Məhkəmə qərarları › İş №8(103)-344/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-344/2020

12.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-344/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Borclu Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3569/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 231/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Borclu Cavabdeh qərardaddan şikayət verib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət verərək onun ləğv edilməsini, qətnamənin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırır ki, məhkəmə buradan əzərə almamışdır ki, əslində qanuni qüvvəsini almış məhkəmə qətnaməsiilə tərəfindən hissə-hissə olmaqla borc məbləğinin azda olsa bir hissəsi ödənilmiş və ümumiyyətlə borcuyaranmasınasəbəbolanisə tərəflərarasındaicarə müqaviləsiolmuşdurki, icarəyə verənbirtərəfliqaydadamüqaviləninləğvetmiş və onları icarə obyektindənməcburi çıxarmışdır (baxmayaraqki, icarəyə verilmiş obyektə tərəfindənkifayətqədərmüddivəsaitxərclənmişdir). Hazırdaisə mövcudpandemiyailə bağlı tədrismərkəzləridə fəaliyyətinidayandırdığından (yəni, tədrisolunması ilə bağlı şagirdlərolmadığından) və beləliklə də qazancları olmadığındanyaranmış borcməbləğibirdəfəlikqaydada ödənilməsimümkündeyildir. Bununla belə, tərəfindən hər ay 200 (iki yüz) manat məbləğindən az olmamaqla borc məbləğinin bir il ərzində ödənilməsinə zəmanət verə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-273/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu X2 bildirdi ki, hazırki pandemiya ilə bağlı gəliri yoxdur. Ona görə də ödəniş edə bilmir. O, borcundan yayınmır, sadəcə hazırki vəziyyətin nəzərə alınıb ona güzəşt edilməsini xahiş edir. O, imkanı çatan qədər ödəniş etməyə çalışır. Lakin icraçılar da onu başa düşmürlər. Borcu hissə-hissə ödəyə bilər Ona görə də məhkəmədən hissə-hissə ödəmə barədə ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında borclunun nümayəndəsi X3 bildirdi ki, o, da şikayəti müdafiə edir. Bu işin hazırki vəziyyətdə olmasının səbəbi icraçıların onlara güzəşt etməməsidir. Onlar hissə-hissə ödəyə billər. Lakin icraçılar bütün borcu tələb edir. Ona görə də məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında tələbkara lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi hallarına aid deyildir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar