Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-34/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixi 2(010)-4900/2015 saylı icra sənədi üzrə icra icraatının dayandırılmasına dair Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovun təqdimatına baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(010)- 448/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-4900/2015 saylı icra sənədi üzrə icra icraatının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və şikayətin təmin olunmasını xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsində borc məbləğinin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq borc məbləğinin ödənilməsi qət olunsa da, məhkəmənin mövcud qərardadı bunu nəzərə almamış və tələbkar tərəfindən etiraz ərizəsinə əsaslanaraq təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilmişdir, qərardad ilə onun hüquqları pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu, tələbkar və icra məmuru məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-4900/2015 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 7571,79 manat məbləğində əsas borc, 1982,29 manat məbləğində faiz borcu, 258,62 manat məbləğində dəbbə pulu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9852,70 manat məbləğində pul vəsaitinin iddiaçı “Nikoyl” İKB-nın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Borclu məxsus “VAZ 21723” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq iddiaçı Nikoyl” İKB-na ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra edilməsi üçün borcluya göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda, icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən, Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 21.7-ci maddəsinə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərindən də aydın olduğu kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icra icraatının dayandırılması üçün ipoteka saxlayanın razılığı zəruridir. Lakin hazırki iş üzrə tələbkarın nümayəndəsi tərəfindən ünvanlanmış xx xxxxxxx 2020-ci il 10-068 nömrəli etirazdan görünən odur ki, ipoteka saxlayan icraatın dayandırılmasına etiraz etmişdir, belə olduğu halda isə icra icraatının dayandırılması ipoteka saxlayanın narazılığı səbəbi ilə yol verilməzdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-34/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-34/2021
25.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver