Məhkəmə qərarları › İş №8(103)-347/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-347/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-347/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X5 ibarət tərkibdə, X1 icra sənədinə izah verilməsi ilə bağlı ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-791/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X7 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X10 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir.. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş və X6 və X8 6 ay möhlət verilməklə, onların ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4378/2023 saylı 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin 2(102)-4496/2023 saylı, 25 dekabr 2023-cü il tarixli Qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamənin icrası Xətai Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə ona və oğlu X8 6 ay möhlət verilməklə ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların iddiaçı Tələbkar məxsus olan mənzildən çıxarılmağı qət edilmişdir. Qətnamənin icrası ilə bağlı icra məmurunun hesablamasına əsasən 16 avqust 2024-cü il tarixdə verilmiş möhlət başa çatır və həmin tarixdə qətnamə icra edilməlidir. Lakin ona qətnamənin icrası ilə bağlı könüllü icra bildirişi 06 mart 2024-cü il tarixdə gəlmiş və ona 10 gün könüllü icra müddəti verilmişdir. Həmin müddətlər nəzərə alındıqdan sonra Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə ona və oğlu X8 verilmiş 6 aylıq möhlət müddəti 16 sentyabr 2024-cü il tarixdə başa çatmalıdır. Lakin icra məmuru ona möhlət müddətinin 16 avqust 2024-cü il tarixdə başa çatdığını bildirir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Odur ki, Xətai rayon Məhkəməsinin 2(011)-609/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onlara verilmiş 6 ay möhlətin hansı tarixdə başa çatması barədə qətnaməyə izah verilməsini məhkəmədən xahiş edir.. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-791/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) X3 “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-609/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi” barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X10 şikayət verərək qərardadın ləğv olunmasını, qətnaməyə izahla bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamə ilə məhkəmə tərəfindən qoyulmuş vəzifələrdə qeyri-müəyyənlik olduğundan birinci instansiya məhkəməsinə izahla bağlı müraciət olunsa da, məhkəmə tərəfindən ərizə təmin edilməmiş, qanunvericiliyin qeyd olunan tələblərinin pozulması ilə qəbul edilməklə, əsaslandırılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 230.1-ci maddəsinin dispozitiv şərtinə görə qətnamə onun məzmunu dəyişdirilmədən izah edilə bilər. Qətnamənin izah edilməsi yeni tələblərin təmin olunması ilə nəticələnə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi qətnaməyə izah verilməsi icra sənədində artıq öz əksini tapmış tələblərin onu icra edən şəxslər üçün aydın olmaması halında sırf onun dəqiqləşdirilməsi və daha anlaşılan formada ifadə olunması üçün təsbit edilmişdir. Hazırki iş üzrə izah verilməsi xahiş olunan Xətai rayon Məhkəməsinin 2(011)- 609/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, X4 və X8 6 ay möhlət verilməklə, onların ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Tələbkar iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4378/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4496/2023 saylı qərarı ilə cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4378/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Lakin bununla belə Xətai Rayon Məhkəməsinin 2(011)-609/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsində ərizəçi X7 tərəfindən qeyd olunmuş izaha ehtiyac görülən hallara rast gəlinməmişdir və məhkəmə aktı ilə borclunun üzərinə qoyulan öhdəliyin dairəsi aydın ifadə olunmuşdur. Bu halda həmin məsələnin qanunvericiliyin tələblərinə zidd olaraq məhkəmə qarşısında qətnaməyə izah formasında qaldırılmasına hər hansı zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edlir ki, qətnaməyə izah verilməsinə dair prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-791/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar