Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-340/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(003)- 123/2022 saylı qərardadından ərizəçi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icra icraatına xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş icra icraatına xitam verilməsi barədə qərar əsassızdır. Ona görə ki, qanuna əsasən icra işi o halda xitam olunur ki, tam icra olunsun. İcra şöbəsi tərəfindən heç bir sübuta əsaslanmadan bu qərar qəbul olunub. Dəfələrlə icra şöbəsinə şikayət etməyinə baxmayaraq icra məmuru işini araşdırmadan icra işinə xitam edilib. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, icra işinin davam etdirilməsi üçün icraya qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(003)- 123/2022 saylı qərardadı ilə Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin xx.xx.2022-ci il tarixli icra icraatına xitam verilməsi haqqında qərarından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızının şikayəti təmin edilməmişdir. Qərardaddan ərizəçi X4 şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xitam qərarı əsassızdır. Ona görə ki, qanuna əsasən icra işi o halda xitam olunur ki, tam icra olunsun. İcra şöbəsi tərəfindən heç bir sübuta əsaslanmadan bu qərar qəbul olunub. O, X8 qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir və Xəzər Rayon Məhkəməsinin 12 iyun 2017 -ci il tarixli, 2(003)- 3123/2017 saylı qətnaməsi ilə hər iki övladına görə cəmi 240 manat məbləğində aliment tutulub ödənilməsi qət edilmişdir. Sonradan Xəzər Rayon Məhkəməsinin 2(003)- 063/2019 saylı qətnaməsi ilə aliment məbləği 40 manat artırılaraq cəmi 280 manat təyin olunmuşdur. Rəsmi hesablamalarına görə bu günə axırıncı ödənişi çıxsaq borcu deqiq olaraq çeklərlə hesablananda cəmi 550 manata qədər aliment borcu var. İcra məmuru Elmir müəllim tərəfindən hesabladıqda X7 cəmi 12 yanvar 2020-ci ilə kimi cəmi 4900 manat pul ödəmişdir, bunu rəsmi qoşmaya əlavə etdiyi sənəddən də görmək olur. Sonra isə 3800 manat pul məhkəmə yolu ilə ödənmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(003)-123/2022 saylı qərardadından ərizəçi X4 tərəfindən verilmiş şikayətə tərəflərin dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar və Xəzər Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-63/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı qətnaməsi ilə 12 yanvar 2002-ci il təvəllüdlü X5 və 08 may 2003-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və X6 hər ay, 12 yanvar 2002-ci il təvəllüdlü X5 və 08 may 2003-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq, X1 ödənilməsi qət olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 1(003)-205/2021 nömrəli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X12 zərərçəkmiş şəxs X1 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800 (üç min səkkiz yüz) manat aliment borcunu tamamilə ödəyərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 iyun 2017-ci il tarixli, 2(003)-3123/2017 saylı və 11 mart 2019-cu il tarixli, 2(003)-63/2019 saylı qətnamələrini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdı. İş materiallarına əlavə edilmiş icra işinin materiallarından görünür ki, X12 xx.xx.2021-ci il tarixli qərar qəbul edilərkən 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800 (üç min səkkiz yüz) manat aliment borcunu ödədikdən sonra, onun qalıq borcu 1050 manat təşkil etmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X3 Cümşüdovanın bank hesabına 20 oktyabr 2021-ci il tarixdə 300 manat, 03 fevral 2022ci il tarixdə 250 manat, 05 aprel 2022-ci il tarixdə 500 manat, cəmi 1050 manat məbləğində aliment ödənişi köçürmüşdür. Beləliklə işin halları ilə müəyyən olunur ki, 12 yanvar 2002-ci il təvəllüdlü X9 - 12 yanvar 2020-ci il tarixdə, 08 may 2003-cü il təvəllüdlü X14 - 08 may 2021-ci il tarixdə yetkinlik yaşına çatmışlar. X2 tərəfindən 07 oktyabr 2020-ci il tarixədək yaranmış 3800 borcu ödənilməsi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 1(003)-205/2021 nömrəli qərarı ilə müəyyən edilir. Bundan sonra X14 yetkinlik yaşına çatanadək, yəni 08 may 2021-ci il tarixədək 7 ay 01 gün keçmiş, borclu isə 7 ay 15 günü əhatə edən 1050 manat aliment ödənişi etmişdir. Yaranan 1050 manat aliment borcunun ödənilməsi işdə olan ödəniş qəbzləri ilə təsdiq olunur. “İcra haqqında” Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də icra sənədinin tam icra olunmasıdır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 8(003)- 123/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-340/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-340/2022
01.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver