Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-333/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 iyun 2025-ci il tarixli, 8(103)-259/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı «Fiat 500 Abarth» markalı avtomobilin üzərinə həbs qoyulması və yerinin müəyyən edilərək müvəqqəti saxlama duracağına yerləşdirilməsinə dair barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-259/2025 saylı qərardadı ilə Borclu məxsus olan 2012-ci il buraxılışlı **-EC-*** dövlət qeydiyyat nişanlı «Fiat 500 Abarth» minik markalı avtomobilin (BAN nömrəsi 3C3CFFFH5CT339389) üzərinə həbs qoyulması və müvəqqəti saxlama duracağına yerləşdirilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 259/2025 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-259/2025 saylı qərardadı ilə Borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(006)-259/2025 qərardadından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-259/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə Borclu elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan şikayət isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət Borclu tərəfindən ötürülmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, apellyasiya şikayətini verən Borclu tərəfindən məhkəməyə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-259/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ona məhkəmənin 26 may 2025-ci il tarixli məktubu ilə təqdim edilmişdir. (Şikayət həmin məktub əlavə edilir). Məhkəmə qərardadından şikayət müddəti xx.xx.2025-ci il tarixdə bitir. Buna baxmayaraq məhkəmə qərardadından şikayət xx.xx.2025-ci il tarixdə məhkəmə elektron sistem vasitəsi ilə təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxili qərardadı ilə qərara alınmışdır ki, Borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-259/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin qərardadından apellyasiya şikayətinin geri qaytarılmasını səbəbi kimi göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-259/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə Borclu elektron kabenitinə yerləşdirilmiş, şikayət isə xx.xx.2025-ci il tarixdə verildiyindən müddət bir gün ötürülmüşdür. Onun elektron kabinetində №8(006)-259/2025 nömrəli iş üzrə iki məlumat yerləşdirilmişdir. Birinci xx.xx.2025-ci il tarixdə “8(006)-259/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli Qərardad elektron kabinetdə yerləşdirildi” yazılmışdır. İkinci məlumat xx.xx.2025-ci il tarixdə “8(006)-259/2025 nömrəli işdə Məhkəmə aktı Proses iştirakçısına xx.xx.2025 09:57 tarixində imzalandı” yazılmışdır. Ona göndərilən qərardadın məktubu da xx.xx.2025-ci il tarixi ilə imzalanmışdır. Buna görə hesab edir ki, qanunla müəyyən edilən 10 gün müddəti ötürməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(103)-259/2025 saylı, 20 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı Borclu elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Mülki prosessual qanunvericiliyin təhlilindən və hazırkı işin hallarından belə qənaətə gəlmək olur ki, hazırki şikayətin təmin edilməməsi borclunun məhkəmə müdafiəsi hüququna həddən artıq sərt yanaşma kimi qiymətləndirilə bilər. Belə ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli Qərarı). Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(103)-259/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-8(103)-259/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(103)-259/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qismən ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-8(103)-259/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadından Borclu verdiyi şikayət mümkün hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-333/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-333/2025
15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver