Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-339/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri XəzərRayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 8(003)-180/2022saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndətərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3720/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin xeyrinə 282.878 ABŞ dolları məbləğində əsas borc, 43.312 ABŞ dolları məbləğində faiz borcu ödənilən vaxt manata məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X4 tutulması qət edilmişdir. Cavabdeh X4 tutulmalı olan məbləğ ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv. m yaşayış, 791.41 kv. m köməkçi sahədən ibarət 750 saylı bağ evinə yönəldilməli və evin satışından əldə olunmuş vəsait cavabdehin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli idi. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 6/5H nömrəli sifariş məktubu əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv. m yaşayış, 791.41 kv. m köməkçi sahədən ibarət 750 saylı bağ evinin ilkin satış qiyməti 190000 manat məbləğində qeyd edilməklə "xxxx" MMC-yə hərracın keçirilməsi tapşırılmışdır. "xxxx" MMC tərəfindən Y-340 saylı xx.xx.2017-ci il tarixli hərracın nəticələri haqqında yekun Protokol tərtib edilməklə icra vərəqəsi tam icra edilmiş, hərrac nəticəsində əmlakın satılmasından əldə edilmiş vəsait iddiaçı Tələbkar ASC-yə ödənilmişdir. Daha sonra Xəzər Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi ərazi aidiyyəti üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001 )-3270/2010 nömrəli icra vərəqəsi Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərmiş və icra qurumu tərəfindən icra vərəqəsində qoyulmuş tələb olaraq əmlak hərraca çıxarılaraq satışı həyata keçirilmişdir. Əmlakın boşaldılması təmin eidlmişdir. İcra vərəqəsində icra qurumu üzərinə öhdəlik qoyan əlavə icra tədbirlərin görülməsi öz əksini tapmamışdır. İcra məmuru icra olunmuş icra materiallarını məhkəməyə qaytarmaq əvəzinə yeni qərar qəbul edərək Səbail rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Həmin qərardan borclunun məlumatı olmamış, ona təqdim edilməmişdir. Səbail rayon icra şöbəsinə yaxınlaşaraq müvafiq sənədlər qeyri-rəsmi formada əldə edilmişdir. Həmin qərarda sənədlərin Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi maddi və prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. Qanunvericilik aktına istinad edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 8(003)-180/2022 saylı qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir. Qərardaddan X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 6/5H nömrəli sifariş məktubu əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv. m yaşayış, 791.41 kv. m köməkçi sahədən ibarət 750 saylı bağ evinin ilkin satış qiyməti 190000 manat məbləğində qeyd edilməklə "xxxx" MMC tərəfindən Y-340 saylı xx.xx.2017-ci il tarixli hərracın nəticələri haqqında yekun Protokol tərtib edilməklə icra vərəqəsi tam icra edilmiş, hərrac nəticəsində əmlakın satılmasından əldə edilmiş vəsait iddiaçı Tələbkar ASC-yə ödənilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 8(003)-180/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3270/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinin surətinə əsasən, Tələbkar ASC-nin Rabitə filialı ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 6 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X5 282.878 ABŞ dolları məbləğində əsas borc, 43.312 ABŞ dolları məbləğində faiz borcu ödənilən vaxt manata məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə verilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv.m. yaşayış, 791.41 kv.m. köməkçi sahədən ibarət 750 saylı bağ evinə yönəldilməsi, bağ evinin boşaldılması və açıq hərracda satılması, evin satışından əldə olunmuş vəsaitin cavabdehin Tələbkar ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 17 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv.m. yaşayış, 791.41 kv.m. köməkçi sahədən ibarət 750 saylı bağ evi açıq hərracda satılmışdır. X2 yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı Səbail rayonu ərazisində yerləşdiyi üçün icra sənədinin ərazi aidiyyəti üzrə Səbail rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3720/2020 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icra işinin materiallarından görünür ki, sözügedən icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlanılmışdır. "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y340 nömrəli yekun protokola əsasən, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsi, 750 saylı bağ evi 121125 manat qiymətinə açıq hərracdan satılmışdır. İcra sənədi “ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması və açıq hərracda satılması, evin satışından əldə olunmuş vəsaitin cavabdehin Tələbkar ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi” hissəsində icra olunduqdan sonra, qalan hissədə icra olunması üçün X2 yaşadığı və qeydiyyatda olduğu ünvan üzrə Səbail rayon icra şöbəsinə göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanununun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, icra sənədi tam icraolunduqda iş üzrə icraata xitam verilə bilər. Kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması zamanı icra sənədi üzrə icraata xitam verilməsi üçün qanunvericilkdə qeyd olunmuş əsaslardan hər hansı biri hazırkı işdə məüyyən ediməməmiş, həmçinin ərizəçi tərəfindən borcun tamamilə ödənilməsini, icra vərəqəsinin tam icra olunmasını təsdiq edəcək sübut təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3270/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borcludan 282.878 ABŞ dolları məbləğində əsas borc, 43.312 ABŞ dolları məbləğində faiz borcu (ödənilən vaxt manata məzənnəsi ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın boşaldılması və açıq hərracda satılması, evin satışından əldə olunmuş vəsaitin cavabdehin Tələbkar ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. İpoteka ilə yüklü edilmiş əmlak 121125 manat qiymətinə açıq hərracdan satılmış, cavabdehdən tutulmalı olan məbləğ isə 282.878 ABŞ dolları, 43.312 ABŞ dolları və 20 manat olmuşdur. Yəni tələb ipoteka predmetinə yönəldilərək borcdan 121125 manat tutulsa da, qalan borc məbləği qaytarılmamış, tələb tam şəkildə icra edilməmişdir. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)3270/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tutulmalı olan məbləğ tam ödənilmədiyindən, icra sənədi tam icra olunmamışdır. Odur ki, icra sənədinə xitam verilməsi üçün əsas olmamış, icra sənədinin icra olunması üçün aidiyyəti üzrə göndərilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 8(003)- 180/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Rəşad Həsənov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-339/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-339/2022
24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver