Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-348/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Tələbkar Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2150/2019 saylı 27.09.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X2 tərəfindən verilmiş ərizəyə əsasən qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-126/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2150/2019 saylı 27.09.2019-cu il tarixli qətnaməsinə əsasən, X1 Ağ qızıl dəsti brilyant qaşlarla (bilərzik, boyunbağı, 2 sırğa, 1 üzük) təxminən 33,9 qram qızıl, 2,15 qram brilyant, 2 ədəd üzük və ya onların 4350 manat dəyəri, həmçinin ünvan 1 ünvanında qonaq otağı üçün mebel dəsti (stol, 6 stul, güzgülü kamot, televizoraltı), Yataq dəsti (taxt, tumba-2, güzgülü kamot, şkaf), Yumşaq mebel (divan, 2 kreslo, jurnal stolu), Televizor 124 diaqonal, DVD – 60 manat, Jalüz (mətbəx), Mətbəx mebeli (aspirator, movka,qaz içində), Qabyuyan maşın (Samsung), Paltaryuyan (Samsung), Soyuducu (Samsung), Mətbəx stolu (4 stul, 2 tabletka), Çılçıraq (qonaq otağı), Çılçıraq (yataq otağı), Çılçıraq (dəhliz), Çılçıraq (mətbəx), Xalça (yataq otağı - 2 ədəd), Xalça (dəhliz 2 ədəd), Xalça (mətbəx), Xalça (qapı ağzı), Saat, 2 ədəd meyvə qabı (Çexiya), Güldan (Çexiya), 2 ədəd böyük lotka (Çexiya), 6 ədəd şampan stəkan (Çexiya), 6 ədəd şirə stəkanı (Çexiya), 6 ədəd araq stəkanı (Çexiya), 2 ədəd çərəz qabı (Çexiya), 2 ədəd səbət şəklində qab (Çexiya), Su qabı (krafinka – Çexiya), Bagema qırmızı çay dəsti, 6 ədəd qırmızı bagema bakal, 6 ədəd yaşıl bagema şampan stəkan, 6 ədəd yaşıl bagema şirə stəkanı, 6 ədəd yaşıl bagema araq stəkanı, 12 ədəd stəkanlı yaşıl bagema kompot dəsti, 12 ədəd çex xurustal şirə bakalı, 12 ədəd çex xurustal su stəkanı, Qədimi madonna çay dəsti, Qədimi madonna kofe dəsti, 12 stəkanı, 12 boşqabı, 1 ədədböyük şirniyyat qabıolan dəst, 3 ədəd xurustal limon qabı, 6 ədəd xurustal duz qabı, Kül qabı (Çexiya), Lepkalı güldan (Çexiya), Xrustal güldan (Çexiya), Hündür meyvə qabı, 6 ədəd xrustal bakal, Güllü vaz və iki ədəd konfet qabı (dəst), Madonna dəst və 2 ədəd tort qabı, 12 nəfərlik Karaca nahar, çay, kofe dəsti, 12 nəfərlik göy rəngdə nahar dəsti, Shefer 6 nəfərlik nahar dəsti, Shefer 6 nəfərlik çay nəlbəki dəsti, 2 ədəd ayaqlı xrustal meyvə qabı, 2 ədəd ayaqlı xrustal mürəbbə qabı, 2 ədəd ayaqlı xrustal konfet qabı, 2 ədəd ayaqlı xrustal meyvə qabı, Xrustal krafınka 6 stəkan, 3 ədəd stəkanlı krafınka (Luminark), 6 ədəd stəkan, buz qabı salfetka qabı, Xrustal lotka, Xrustal mürəbbə qabı, Pendir – yağ qabı, Ədviyyat qabları (dəst), Duz istiot qabı, 18 ədəd xrustal stəkan, 18 ədəd qızılı işləməli nəlbəki, 18 ədəd qızılı işləməli razetka, Krafınka 6 ədəd stəkanla (qəhvəyi rəngdə), Xrustal konfet qabı (göy rəngdə), Xrustal göy rəngdə güldan, Çömçə bıçaq dəsti, 12 nəfərlik çamadan qaşıq, bıçaq dəsti (gümüşü rəng), 18 nəfərlik qaşıq bıçaq dəsti, 8 ədədli çamadan qazan dəsti, Güllü qazan dəsti (8 ədəd qazan, 2 ədəd çaynik, çömçə, qaşıq), Şirəli qazan dəsti (6 ədəd göy rəngdə), Tac qazan dəsti (8 ədəd), Şüşəli altı şamlı qazan, Şüşəli altı şamlı çaynik, Dəmirdə güllü çaynik, nəlbəki, fincan dəsti, Dəmirdə çaynik, nəlbəki fincan dəsti, Dəmirdən çaydan böyük, Dəmirdən çaynik balaca, Balıq tavası, 3 ədədli podnos dəsti, 3 ədədli podnos, Tort qabları (2 ədəd), Tort bişirmək üçün qab, 5 ədəd ləyən plasmas (müxtəlif rənglərdə), 1 ədəd aşsüzən (dəmir), 2 ədəd dəm çayniki, 5 ədədli şirəli saxlama qabları, Tefal çaynik və dəm çayniki (elektrik), 2 ədəd ağır qapaqlı xrustal qənd qabı, Çamadan bıçaq dəsti (bordo rəngli), Çamadan, Şəkər tozu qabı, Tozsoran (Samsung), Mikrodalğa, Toster, Soba, Ətçəkən maşın, Ütü, Ütü stolu, Mikser (qablarla birlikdə), Ət blendri, Salat doğrayan aparat, Limon qaşıqları, Güllü limon qaşıqları, Paltar sərmək üçün dəmir, Naçniklər (2 ədəd), Şirəçəkən maşın, Çörək saxlama qabı, Çörək qabı, Zibil qabı, Stol üstü təmizləyən xəkəndaz, Yer təmizləyən pol ağacı, Kartof soğan saxlamaq üçün qab, Əl yuma üçün mətbəx dəsti, 2 nəfərlik adyal, 1 nəfərlik adyal, 2 ədəd bir nəfərlik yorğan, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd 2 nəfərlik döşək, Pakrıval dəsti – (2 nəfərlik yastıqda), 2 ədəd yastıq (70x50), 2 ədəd divan yastığı, Divankreslo örtüyü, Jurnal stolu örtüyü, 17 ədəd can dəsmalı, 39 ədəd əl-üz dəsmalı, 70 ədəd çay dəsmalı, 10 ədəd süfrə, 8 ədəd 1 nəfərlik prostin dəst, 20 ədəd 2 nəfərlik prostin dəst, 7 ədəd tək 2 nəfərlik prostin, uşaq kolyaskası, uşaq vannası, uşaq yemək stolu, 5 dəst uşaq paltarı, 6 ədəd suvenir, 4 ədəd pərdə saxlayan aksesuar, 2 ədəd böyük ölçüdə şəkil qabı, 1 ədəd kiçik ölçüdə şəkil qabı, Böyük şəkil albomu, Köynək 20 ədəd, Don 1 ədəd, Pijama dəsti 8 ədəd, Ayaqqabı 5 cüt, Şalvar 2 ədəd, 5 ədəd corab, Şarf 5 ədəd, Tərlik 2 cüt, Çanta 5 ədəd, Hamam xalatı, Fen (Philips), Flaşkart (uşağın şəkilləri) alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir. Məhkəmənin 2(007)-2150/2019 saylı 27.09.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir. Hazırda borclu X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə üzrə ondan tutulmalı olan 4350 manat pulun hissəhissə ayda 300 manat olmaqla ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsində 27.09.2019-cu il tarixli, 2(007)-2150/2019 saylı icra vərəqəsi üzrə cehiz əşyalarının və qızıl zinət əşyalarının qızıl zinət olmadıqda onların dəyəri, yəni 4350 manat nəzərdə tutularaq Maraqlı şəxs ödənilməsi qərara alınmışdır. Cehiz əşyalarını işlək vəziyyətdə tələbkara təhvil vermişdir. Bu barədə icra məmuru tərəfindən müvafiq akt tərtib olunmuşdur. Qızılzinət əşyalarının dəyəri olan 4350 manat pulu bir dəfəlik ödəməyə imkanım çatmır. Halhazırda Müdafiə Sənaye Nazirliyində təhlükəsiz mühafizə idarəsində işləyir. Belə ki, aldığı əmək haqqı 470 manat təşkil edir. Alimentə görə 210 manat hər ay əmək haqqından tutularaq tələbkar Maraqlı şəxs hesabına ödənir. Əmək haqqından əlavə başqa gəlir yeri yoxdur. Ona görə də yuxarıda göstərilən məbləği bir dəfəlik ödəməyə imkanı çatmır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-126/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan borclunun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar ərizənin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış icra sənədi üzrə digər tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-126/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-348/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-348/2021
07.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver