Məhkəmə qərarları › İş №8(103)-342/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-342/2020

01.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-342/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Əmlak üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-754/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9252/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclular X2 və X1 Tələbkar ASC-nin xeyrinə müvafiq 10024,63 USD və 28,20 manat pul tutulmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-754/2018 saylı, xx.xx.2018-ci il tarixli ilə təqdimat təmin edilərək, Borclu məxsus “Kia Sportage” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcun ödənilməsi istiqamətində gördüyü tədbirlər məlum karantin tədbirləri ilə əlaqədar baş tutmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9252/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclular X2 və X1 Tələbkar ASC-nin xeyrinə müvafiq 10024,63 USD və 28,20 manat pul tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlanmış, bununla bağlı bildiriş icra edilməsi üçün borcluya göndərilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə verilmiş sorğular nəticəsində borclunun adına qeydiyyata alınmış “Kia Sportage” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu aşkar edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, icra sənədi üzrə tutulmalı olan borcun məbləğini, habelə tələbkarın maraqlarını nəzərə alaraq, qeyd edilən avtomobilin üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. İş materiallarından görünür ki, borclu icra sənədi barədə məlumatlı olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-754/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar