Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-335/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, “əmlak üzərinə həbs qoyulması barədə” Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatının qismən təmin edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından icra məmurunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(008)-946/2018) ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin Borclu tutularaq tələbkar X1 ödənilməsi, habelə 30 manat məbləğində pulun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və qətnamə əsasında xx.xx.3018-ci il tarixdə tərtib olunmuş icra vərəqəsi icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edərək icra sənədinin icrası ilə bağlı Borclu məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə, habelə Qobustan rayonu, Xilmili kəndində yerləşən 12,801 ha, 2 ha, 26387 ha və 2 ha ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin borcluya aid payın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə təqdimatı qismən təmin etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərinə həbs qoymuş, qalan hissədə təqdimatı təmin etməmişdir. İcra məmuru həmin qərardaddan Rayon Məhkəməsinə şıkayət verərək qərardadın ləğv edilməsini və təqdimatın tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi təqdimatı qismən də olsa təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, borclunun aliment borcu 3.150 manat təşkil edir. Bu səbəbdən təqdimatda qeyd edilən bütün torpaq sahələri üzərinə həbs qoyulmalıdır. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, iş materialları ilə, birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-946/2018 №-li mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cəmi 300 manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq, Borclu tələbkar Borclunın xeyrinə tutulmalıdır. Borclu qətnaməni lazımi qaydada icra etmir və bu səbəbdən onun 3.150 manat məbləğində aliment borcu yaranmışdır. Bunları nəzərə alan icra məmuru hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə borclunun əmlakına məhkəmə tərəfindən həbs qoyulmalıdır ki, o, məcburi icra hərəkətlərini həyata keçirə bilsin. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, “İcra haqqında” Qanunun 44.1.3-cü maddəsinin mənasına görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülür. Qanunun 43.1.1-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qanunun 50.1-ci maddəsinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu adına Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, habelə Qobustan rayonu, Xilmili kəndində yerləşən 12,801 ha, 2 ha, 26387 ha və 2 ha ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar edilmişdir. Göründüyü kimi, Qobustan rayonu, Xilmili kəndində yerləşən 12,801 ha, 2 ha, 26387 ha və 2 ha torpaq sahələri borclunun və başqa şəxslərin ümumi birgə mülkiyyətində, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi isə borclunun tam mülkiyyətində olan əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Məcəllənin 224.2-ci maddəsinə görə, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin üzərinə həbs qoyulması, Borclu borcuna hər hansı aidiyyəti olmayan digər birgə mülkiyyətçilərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimata baxmış Rayon Məhkəməsi haqlı olaraq yalnız Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərinə həbs qoymuşdur. Məhkəmə həmçinin hesab edir ki, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin dəyərinin Borclu 3.150 manat məbləğində borcun ödənilməsi üçün yetərli olmamasını sübut etmək vəzifəsi icra məmurunun üzərinə düşür. Lakin icra məmuru bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-335/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-335/2020
05.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver