Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-347/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, borclunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından borclu X3 vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu X7 məhkəməyə ərizə ilə müraciət edib, Bakı şəhəri 35 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-1225 nömrəli icra sənədi üzrə borcun hesablanmış faiz hissəsində azadılması və borc məbləğinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən "Tələbkar" ASC-ə olan Bolkarta görə borcunun 10 gün ərzində könüllü ödəməyi haqqında bildiriş almışdır. O, 2014-cu ildə "Tələbkar"ASC-dən balansında 500 (beş yüz) manat Bolkart üç illik müddətə müqavilə əsasında götürmüşdür. 2017-ci ilin avqust ayında kartın istifadə müddəti bitməyinə baxmayaraq bu yaxınlara qədər hər ay 20-30, bəzən də 50 manat ödəniş etmişdir. Lakin son aylar maddi sıxıntısı olması səbəbindən ödənişlərində müəyyən gecikmələr olub və bankdan zəng edərək ona yüksək faiz hesablanması bildirilmişdir. Dəfələrlə bank əməkdaşlarına "Müqavilə müddəti bitmiş borca görə faiz hesablanması qanuna ziddir, borcun qaytarıb qurtmarması üçün imkan verin" deməsinə baxmayaraq onlar müxtəlif nömrələrdən ona və yaxınlarına zəng edərək hesablanmış borcu tələb etmişdirlər. Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin çıxardığı qərardada əsasən "Tələbkar" ASC-ə digər kredit kartına görə 2015-2016 illər ərzində 1500 manat borcu hissə-hissə ödəmişdir, hal-hazirda Suraxanı Rayon Məhkəməsinin Hakimi Ramil Həsənovun xx xxxxxx 2017-ci il tarixli 8(010)-2219/2017 saylı qərardadına əsasən "Tələbkar" ASC-ə digər kredit borcuna görə hər ay 200 (iki yüz) manat ödəyir. Bundan əlavə onun himayəsində 2006-ci il təvəllüdlü az yaşlı övladı var. Hər hansı bir daşınmaz əmlakı və nəqliyyat vasitəsi yoxdur. Tələb olunan 623 manat borcu birdəfəlik ödəməyi mümkünsüzdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-229/2020 nömrəli, xx xxxx 2020ci il tarixli qərardadı ilə borclu X3 Bakı şəhəri 35 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 8İ-1225 nömrəli icra sənədi üzrə borcun hissəhissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Borclu X7 qərardaddan şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, qərardada "X9ın ərizəsinin təmin olunması üçün əsas ola biləcək hallara dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir" qeyd edilməsi həqiqətə uyğun deyildir. Belə ki, məhkəmə iclası zamanı hakim övladı X4 doğum haqqında şəhadətnaməsinin özü və surəti, digər borcunun hissə-hissə ödənilməsi barədə qərarın özü və surəti, "Tələbkar" ASC-dən alınmış dediklərini məhkəmə zalında quraşdırılmış kamera yazılarından izləmək olar və əlavə olaraq apellyasiya şikayətinə əlavə edir. Hətta təqdim etdiyi hesabdan çıxarışdan 500 (beş yüz) manatlıq Bolkarta son iki il ərzində 788 (yetdi yüz səksən səkkiz) manat ödədiyinə və əlavə 632 manat borcun qalmasına təəccüblənmişdir. Lakin bütün təqdim edilən sənəd və sübutlara baxmayaraq, hakim qərəzli və birtərəfli qərardad qəbul edərək başqa qərar vermək səlahiyyətində olmadığını bildirmişdir. 2014-cü ildə aldığı 500 (beş yüz) manat kreditə qarşı təxminən 1500-2000 manat faiz ödəmiş və "Tələbkar" ASC Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərkən, artıq qazanc əldə etmək məqsədi ilə real borcdan yuxarı məbləğ göstərmişdir. Yuxarıda qeyd etdikləri və Mülki Prosessual Məcəllənin 97.1 və 384.0.2-ci maddələrini rəhbər tutaraq onun maddi vəziyyətini və digər halları nəzərə alaraq borcun hesablanmış faiz hissəsində azaldılması, hissə-hissə icra edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə borclu X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-229/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi X6 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İcra işi üzrə tələbkarın və Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər ərizənin təmin olunması üçün əsas deyildir. Borclunun icra sənədi üzrə borcun hesablanmış faiz hissəsində azadılması barədə xahişi də hazırki məhkəmə işinin predmeti olmadığı üçün məhkəmə kollegiyası həmin hissəyə qiymət vermir. Birinci instansiya məhkəməsi qərardadında düzgün olaraq borcluya izah etmişdir ki, borclu hesablanmış borc məbləğindən narazılığını icra sənədinin verilməsi üçün əsas olmuş aktdan şikayət verməklə ifadə edə bilər. Tələbkarın qanuni mənafelərini, borcun məbləğini və eyni zamanda borclunun maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(010)-229/2020 saylı qərardadı əsaslı və qanuni olduğundan, borclunun şikayətində göstərilən dəlillər isə həmin qərardadın ləğvi üçün əsas kimi qəbul oluna bilmədiyindən şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(010)- 229/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-347/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-347/2020
17.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver