Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-333/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Tələbkar “xxxx” ASC –nin nümayəndəsi X2, Borclu Borclu iştirakı ilə, Bakı şəhəri Səbail rayon məhkəməsinin 8(009)-60/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Sonradan tələbkar “xxxx” ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə baxılmasının məhkəmə iclasına təyin edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)- 60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013- cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadından borclu Borclu şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı prosessual pozuntularla qəbul edilməklə heç bir araşdırılma aparılmamışdır.Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətin geri qaytarılmasını qərara aldığı halda, həmin qərardadın ləğv etməsinin səbəblərini Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadında əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı Borclu şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tələbkar “xxxx” ASC–nin nümayəndəsi X3 şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ləğv olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tələbkar “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən mövqeyini belə əsaslandırmışdır ki, “ünvan 2xli icra sənədi qismən icra edildiyindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə 28.04.2017-cı il tarixdə qərar qəbul edilmişdir.ünvan 2xli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qərar 28.04.2017-ci il tarixdə qəbul edilsə də, “xxxx” ASC həmin qərarın ləğv edilməsi ilə bağlı 3 il keçdikdən sonra yəni 19.02.2021-ci il tarixdə məhkəməyə şikayətlə müraciət etmiş və göstərilən şikayətlə 3 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini əsaslandırmamışdır.Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsə də, tələbkar “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi “xxxx” ASC tərəfindən verilmiş şikayətdə zidiyyətlər mövcuddur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır.” Sonradan tələbkar “xxxx” ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə baxılmasının məhkəmə iclasına təyin edilməsi, daha sonra Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013- cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsə də, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Odur ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsi 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə tələbkar “xxxx” ASC-nin şikayətinin ziddiyyətli olması, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə istinad edərək (Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.) tələbkar “xxxx” ASC-nin şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bundan sonra tələbkar “xxxx” ASC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadının ləğv edilməsini və şikayətlərinə yenidən baxılmasını xahiş etmişdir.Kollegiya bir daha qeyd edir ki, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” deyil, “İcra sənədinin geri qaytarılması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir.Lakin tələbkar “xxxx” ASC-nin şikayətində qeyd edilən qeyri-müəyyənlik aradan qaldırılmamış, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə baxılmasının məhkəmə iclasına təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi, məhkəmə baxışın predmeti tələbkar “xxxx” ASC-nin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” deyil, “İcra sənədinin geri qaytarılması barədə” İcra Probasiya Şöbəsinin qərarının ləğv edilməsinə dair Şikayəti olmuşdur. İş materiallarının 41-ci səhifəsindən görünür ki, tələbkar “xxxx” ASC–nin nümayəndəsi X3 ərizə ilə Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarovaya 17.05.21ci il tarixdə ərizə ünvanlayaraq ünvan 2xli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 20178-cı il (ərizədə 28 aprel .20178-ci il qeyd edilmişdir) tarixli qərarın ləğv edilməsi xahiş olunmuş, lakin ərizədə də nə barədə qərarın ləğv olunmasının xahiş edildiyi qeyd edilməmiş, ləğv olunması xahiş olunan qərarın qəbul edildiyi ay və gün “28 aprel.”, il isə “20178-ci il” qeyd edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013- cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Halbuki, Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsindən Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi xahiş edilməmişdir, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” deyil, “İcra sənədinin geri qaytarılması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 02 mart 2021-ci il tarixli, 8(009)-60/2021 saylı tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən mövqeyini həmçinin, belə əsaslandırmışdır ki, “Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.” Lakin, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)- 60/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin 28.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013- cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınarkən həmçinin aşağıda qeyd edilənlər nəzərə alınmamışdır: Belə ki, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək “İcra sənədinin geri qaytarılması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir və həmin ərizəyə “qoşma” olaraq Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 20178-cı il tarixli qərarın surəti əlavə olunduğu qeyd edilmişdir.(İş materiallarının 2-ci vərəqi və Qərar-5-ci vərəqi). Daha sonra iş materiallarından görünür ki, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərkən ərizəyə “qoşma” olaraq Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 20178-cı il tarixli qərarın surətini əlavə etdiyini qeyd edərək Qərarın surəti (iş materiallarının-5-ci vərəqi) şikayətə əlavə olunaraq məhkəməyə 19 fevral 2021-ci il tarixdə təqdim edildiyi halda, tələbkar “xxxx” ASC Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-cı il tarixli qərarın surətini əldə etmək üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə 29.04.2021-ci il tarixdə müraciət edərək Qərarın surətini həmin vaxt əldə etdiklərinin sübutu kimi ərizə və “Courrier service” şirkətinin sürətli çatdırılma qəbzini (İş materiallarının 33-cü və 34-cü vərəqi) məhkəməyə təqdim etmişlər.Buna istinad edərək tələbkar “xxxx” ASC Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin mübahisələndirdiyi qərarını 30.04.2021-ci il tarixdən sonra əldə etdiklərini iddia edirlər.Halbuki, Kollegiya bir daha qeyd edir ki, tələbkar “xxxx” ASC 19 fevral 2021-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərkən ərizəyə “qoşma” olaraq Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-cı il tarixli qərarın surətini əlavə etdiyini qeyd edərək Qərarın surəti (iş materiallarının-5-ci vərəqi) şikayətə əlavə olunaraq məhkəməyə 19 fevral 2021-ci il tarixdə təqdim edilmişdir. Səbail rayon məhkəməsi bütün yuxarıda qeyd edilənlərə baxmayaraq iş materiallarının 41-ci səhifəsində olan tələbkar “xxxx” ASC–nin nümayəndəsi X2 Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarovaya ünvanladığı 17.05.21-ci il tarixli ərizəni əsassız olaraq dəqiqləşmiş tələb kimi qəbul etmiş, ünvan 2xli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-cı il tarixli Qərarı isə tələbkar “xxxx” ASC–nin 30 aprel 2021-ci il tarixdən sonra əldə etməsi, bununla da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.”) məhkəməyə şikayət etmə müddətinin ötürülməməsi kimi yanlış nəticəyə gəlməklə 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardad qəbul etmişdir. Halbuki, Səbail rayon məhkəməsi iş materiallarının 41-ci səhifəsində olan tələbkar “xxxx” ASC–nin nümayəndəsi X2 Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarovaya ünvanladığı 17.05.21-ci il tarixli ərizəni dəqiqləşmiş tələb kimi (lakin ərizədə də nə barədə qərarın ləğv olunmasının xahiş edildiyi qeyd edilməmiş, ləğv olunması xahiş olunan qərarın qəbul edildiyi tarix “28 aprel.” il isə “20178-ci il” qeyd edilmişdir.) qəbul etdiyi halda, yuxarıda qeyd edilənlərə əsasən, artıq 17.05.21-ci il tarixdə tələbkar “xxxx” ASC–nin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən məhkəməyə şikayət etmə müddətini ötürmüş olmasına qiymət verməli idi. Beləliklə, Kollegiya hesab edir ki, yuxarıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ləğv olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə bu qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə almaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 8(009)-60/2021 saylı qərardadı ləğv olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-197/2013 saylı 18.02.2013-cü il tarixli icra sənədi üzrə icra sənədinin geri qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev tərəfindən qəbul edilmiş 28 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar “xxxx” ASC-nin şikayətinə bu qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə almaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-333/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-333/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver