Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-350/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İcra qeydi üzrə borcun hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə dair mülki iş üzrə Bakı şəhər Xəzər rayonu Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(003)-57/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra qeydi üzrə borcun hissə hissə ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra qeydi üzrə Tələbkar Mişad oğluna borcu vardır. Qeydin icrası Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsindədir. Hazırda işləmədiyi və maddi imkanının olmadığı üçün borcun hissə-hissə ayda 100-150 manat ödənilməsi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Borclu ərizəsi təmin edilməmişdir. Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı əsassızdır, ləğv edilməlidir. Məhkəmə işə baxarkən hazırda onun işləməməsini, himayəsində iki uşağının olmasını, kirayədə yaşamasını nəzərə almamışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu, tələbkar və Xəzər Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2.-ci madəsinə əsasən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 7-E-10-6883 nömrəli, xx.xx.2013-cü il icra qeydinə əsasən Borclu Tələbkar Mişad oğlunun xeyrinə xx xxxxxxx 2012-ci il tarixədək ödənilməmiş 6000 manat pul və 10 manat dövlət rüsumu, cəmi 6010 manat pul tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-7503/2018 nömrəli qətnaməsindən görünür ki, Borclu cavabdehlər Tələbkar Mişad oğluna və Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və qızılzinət əşyalarının qaytarılması barədə iddia tələbi rədd edilmişdir “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, borclu ərizəsində qeyd olunan məbləği hissə-hissə ödəmək istədiyini bildirsə də, qətnamənin hissə-hissə icra edilməsi üçün mövcud olan müstəsna halları əsaslandırmamış, ərizəsində qeyd etdiyi hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-350/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-350/2020
20.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver