Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-338/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Tələbkar, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadından X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsini və ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili üzərindən həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəmsəinin 2(004)-4436/17 saylı, 27.06.2018-ci il tarixli və 2(004)-4960/17 saylı, 17.10.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X10 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə Tələbkar verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilmişdir. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet elektron məlumatına əsasən kommersiya qurumu olan "xxxx" Fərdi Firması (vöen **********) təşkilati-hüquqi forması kooperativ deyil, digər kommersiya təşkilatıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqhğmı bir şəxs yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Reyestr məlumatlarından da göründüyü kimi "xxxx" Fərdi Firması kooperativ deyil kommersiya təşkilatıdır. Belə ki, kooperativ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada dövlət qeydiyyatından keçirilir və həmin vaxtdan hüquqi şəxs statusu alır, kooperativin yaradılması və fəaliyyəti Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə olan halda hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasov 19.03.2021-ci il tarixli qərarı əsassız olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin X1 üzvü olaraq pay haqqı ilə əldə etməsi nəticəsinə gəlmişdir. Həmçinin xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildə X6 ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilir. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 49.2-ci maddəsinə əsasən Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəlişəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 11 saylı protokolun 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə X4 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Qərardaddan borclunun nümayəndəsi, eyni zamanda vəkili şikayət verərək qərardadın ləğv edilməsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, borclu öz yaşayış yerini müəyyən müddətə tərk etdiyindən bu hal üzərinə həbs qoyulmuş evin onun yeganə yaşayış yeri olması faktını inkar etmir. Digər tərəfdən birinci instansiya məhkəməsi qərardadında - müvafiq məhkəmə qərardadı ilə borcluya məxsus Tamam fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması artıq qərara alınmış və həmin qərardad da hal-hazırda qüvvədə olmasına istinad etmişdir. Lakin Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinda məhkəmə qətnaməsindən bəhs edilir, hazırki vəziyyətdə məhkəmə qətnaməsi deyil, qərardadı mövcuddur və buna görə də bu qərardad başqa məhkəmə prosesində məcburi deyildir. Həmçinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet elektron məlumatına əsasən kommersiya qurumu olan Tamam fərdi firması təşkilati-hüquqi forması kooperativ deyil, digər kommersiya təşkilatıdır. Belə ki, kooperativ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada dövlət qeydiyyatından keçirilir və həmin vaxtdan hüquqi şəxs statusu alır, kooperativin yaradılması və fəaliyyəti Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə olan halda hesab edilir ki, əsassız olaraq icra məmurunun qərarı ilə Tamam fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (ikinci blok) 60 saylı mənzilin borclunun kooperativ üzvü olaraq pay haqqı ilə əldə etməsi nəticəsiinə gəlmişdir. Həmçinin qeyd olunan mənzildə borclu ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı 11 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə şikayətinin dəlillərinə uyğun izahat verməklə, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar şikayətə etiraz edərək, əlavə olaraq bildirdi ki, borclu tərəfindən qanuni qüvvəsini almış qətnamənin icrasına dair hər hansı hərəkət edilməmiş, bununla bağlı hər hansı ödəniş etməmişdir. Hazırki şikayətləri isə sadəcə icranın vaxıtının yubadılması məqsədi daşıyır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi eyni zamanda vəkili Vəkil da şikayətin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan "xxxx" Fərdi Firması ilə X17 arasında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqısına dair 16.01.2012-ci il tarixli, 16-01/2012 saylı saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" Fərdi Firması Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 1054-cü məhəllədə yerləşən J (2-ci) blokunun 6-cı mərtəbəsində yerləşən 60 nömrəli mənzili alıcı X12 verməyi, alıcı isə mənzilin dəyərini pay haqqı müəyyənləşdirilən mərhələlər üzrə və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" Fərdi Firmasının 16.01.2012-ci il tarixli maliyyə arayışından görünür ki, X17 "xxxx" Fərdi Firması ilə bağladığı 16.01.2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən ünvan 3 ünvanındakı evin J blokundakı 192 kv.m-lik 3 otaqlı 60 saylı mənzilin dəyərini tam ödəmiş və pay borcu yoxdur. İş materiallarında olan bir neçə icra sənədinin birləşdirilməsi haqqında 17.10.2018ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, 11.07.2017-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4960/17 saylı, 17.10.2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov təqdimatla məhkəməyə müraciət edərək X6na məxsus "xxxx" fərdi firması tərəfindən inşa edilən ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J(2-ci blok) 60 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli 8(004)-1411/2018 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə yuxarıda qeyd olunan mənzil "xxxx" MMC-nin rəyi ilə 286050 manata qiymətləndirilmişdir. Bundan sonra həmin mənzil borc əvəzi olaraq 25.02.2019-cu il tarixdə tələbkara təklif edilmişdir. X4 nümayəndəsi və vəkili X19 icra məmurunun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında 25.02.2019cu il tarixli qərarından şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 8(004)- 358/2020 saylı, 01.09.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra X10 nümayəndəsi və vəkili X8 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Əsgərovun borclu X12 məxsus ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J(2-ci blok) 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, icra məmuru tərəfindən qəbul edilmiş “borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında” 25.02.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icra icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-417/2020 saylı, 16.10.2020-ci il tarixli qərardadından görünür ki, şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2020 saylı, 01.09.2020-ci il tarixli qərardadı ləğv edilmiş, ərizə qismən təmin edilərək ünvan 5 ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilin qiymətləndirilməsinə dair Yasamal rayon icra şöbəsinin icra məmuru Ruslan Əsgərovun hərəkətləri qanunsuz hesab edilmiş; borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında Yasamal rayon icra şöbəsinin icra məmuru Ruslan Əsgərovun 25.02.2019-cu il tarixli qərarı ləğv edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, 28.12.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, X6na məxsus "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. 13 yanvar 2021-ci il tarixdə X4 nümayəndəsi X2 rayon məhkəməsinin 8(004)- 880/2020 saylı, 28 dekabr 2020-ci il tarixli qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-75/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı ilə X4 nümayəndəsi X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, 28 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsini böyük icra məmuru X18 19.03.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/2017 saylı 27.06.2018-ci il tarixli və 2(004)-4960/2017 saylı, 17.10.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X10 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 6 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə Tələbkar verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilmişdir. "xxxx" Fərdi Firmasının 24.05.2021-ci il tarixli məktubundan görünür ki, X17 "xxxx" Fərdi Firması ilə imzaladığı 16.01.2012-ci il tarixli, 16-01/2012 saylı müqaviləyə əsasən "xxxx" Fərdi Firmasının inşa etdiyi, ünvan 7 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili onun adına rəsmiləşdirilmiş və mənzil X12 təhvil verilmişdir. "xxxx" Fərdi Firması tərəfindən verilmiş 16.01.2012-ci il tarixli maliyyə arayışına əsasən “Alıcı” X17 mənzilin dəyərini tam olaraq ödəmişdir və borcu yoxdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 25.02.2019-cu il tarixli Qərarı icra olunması üçün "xxxx" Fərdi Firmasına göndərilmişdir. Qərar tərəflərindən icra edilərək J (2-ci blok) 60-cı mənzil Tələbkar adına rəsmiləşdirilmişdir. Həmçinin "xxxx" Fərdi Firması 01 iyul 1994-cü il tarixli Müəssisələr Haqqında qanununa müvafiq olaraq yaradılmış hüquqi şəxsdir. Nizamnaməsində hüquqi şəxsin forması fərdi firma olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti şöbəsinin 18.06.2020-ci il tarixli məktubundan görünür ki, X3 dəfə dövlət sərhəddindən hərkəti barədə İAMAS bazasında 02.09.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi qeyd alınmışdır. X15 ********* saylı, P seriyalı ümumvətəndaş pasportunun surətindən görünür ki, Hüseyn Hüseynov 03.06.2011-ci il tarixdə Nyu York şəhərində anadan olmuşdur. İş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 8(103)-417/2020 saylı, 16.10.2020-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-358/2020 saylı, 01.09.2020-ci il tarixli qərardadı X12 məxsus ünvan 8 ünvanında yerləşən "xxxx" Fərdi Firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilinin xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməməsi, X11 borcuna görə tutmanın yalnız onun "xxxx" Fərdi Firmasında olan kooperativ üzvünün payına yönəldilə biləcəyi əsası ilə ləğv edilərək, borcluya məxsus əmlakın borc əvəzi kimi tələbkara verilməsi haqqında Yasamal rayon icra şöbəsinin icra məmuru Ruslan Əsgərovun 25.02.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Daha sonra müvafiq qərardan çıxıs edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, 28.12.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, X6na məxsus "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin 8(103)- 75/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı ilə X4 nümayəndəsi X7 tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, 28 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-75/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı qanuni qüvvəsini almışdır. Bundan sonra Bakı şəhəri Yasamal rayon icra şöbəsini böyük icra məmuru X18 19.03.2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4436/2017 saylı 27.06.2018-ci il tarixli və 2(004)-4960/2017 saylı, 17.10.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X10 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 9 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil, borcun qismən ödənilməsi hesabına iş üzrə Tələbkar verilməsi və onun adına rəsmiləşdirilməsinin "xxxx" Fərdi Firmasına həvalə edilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir. Belə ki, borclu "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilməsini qeyd etsə də, göstərilən yaşayış sahəsinin borclunun yeganə yaşayış yeri olmasını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, borclu X5 dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) 02.09.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçmişdir. Digər tərəfdən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet elektron məlumatına əsasən kommersiya qurumu olan "xxxx" Fərdi Firmasının təşkilati-hüquqi formasının kooperativ deyil, digər kommersiya təşkilatı olması və bununla da Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021ci il tarixli qərarında əsassız olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin X1 üzvü olaraq pay haqqı ilə əldə etməsi nəticəsinə gəlməsinə dair dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq məhkəmə qərardadı ilə, X6na məxsus "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması artıq qərara alınmış və həmin qərardad da, hal-hazırda qüvvədədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşır və qeyd edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Rayon Məhkəməsi ərizənin təmin edilməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev .
Məhkəmə qərarları › İş №8(103)-338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-338/2021
08.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver