyə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Borclu Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qərardad ləğv edilsin. X1 ərizəsinə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-332/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-332/2025
22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver