Məhkəmə qərarları › İş №8(103)-345/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-345/2022

19.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-345/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək İddiaçı miras qoyan X2 qalan mirası faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 10 saylı fərdi yaşayış evində İddiaçı 116 hissədə, X3 116 hissədə, X6 1\6 hissədə, X7 116 hissədə, X5 116 hissədə, X8 116 hissədə payının müəyyən edilməsi, Nissan Juke markalı ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsində İddiaçı 6112 hissədə, X3 1\12 hissədə, X6 1112 hissədə, X7 1\12 hissədə, X5 1\12 hissədə, X8 1112 hissədə payı müəyyən edilməsi, X4 Dədə Qorqud-10 Kiçik Müəssisəsindəki 67% payına İddiaçı 116 hissədə, X3 116 hissədə, X6 116 hissədə, X7 116 hissədə, X5 116 hissədə, X8 116 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DVX-nin yanında Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsi hissəsində xitam verilməsi qərara alınmışdır. Daha sonra X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi əsassız şəkildə icra olunmur, o hüquqlarından sərbəst şəkildə istifadə edə bilmir. Hal-hazırda o, Dədə Qorqud-10 Kiçik Müəssisəsindəki 52 sot torpaq sahəsindən sahibkarlıq hüquqlarından istifadə edə bilmir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı qanunsuzdur. Xətai Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar X10 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xətai Rayon Rayon Məhkəməsi iş üzrə qərardad qabul edərkən, tələbkarın məhz Dədə Qorqud-10 Kiçik Müəssisəsindəki 52 sot torpaq sahəsindən sahibkarlıq hüquqlarından istifadə edə bilməməsini demək olar ki, araşdırmamış və hüquqi qiymət verməmişdir. İcra şöbəsinin bu məsələdə qətnaməni tam şəkildə icra etməməsi birbaşa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********74 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 10 saylı fərdi yaşayış evi icra sənədində göstərilən qaydada qeydiyyat nömrəsi ilə icra edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi DVX-nin yanında Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli **********002600 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Dədə Qorqud-10 Kiçik Müəssisəsinin təsisçisi 67% paya malik olan F.Z.Cabbarovun qanuni vərəsələri, eyni zamanda X9 1/6 hissədə təsis payının müəyyən edilməsi ilə əlaqədar dövlət reyestrində müvafiq dəyişliklik edilmişdir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən zəruri olan bütün icra hərəkətləri aparılmış və nəticədə icra sənədi tam icra olunmuşdur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Tələbkarın şikayətində göstərdiyi Dədə Qorqud-10 Kiçik Müəssisəsindəki 52 sot torpaq sahəsindən sahibkarlıq hüquqlarından istifadə edə bilməməsinə dair dəlilinə münasibət bildirərək kollegiya qeyd edir ki, iş materialları ilə həmin müəssisədə tələbkarın 1/6 hissədə təsis payının müəyyən edilməsi müəyyən olunur. Hazırda tələbkar həmin paya münasibətdə öz hüquqlarını həyata keçirə bilər. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar