Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-335/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə ödənilməli aliment məbləğinin 50%-nin 25 iyul 2018-ci il təvəllüdlü X1 adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Borclu 25 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq Borclu qazancının və ya başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Hər ay Borclu tərəfindən X1 tələbatını təmin etmək üçün 220 (iki yüz iyirmi) manat aliment Tələbkar ödənilməklə xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2022-ci ilə qədər ümumi olaraq 3500 (üç min beş yüz) manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, borclu aliment öhdəliklərindən boyun qaçırmır, sadəcə xx.xx.2018-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixədək, yəni işlədiyi müddət ərzində qazandığı əmək haqqının 1/4 hissəsi üzrə ödənişi həyata keçirə bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-245/2024 saylı qərardadı ilə ərizə təmin olunaraq, Nizami Rayon Məhkəməsinin 2(007)-50/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra üsulu dəyişdirilmiş, icra sənədi üzrə ümumi borc olan 69079 manat pul vəsaitinin ½ hissəsi, yəni 34540 manat pul vəsaitinin X2 "xxxx" ASC-də mövcud depozit hesabından yetkinlik yaşına çatmayan X1 adına açılacaq bank hesabına köçürülməsi, aliment borcunun qalan yarısını təşkil edən 34540 manat pul vəsaitinin 3000 manat hissəsinin birdəfəlik qaydada Tələbkar ödənilməsi, qalan 31540 manat məbləğin isə X3 yetkinlik yaşına çatanadək hər ay 235 manat və əlavə olaraq hər ay yığılmış aliment borcundan 500 manat olmaqla, hər ay cəmi 735 manat (235+500) məbləğində pul vəsaitinin X4 tərəfindən Tələbkar ödənilməsi, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı Borclu tərəfindən həmin icra sənədi üzrə edilmiş ödənişlərin nəzərə alınması qərara alınmışdır. Tələbkar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)- 245/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu xarici ölkədədir. Xarici ölkəyə daimi yaşamaq üçün getdikdə belə aliment tutulması qaydası müəyyənləşdirilə bilərdi. Lakin borclu istənilən formada öhdəliyini icra etməkdən yayınmışdır. Hazırkı vəziyyətdə uşağın mənafeyinə ən uyğun forma birdəfəlik üsul ilə icra sənədi üzrə ümumi borcun ödənilməsidir. Qalan hissədə isə sabit pul məbləği nəzərdə tutula bilər ki, onun belə gələcəkdə icra edilməsi sual altındadır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulmuş məsələ ödəniləcək alimentlə bağlıdır. Onun hazırkı tələbinin predmetini uzun illər ərzində öhdəliyin icra edilməməsi nəticəsində formalaşmış ümumi borc məbləği təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, birinci instansiya məhkəməsi nin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023cü il tarixli, 04/2023 saylı qərardadında göstərilmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur...Həmçinin, alimentin ödənilməsinin müvafiq icra qaydası müəyyən edildikdən sonra uşaqların mənafeyi nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan şəxslərin bu barədə müraciətləri də eyni qaydada, yəni MPM-nin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Borclunun müraciətindən görünür ki, borclu yığılmış aliment borcunun uşağın adına açılmış bank hesabına köçürülməsini xahiş edir. Tələbkar isə buna etiraz edir, uşağın maraqlarına uyğun olmadığını bildirir. Kollegiya işdə olan sənədləri öyrənərək və ərizəçinin müraciətini araşdıraraq belə qənaətə gəlir ki, qətnamənin icra üsulunun birinci instansiya məhkəməsinin müəyyən etiyi qaydada dəyişdirilməsi nə uşağın, nə də tələbkarın mənafeyi baxımından yolverilən deyildir. Əvvəla, icra işinin materiallarından görünür ki, ərizəçi alimenti mütəmadi olaraq ödəməmiş, bu dövrdə uşağın bütün təlabatını anası olan tələbkar qarşılamışdır. Uşağın adına açılması nəzərdə tutulan hesaba daxil edilməli məbləğ hər ay dövriliklə ödənilməli olan aliment deyil, bu günədək ödənilməmiş aliment borcudur. Hansı ki, həmin borc tələbkarın uşağın qida, təhsil, geyim və digər zəruri ehtiyaclarının ödənilməsi üçün artıq xərcləmiş olduğu vəsaitin əvəzidir. Bu baxımdan yığılıb qalmış aliment borcunun uşağın adına açılacaq bank hesabına köçürülməsi tələbkarın əmlak mənafelərinə ziddir. Bundan əlavə, ərizəçi atası tərəfindən həmin hesaba aliment ödənilməsini bildirir. Nəzərə alınmalıdır ki, ərizəçinin atası icra işində borclu (tərəf) deyildir və məhkəmə tərəfindən onun üzərinə hər hansı öhdəlik qoyula bilməz. Borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin atası, yaxud hər hansı digər şəxs icra sənədinin icrası zamanı Borclu üzərinə qoyulmuş öhdəlikləri onun əvəzindən yerinə yetirməkdə sərbəstdirlər və bu, onlara sonradan borcluya qarşı reqres qaydada ödədikləri məbləği geri tələb etmək hüququ verir. Lakin işə baxan məhkəmə tərəfindən icra sənədinin icrası ilə bağlı onların üzərinə belə bir öhdəlik qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərardadı ləğv olunsun. Borclu nümayəndəsi və vəkili Vəkil qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin olunmasın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-335/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-335/2024
16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver