Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-341/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Xəzər Rayon İcra Şöbəsi icra məmuru tərəfindən verilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəyə dair iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından icra sənədi üzrə Borclu3 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Xəzər Rayon İcra Şöbəsinin icra məmuru icra vərəqəsinin verilməsinə əsas olmuş qətnaməyə izah verilməsi üçün ərizə ilə Xəzər RM-nə müraciət edib. Həmin qətnamə Xəzər RM tərəfindən 2(003)-265/2018 nömrəli mülki iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilib. Qətnamə ilə qət olunub ki, Tələbkar Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 403 nömərli bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilsin. Qətnamədə cavabdehlər kimi Borclu1, Borclu3 və X1 göstərilib. İzah verilməsi barədə ərizə onunla əsaslandırılıb ki, 403 nömrəli bağ sahəsinin bir hissəsi sonradan Borclu3 satılmış və iki hissəyə ayrılaraq 403 və 403K nömrəli bağ sahələrinə bölünmüşdür. Tələbkar ərizə ilə müraciət edərək hər iki bağ sahəsinə istifadə hüququnun olmasını bildirmiş və məsələnin Ali Məhkəmənin 2(102)-360/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapdığını qeyd etmişdir. Xəzər RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, ərizə təmin olunsun, həmin qətnamənin nəticə hissəsində qeyd olunan, iddiaçının 403 nömrəli bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə ifadə 403K nömrəli bağ sahəsini də özündə ehtiva etməsi kimi izah olunsun. İcra sənədi üzrə Borclu3 bu qərardaddan şikayət verib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və icra məmurunun ərizəsi rədd olunsun. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qətnamə Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 403 nömrəli bağ sahəsinə münasibətdə qəbul olunub. Reyestr qeydinə görə 403K nömərli bağ sahəsi ayrıca daşınmaz əmlak vahididir. Lakin Ali Məhkəmə tərəfindən müəyyən olunub ki, həmin qətnamənin göstərişi 403K nömrəli bağ sahəsinə də aiddir. Ali Məhkəmə bunu başqa mülki işdə müəyyən edib. Belə ki, iddiaçı Tələbkar cavabdeh Borclu3 qarşı ayrıca iddia ilə Xəzər RM-nə müraciət edərək 403K nömrəli bağ sahəsindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsini tələb edib. Həmin iddia üzrə işə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılaraq qətnamə qəbul edilib. İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin 2(102)-360/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə qərara alınıb ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ali Məhkəmənin həmin qərarına görə əvvəlki qətnamənin (yəni hazırda izah verilməsi xahiş olunan qətnamənin) göstərişi bağ sahəsinin Borclu3 aid olan hissəsinə də şamil olunur. Ona görə də Ali Məhkəmə Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin göstərişinə istinad edərək iş üzrə icrata xitam vermişdir. Həmin maddəyə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraat xitam verilir. Beləliklə, məhkəmə “İcra haqqında” Qanunun 14-cü maddəsinin və Mülki- Prosessual Məcəllənin 230-cu maddəsinin gösərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə göstərilən məzmunda izah verməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-341/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-341/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver