Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-339/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, tələbkar “xxxx” MMC-nin direktoru X3, Borclu iştirakları ilə, tələbkar “xxxx” MMCnin, Borclu, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin torpaq sahəsinə həbs qoyulması barədə təqdimatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-350/2020 saylı iş üzrə 17.05.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 Borclu mülkiyyətində olan Salyan rayonu, Parça Xalac kəndində 2.6579 ha, sahibkarlıq torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-350/2020 saylı, 17.05.2021-ci il tarixli qərardadı ilə («İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə istinadən) təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-240/2017 saylı, 14.11.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Salyan rayonu, Parça Xalac kəndində yerləşən 2.6579 ha, sahibkarlıq torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-350/2021 saylı, 17.05.2021 -ci il tarixli qərardadının ləğv edilməsi və yaxud şikayəti baxılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə; “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.6, 50-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəllə 152-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-240/2017 saylı, 14.11.2017-ci il tarixli icra vərəqəsi mütəmadi olaraq icra olunur və onun “Bos Shelf’ şirkətində işlədiyi müddətdə borc məbləği onun əmək haqqına yönəldilərək hər ay onun əmək haqqından 50% məbləğində tutulmuşdur. Sonradan o, 15.02.2021-ci il tarixdə iş yerini dəyişmiş və şirkətdə işə düzəlmiş, lakin icra məmuruna bu barədə xəbər versə də icra məmuru tərəfindən icra vərəqəsinin surəti həmin şirkətə təqdim edilməmiş və bu səbəbdən borc məbləği onun əmək haqqından təqribən 2 ay müddətində tutulmamışdır. Lakin hal-hazırda icra vərəqəsi üzrə əmək haqqından tutulmalar davam etdirilir və bu səbəbdən onun hər hansı bir əmlakına həbs qoyulmasına ehtiyac yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-350/2020 saylı iş üzrə 10.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, şikayıt baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu apellyasiya şikayətini müdafiə edərək, icra sənədi üzrə borcun hər ay onun əmək haqqından tutulduğunu, hal-hazırda 15000 manat borcunun qaldığını, 2 il sonra torpaq sahəsinə həbs qoyulmasının məqsədə müvafiq olmadığını, barəsində ölkədən çıxma məhdudiyyətinin qoyulduğunu bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar “xxxx” MMC-nin direktoru X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Yasamal Rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26, 43- 50; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15, 395, 396, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri üzrə qərardadın ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətdə qeyd edilən xüsusatlar üzrə qeyd edilməlidir ki, borcun hissə-hissə ödənilməsi, icra sənədinin icra üsulunun dəyişməsi və ya icra sənədinin icrasına möhlət verilməsi barədə mülki hüquqi əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 350/2020 saylı iş üzrə 17.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-339/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-339/2021
05.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver