Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-348/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(004)-212/2020 saylı qərardadından tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” ASCnin cavabdehlər “xxxxx” MMC və Borclu qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılması və həmin vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxxx” MMC-nin hesabından kredit müqaviləsi üzrə 47.600 ABŞ dolları (manatın məzənnəsinə uyğun olaraq) əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 16.280 ABŞ dolları (manatın məzənnəsinə uyğun olaraq) faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İlk iddia qalan hissədə rədd edilmişdir. X4 qızının “xxxxxxxxxxxxxxxxxx” ASC, “xxxxx” MMC və Borclu, “xxxxxx” MTK və Bakı şəhəri 46 saylı dövlət notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC və Borclu arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 nömrəli ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi xx.xx.2010-cu il tarixdə icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli qərardadı ilə qətnaməyə izah verilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 saylı məhkəmə qətnaməsinin - “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC və Borclu arasında bağlanmış xx xxx 2008-ci il tarixli 673/01 nömrəli ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilsin” ifadəsi - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 37 nömrəli mənzilə verilmiş xx xxx 2007ci il tarixli MH seriyası, ******* nömrəli çıxarışın mülkiyyətçiyə qaytarılması kimi izah edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli məhkəmə qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli qərardadı icra edilməsi üçün xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Sonradan, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunmasına dair Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilməsi barədə yazılı xəbərdarlıq göndərmişdir. Tələbkar öz şikayətində qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(004)-2832/2010 nömrəli icra sənədi üzrə borclu “xxxxx” MMC banka olan borcunu ödəməmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli məhkəmə qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli qərardadında Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunmasına dair göstəriş olmamışdır. Bu səbəbdən, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli icra sənədi üzrə elədiyi hərəkətləri qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(004)-212/2020 saylı qərardadı ilə tələbkarın ərizəsi təmin edilməmişdir. Qərardaddan tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(004)-212/2020 saylı qərardadından verdiyi şikayət, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunasına dair məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi barədə xx.xx.2020-ci il tarixdə Xəbərdarlıq göndərmişdir. Aşağıda göstərilənlərə əsasən, hesab edirik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin hərəkətləri qanunsuzdur.Belə ki, Yasamal rayon məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu “xxxxx” MMC-nin hesabından kredit müqaviləsi üzrə 47600 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 16280 ABŞ dolları məbləğində faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməli və “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC və Borclu arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir. Qeyd olunan icra sənədinə Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə Yasamal rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli məhkəmə qətnaməsinin “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC və Borclu arasında bağlanmış xx.xx.2008-ci il tarixli 673/01 ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir” ifadəsə “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilə verilmiş xx xxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın mülkiyyətçiyə qaytarılması” kimi izah verilmişdir. Göründüyü kimi Yasamal rayon məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə və icra sənədinə izah verilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunasına dair tələb yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar və borclu məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(004)- 212/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-yə ünvanlandığı xx.xx.2020-ci il tarixli 178/5-3 nömrəli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 2832/2010 nömrəli icra sənədinin icrası ilə əlaqədar Məmmədova (Qasımova) Svetlana Məmmədəli qızına Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilinə dair çıxarışı təhvil verilmişdir. Mənzilin çıxarışı Məmmədova (Qasımova) Svetlana Məmmədəli qızına qaytarıldığından və icra sənədi üzrə borc ilə əlaqədar onun üzərində hər hansı öhdəlik, vəzifə olmadığından, mənzil ipoteka yüklülüyündən azad olunmalıdır. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyevin icra sənədi üzrə elədiyi hərəkətlərində qanuna zidd hallar aşkar edilməmişdir, Yavər Allahverdiyev icra sənədi üzrə Məmmədova (Qasımova) Svetlana Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunması barədə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq məktub göndərilməsini ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-dən tələb etməkdə haqlı olmuşdur. Yəni, icra məmuru icra sənədi üzrə icranı tam başa çatdırmalıdır. Çünki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2832/2010 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Məmmədova (Qasımova) Svetlana Məmmədəli qızının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35”a” nömrəli 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilinə dair “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC və Borclu arasında bağlanmış xx xxx 2008-ci il tarixli 673/01 nömrəli ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edildiyinə görə, həmin ipoteka müqaviləsi üzrə qeydə alınmış yüklülüklə bağlı hüquqi nəticələr də etibarsız hesab edilir və daşınmaz əmlakın dövlət reyestrində yüklülüklə bağlı aparılmış qeyd də silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(004)- 212/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №8(103)-348/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-348/2020
12.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver