Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-343/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Tələbkar LPO QSC “xxxx” ASC-nin nümayəndəsi X3, Borclu Borclu1 iştirakı ilə, İş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadının ləğv edilməsinə dair şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2198/2018 saylı, 24.05.2018-ci il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3330/2009 saylı, 16.11.2019-cu il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməmişdir. İş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadından şikayət verərək, sözü gedən qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 19.05.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 284/2021nömrəli, 20.04.2021-ci il tarixli qərardadından iş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır. İş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 284/2021 nömrəli, 19.05.2021ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 14.06.2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 19.05.2021-ci il tarixli qərardadı ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadından iş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab edilərək, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı iş üzrə tələbkar LPO QSC “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Borclu1 icra məmurunun çağırışına əsasən icra probasiya şöbəsində olduğunu, borcu ödəməyə maddi vəziyyəti imkan vermədiyini, icra tədbirlərindən onun və digər borcluların məlumatlı olduğunu, digər borcluların ailə üzvləri olaraq onunla birgə yaşadığını bildirmiş, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı ləğv olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3330/2009 saylı, 16.11.2019-cu il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, İcra işində borclulardan yalnız Borclu3 bildirişi alması müəyyən edilsə də, digər borcluların bildirişi alması müəyyən edilməmiş və borcluların üzrsüz səbəbdən icra məmurunun çağrışlarına gəlməməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, borclular Borclu1, Borclu2 və Borclu3 icra məmurunun çağırışı ilə gəlməməsi və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməməsi üzrsüz səbəb hesab edilə bilməz. Halbuki, göründüyü kimi, Apellyasiya baxışı zamanı Borclu1 icra məmurunun çağırışına əsasən icra probasiya şöbəsində olduğunu, borcu ödəməyə maddi vəziyyəti imkan vermədiyini, icra tədbirlərindən onun və digər borcluların məlumatlı olduğunu, digər borcluların ailə üzvləri olaraq onunla birgə yaşadığını bildirmiş, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-284/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3330/2009 saylı, 16.11.2019-cu il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu2 və Borclu3 məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-343/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-343/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver