Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-335/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)- 11179/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11179/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün borclu ilə tələbkar arasında bağlanmış 23 avqust 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 may 2021-ci il tarixli qərardadı ilə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizə təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılmışdır. Bundan sonra Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün “prosessual müddətin bərpa edilməsi” barədə ərizə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, şikayət mövzusu olan qərardad 23 avqust 2022-ci il tarixdə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan şikayət isə 06 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərardaddan tələbkar tərəfindən şikayət vermək üçün son gün olan - 03 sentyabr 2022-ci il tarix qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən, şikayət vermək üçün son gün 05 sentyabr 2022-ci il tarix olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Bununla belə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 qərardaddan şikayəti 06 sentyabr 2022-ci il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayət üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qiymət vermədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxdıqdan sonra baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-335/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-335/2022
10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver