Məhkəmə qərarları › İş №8(103)-344/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-344/2023

09.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-344/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X10 ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8(011)-461/2023 nömrəli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq X7 verilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)- 4232/2013 nömrəli icra sənədinin icrası mümkün olmayan hesab edilmiş və icra sənədi həmin məhkəməyə qaytarılmışdır. Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun qəbul etdiyi əsassız qərarın ləğv edilməsi və icra sənədinin icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu MMC-nin direktoru X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsini bugünədək icra etməmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək dəfələrlə borclu X8 xəbərdarlıq edilməklə qətnamənin icra edilməsi tələb olunmuşdur. Bütün bunlara baxmayaraq, borclu X11 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, onun icrasından qərəzli şəkildə yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X6 izahatından da görünür ki, o, xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli icra vərəqəsindən məlumatlıdır, icra sənədində qeyd edilən yerin tələbkar Alməmməd Əliyevə məxsus olması barədə də məlumatı var, lakin həmin qətnaməsinin icrasına yönəlmiş heç bir hərəkət etməmişdir. Artıq 10 ildir ki, məhkəmə qətnaməsi icra edilmədiyindən, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2023-cü il tarixdə icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə qaytarılması haqqında Qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8(011)-461/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 18 aprel 2023-cü il tarixli Qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli icra sənədinin yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu MMC tərəfdən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş tələbkarın Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq X7 verilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Borclu MMC-nin direktoru X6 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli izahatlarında qeyd etmişdir ki, o, icra sənədindən xəbərdardır, lakin icra sənədində qeyd edilən 500 kv.m qeyri-yaşayış sahəsinin hamısının mülkiyyətçiləri var və həmin sahələrdə müxtəlif növ fəaliyyətlə məşğuldurlar, bu səbəbdən də həmin sahəni tələbkara təhvil vermək mümkünsüzdür. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli icra sənədinin icrası mümkün olmayan hesab edilmiş və icra sənədinin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Podratçı Borclu MMC (direktor X11) və X3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 291 nömrəli müqaviləyə əsasən Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı isə ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 28,0 kv.m, müqavilənin qiyməti 22400 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Podratçı Borclu MMC (direktor X11) və X22 arasında bağlanmış 16 nömrəli xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı isə ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 91,0 kv.m, müqavilənin qiyməti 136 500 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Podratçı Borclu MMC (direktor X11) və X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 55,0 kv.m, müqavilənin qiyməti 32970 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Podratçı Borclu MMC (direktor X11) və Sifarişçi- X19 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 185,0 kv.m, müqavilənin qiyməti 130000 manatdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İcra məmurunun Qərarını əsaslandırdığı hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mümkünsüzlüyü üçün əsas olmadığından icra məmurunun icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə qaytarılması haqqında Qərarı ləğv edilməli və növbəti icra hərəkətlərinin həyata keçirilməsi üçün icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməlidir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmamışdır. İcra məmurunun mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsindən boş qeyri-yaşayış sahəsi aşkar edilməmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi ilə bağlı müxtəlif şəxslərin adına çıxarışlar mövcuddur və 185 kv.m qeyri-yaşayış sahəsi isə bir şəxsin adına xx.xx.2012-ci il tarixdə müvafiq müqavilə əsasında rəsmiləşdirilmişdir və hal-hazırda onun istifadəsindədir. Borclu MMC-nin rəhbəri izahatında hər hansı boş yerin olmadığını, bütün qeyri-yaşayış sahəsinin təsisçilərin qərarı əsasında satıldığını və icra sənədinin icrasının mümkün olmadığını bildirmişdir. Təqdim edilmiş Çıxarışlara əsasən:  ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin 23 kv.m hissəsi X4 adına qeydiyyata alınmışdır.  ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin 83.30 kv.m hissəsi X15 adına qeydiyyata alınmışdır.  ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin 53.70 kv.m hissəsi X9 adına qeydiyyata alınmışdır.  ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin 28 kv.m hissəsi X13 adına qeydiyyata alınmışdır.  Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 26 ünvanında qeyri-yaşayış sahəsinin 94.9 kv.m hissəsi X17 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi formal olaraq icra sənədinin icra olunmalı olması nəticəsinə gələrkən, bunun hansı qaydada həyata keçirilməli olmasını diqqətə almamışdır. İcra məmurunun qərarından müəyyən olunur ki, tələbkarın tələb etdiyi 500 kv.m qeyriyaşayış sahəsi müxtəlif şəxslərin mülkiyyətindədir, həmin şəxslər isə hazırki tələb üzrə cavab verməli olan şəxslər deyildir. Belə olan halda, icra məmurunun həmin mülkiyyətçilərdən icra sənədinin icrasını tələb edə bilməsi üçün hüquqi əsas müəyyən olunmur (əgər həqiqətən də yuxarıda qeyd olunan şəxslərin Çıxarışları məhz həmin 500 kv.m-ə aiddirsə). Kollegiya qeyd edir ki, əvvəla təqdim edilmiş müqavilələrə əsasən başqa şəxslərə satılmış və istinad edilən Çıxarışlara əsasən müxtəlif şəxslərin adına qeydiyyata alınmış sahələrin tələbkara verilməli olan 500 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşübdüşmədiyi aydınlaşdırılmalı və gəlinən nəticədən asılı olaraq məsələyə münasibət bildirilməlidir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan hallar nəzərə alınaraq, tələbkarın ərizəsinə yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 8(011)-461/2023 nömrəli qərardadı ləğv edilsin və X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar