Məhkəmə qərarları › İş №8(103)-350/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-350/2021

12.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-350/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1860/2019-007 saylı, 05.04.2019-cu il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Elvin Qulubəylinin təqdimatı ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 8(006)-186/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərardaddan Nəsimi rayon İcra Şöbəsinin rəis vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1860/2019 nömrəli, 05.04.2019cu il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-186/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır.Qərardadda «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43, 44.1.3, 45.1, 50.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.Göründüyü kimi, 05.03.2021-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Qərara əsasən icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş, təqdimatda qeyd olunan nəqliyyat vasitəsinin üzərinə həbs artıq qoyulmuş və icra edilməsi üçün müvafiq orqana göndərilmişdir. artıq həbs mövcud olduğundan yenidən eyni məsələ ilə bağlı həbsin qoyulmasına prosessual və hüquqi qənaət prinsipini nəzərə almaqla ehtiyac qalmamışdır. Nəsimi rayon İcra Şöbəsinin rəis vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X3 apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 8(006)-186/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.6, 269.2, 369.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1860/2019 saylı, 21,02.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 26.07.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Akif oğlundan tutulan alimentin məbləği artırılaraq, 160 manat müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində aliment Tələbkar verilməlidir. X6 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-186/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadı ilə əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bır qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verilməlidir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 26, 29, 33, 60, 71, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26, 43-50; Mülki Prosesual Məcəllənin 9,14,15, 76, 385, 387, 397.2, 399-cu maddələrinə istinadən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, işdə iştirak etməyə cəlb olunmamış tərəflərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi əsası ilə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-186/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərardadı ləğv edilib, apellyasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi haqqında mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatın müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli icra məmurunun məhkəmənin qərarı olmadan əmlakın üzərinə həbs qoyulma şəraiti (təxirəsalınmazlıq zərurəti) və 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməsi yoxlanılmalı və ilk növbədə qanunvericilik tələblərinin təmin edilməsi üzrə icra tədbirlərinin zəruriliyinə diqqət yetirilməlidir. Hazırki işdə məhkəmə məcburi icra tədbirlərinin zəruriliyinə mahiyyəti üzrə qiymət vermədən təqdimatın mümkünsüzlüyü əsası ilə rədd etmişdir. Qeyd edilməlidir ki, məhkəmənin qərarı olmadan kimsənin mülkiyyət hüquqlarının məhdudlaşdırılması yolverilməzdir və icra məmuru tərəfindən təxirəsalınmaz hallarda verilən qərarın 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməsi məhz müvafiq məhkəməyə təqdimatın verilməsini nəzərdə tutur. Bu hal konstitusiya ilə nəzərdə tutulan insan hüquqlarının təminatına və (inzibati) məhkəmə müdafiəsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə görə: Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən icra məmurunun qanunvericiliyin tələblərinin pozulmaqla məcburi icra tədbirlərinin həyata keçirməsi müvafiq nəticəyə səbəb kimi təhlil edilməli, təqdimata isə baxılan zaman məhz məcburi icra tədbirlərinin zəruriliyi baxımından mahiyyəti üzrə qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nəsimi rayon İcra Şöbəsinin rəis vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 8(006)- 186/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərardadı ləğv edilərək təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar