Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-35/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3969/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi ilə əlaqədar, Borclu adına aşkar olunmuş əmlaklar üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraatında olan yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən Borclu 21.920 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu tələbi könüllü olaraq icra etməmişdir. Borclu adına ********** qeydiyyat nömrə ilə, xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış Ağstafa rayonu, Həsənsu kəndində fərdi yaşayış evi aşkar olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3969/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədi ilə əlaqədar, xx.xx.1959-cu il tarixdə Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 20 ünvanında yaşayan Borclu adına aşkar olunmuş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində qeydiyyata alınmış fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan, özünün və ailə üzvlərinin normal yaşayışını təmin edəcək yeganə yaşayış evinin üzərinə məcburi həbs qoyulmuşdur. Bu səbəbdən də qərardad ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətini mydafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3969/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(015)-342/2018 saylı qətnaməsi – 2000 manat dəyərində paltar geyimləri: kostyumyupka, 3 dəst don, 4 ədəd kofta, 5 ədəd ayaqqabı, 3 ədəd sapaçki, 1 ədəd dublyonka, 1 ədəd palto, 1 ədəd dəri gödəkcə, 1 dəst spartivni, 2 ədəd şalvar, 3 ədəd xalat, 3 ədəd qalın jaket, 5 ədəd sumka, 3 ədəd damaşnik, alt paltarı və penjamaların cavabdeh Borcludan alınıb Tələbkar verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, həmin əmlaklar qətnamə icra onun vaxt naturada mövcud olmadıqda isə onların ümumi dəyəri 21.920 manat hissədə dəyişdirilməsi, həmin hissədə əmlakların ümumi dəyəri 19.920 manat müəyyən edilməsi, qətnamnənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X1 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Borclu adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Borclu Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsində verdiyi yazılı izahatdan görünür ki, borclu tələbkara borclu olduğu 19.920 manatdan, ümumi dəyəri 6855 manat məbləğində olan əşya qaytarmış, cəmi 13.065 manat borcu qalmışdır. Borcu tam ödəmək imkanı olmadığından, qalan borcun tutulması üçün borcun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqdimatı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı”nın 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tələbin həmin əmlaklara yönəldilməsinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsas götürərək hesab edir ki, Borclu adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində qeydiyyata alınmış fərdi yaşayış evinin Borclu yeganə yaşayış yerinin olub-olmaması, birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-35/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-35/2021
26.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver