Məhkəmə qərarları › İş №8(103)-349/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-349/2020

17.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-349/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili: X2 iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-852/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 20020 manat məbləğində pul vəsaitinin X1 xeyrinə tutulmalı olduğunu, Borclu adına “Mercedes” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu bildirmiş, Borclu məxsus“Mercedes” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-852/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Mercedes” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs verdiyi şikayət məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, bununla belə apellyasiya instansiyasında işə baxılana qədər Maraqlı şəxs ərizə göndərərək şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan cavabdehin verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ərizəçiyə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-852/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin və Maraqlı şəxs münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar