Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-345/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Muradov tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri 26 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 4146 saylı icra sənədinə əsasən cavabdeh Borclu 79 manat pul vəsaiti tutularaq “xxxxxxxxxxxxxxxx” MMCnin xeyrinə ödənilməsi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borcluya dəfələrlə yazılı və şifahi surətdə xəbərdarlıqlar olunmasına baxmayaraq çağırışlara gəlməmiş və ica sənədində olan tələb təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardaddan Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Muradov şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, icra məmurunun icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi borcluya poçt vasitəsilə öndərilmiş (təsdiqedici sənədlər əlavə olunur) və məhkəmənin bu halı şübhəyə alması, məcburi icra orqanı kimi aparılan fəaliyyəti nüfuzdan salır. Belə ki, xx.xx.2020-ci il tarixinə təyin edilən təqdimata baxış iclasına məhkəmə tərəfindən borcluya da bildiriş göndərilmiş borclunun həmin məhkəmə iclasına da gəlməməsi onun çağırışlara gəlməkdən yayınmasını sübut edir. Hazırda mübahisələndirilən qərardadı çıxararkən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutmuşdur. Həmin məcəllədə təqsirlə bağlı heç bir söz keçmədiyi nəzərə alındıqda, hansı hüquqi mövqeydən söhbətin getdiyi aydın olmur. Əgər məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əvəzinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsindəki hüquqi mövqeyi nəzərdə tutmuşsa, sonuncuda məcburi gətirilmə məhkəmənin qərardadında bildirdiyi kimi yalnız təqsirli şəxslər deyil, hətta şahidlər barəsində tədbiq oluna bilər. Ümumiyyətlə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin “Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin pozumasına görə məsuliyyət” fəslində yerləşməsi, həmin maddənin yalnız şəxsin məsuliyyətə cəlb olunması üçün tətbiq edilməsi demək deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərəlazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Kollegiya işin hallaraını şikayətin dəlilləri ilə birgə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Kollegiya hesab edir ki, icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərildiyini təsdiq edən sübutlar təqdimata əlavə edilmədiyindən, borclunun onun barəsində məcburi gətirilmə barədə təqdimatın təmin edilməməsinə əsas verir. Belə olan halda, təqdimata əlavə olunmuş sənədlərdən borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmir. Şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Odur ki, borclunun təqsirli olaraq üzrsüz səbəbdən icra məmurunun çağırışlarına gəlməməsi sübut olunmadığından təqdimat təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Muradovun şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-345/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-345/2020
14.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver