Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-337/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Maraqlarına toxunan üçüncü şəxs Maraqlı şəxs Krəm qızının (həmçinin Borclu nümayəndəsidir), onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(102)- 4713/2019 saylı icra sənədi üzrə Borclu arvadı Maraqlı şəxs məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına əsasən qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-337/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadından Borclu və maraqlarına toxunan üçüncü şəxs Maraqlı şəxs Krəm qızının nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu arvadı Maraqlı şəxs məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,046 ha. olan həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(102)-4713/2019 saylı qərarı əsasında verilmiş icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu alınaraq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərardadına əsasən Borclu məxsus, Hacıqabul şəhəri, Nəsimi küçəsi, 36 saylı evin üzərinə həbs qoyulmuşdur. İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən həmin evin dəyəri 23500 manat müəyyən edilmiş, “X2” MMC tərəfindən keçirilmiş hərracda 21150 manata icra sənədi üzrə tələbkara satılmışdır. Hazırda icra sənədi üzrə borcun məbləği 5269 manat təşkil edir. Borclunun adına başqa əmlak müəyyən edilmədiyindən tələbin onun arvadı X1 məxsus, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,046 ha. ölçülü torpaq sahəsinə yönəldilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-337/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan Borclu və maraqlarına toxunan üçüncü şəxs Maraqlı şəxs Krəm qızının nümayəndəsi ayrı-ayrılıqda şikayət versələrdə, şikayətlərini eyni məzmunla əsaslandıraraq bildirmişlər ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,046 ha. olan həyətyanı torpaq sahəsi Maraqlı şəxs məxsusdur və onun mülkiyyətindədir. Yəni həmin əmlak onunla borclunun birgə nikah dvründə əldə etdikləri əmlak satusunda deyildir. Həmçinin, qeyd edirlər ki, həmin əmlak birgə nikah dövründə alınmış əmlak olsaydı belə həmin əmlak üzərində onların payları müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs, həmçinin onun nümayəndəsi və vəkili izahatlarında sözügedən əmlakın Maraqlı şəxs anasından miras qaldığını bildirərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Binəqədi rayon icra və probasiya şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına səbəbləri barədə məlumat vermədən gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxlması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2019cu il tarixli, 2(102)4713/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına sərf etdiyi tikinti və inşaat materiallarının dəyəri olan 26399 manat və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu alınaraq Tələbkar ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 8(001)-1337/2019 saylı qərardadından görünür ki, Borclu məxsus, Hacıqabul şəhəri, Nəsimi küçəsi, 36 saylı evin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, Borclu məxsus Hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 23500 manat təşkil edir. İş materiallarında olan “X2” MMC tərəfindən təşkil olunmuş 14 sentyabr 2020-ci il tarixli “hərracın yekunları barədə” 54 sayl ıprotokolundan görünür ki, Borclu məxsus hacıqabul şəhəri, Nəsimi küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi 21150 manata Tələbkar satılmışdır. İş materiallarında olan Şəxsi kartoçka elektron çıxarışından görünür ki, Maraqlı şəxs adına Abşeron rayonu, Məmmədli kəndində0,046 ha. ölçülü torpaq sahəsi qeydiyyata alınmışdır. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarının mənasına görə, məcburi icra tədbiri qismində borclunun əmlakı üzərinə o halda həbs qoyula bilər ki, həmin əmlakı satmaq yolu ilə tələbin ona yönəldilməsi mümkün olsun. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Belə ki, icra məmuru borclunun həyat yoldaşının adına qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,046 ha. olan həyətyanı torpaq sahəsinin borclunun birgə nigah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirərək müvafiq təqdimatla məhkəməyə müraciət etmiş, məhkəmə də məhz həmin əsasla təqdimatın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, təqdimata əlavə edilmiş sənədlərdən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,046 ha. olan həyətyanı torpaq sahəsinin borclunun yoldaşının adına qeydiyyata alındığı məlum olur və həmin əmlakın ümumiyyətlə birgə nikah dövründə əldə edilmiş əmlak statusunda olduğu müəyyən edilmir. Mülki Məcəllənin 225.5-ci maddəsinə görə isə, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Xüsusilə nəzərə alınmalıdır ki, maraqlarına toxunan üçüncü şəxs həmin torpaq sahəsinin ona vərəsəlik hüququ əsasında keçdiyini iddia edir. Ailə Məcələsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-337/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin, habelə maraqlı şəxsin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları, həbs qoyulması xahiş edilən əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak statusuna məxsus olub-olmamasını araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-337/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-337/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-337/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver