Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-350/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Təyar qızının sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(001)-323/2025 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin «icraata xitam verilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi, onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün borclunun faktiki fəaliyyət göstərdiyi, olduğu yer üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İş icra olunması üçün icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin icraatına verilmişdir. İcra məmuru ilə dəfələrlə danışıqlar əsasında icra sənədinin tam icra edilmədiyi bildirilsə də, qanunsuz və əsassız olaraq, razılıq ərizələri olmadan onunla razılaşdırılmadan və işin həqiqətən də tam icra olunduğunu araşdırmadan yalnız borclu olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən tələbin təmin olunduğu barədə xx.xx.2023-cü il tarixli məktubu əsasında «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5 və 20.2-ci maddələrini əsas götürərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi haqqında əsassız olaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Dəfələrlə icra məmuruna bildirilmişdir ki, icra sənədi qismən, yəni işə bərpa hissəsində icra olunsa da buraxılmış müddət üçün hesablanmış əmək haqqı tam olaraq ödənilməmişdir. Lakin buna baxmayaraq icra məmuru əsassız və qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda bugünə kimi də icra sənədi tam olaraq icra edilməmişdir. Borclu tələbkara ümumilikdə 30 aya(əmək haqqı 1000 manat olmaqla) münasibətdə 30x853=25590 manat ödəməli idi. Lakin ona həmin dövrlər üçün borclu tərəfindən cəmi 13858 manat əmək haqqı ödəmişdir. Belə olan halda borclu ona 25590-13858=11732 manat əmək haqqı ödənilməmişdir. Eyni zamanda da həmin dövrlər üçün məzuniyyət, əlavə mükafatlar və s. ödənilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(001)-323/2025 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin 03 may 2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(006)-323/2025 saylı qərardadından X1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 02 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-1727/2021 saylı qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nin“Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ tərəfindən ödənilməsi qət edilmişdir. Həmin İcra sənədi icra olunması üçün borclunun faktiki fəaliyyət göstərdiyi olduğu yer üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmiş və iş icraməmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin icraatına verilmişdir. İcra məmuru ilə dəfələrlə danışıqlar əsasında icra sənədinin tam icra edilmədiyi bildirilsə də qanunsuz və əsassız olaraq razılıq ərizələri olmadan, onunla razılaşdırılmadan və işin həqiqətən də tam icra olunduğunu araşdırmadan yalnız borclu olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ tərəfindən tələbin təmin olunduğu barədə xx.xx.2023-cü il tarixli məktubu əsasında “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci və 20.2-ci maddəsini əsas götürərək Binəqədi rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında əsassız olaraq xx.xx.2023-cü il tarixində qərar çıxarmışdır. Hörmətli məhkəmə iş materialı ilə tam sübuta yetirilir ki, icra sənədi tam icra edilməmişdir. Belə ki, işə əlavə edilmiş e-sosial.gov.az-dan çıxarılmış çıxarışdan görsənir ki, onun əmək stajı tam olaraq sistemə daxil edilməmiş və həmin dövrlər üzrə məcburi sığorta ödənişləri ödənilməmişdir. Bu isə gələcəkdə onun pensiya hüquqlarını və s. hüquqlarını pozur. Bundan əlavə olaraq bildirir ki, məhkəmə tələbkarın işə bərpa olunduğu tarixədək olan dövrün əmək stajına daxil edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadındakı istinad olunan göstərişlər nəzərə alınaraq tələbkar N.Bəhmənlinin əmək kitabçasına onun əvvəlki işlədiyi ştat vahidinin ixtisar olunduğu tarixdən məhkəmə qətnaməsinin icrası qaydasında işə bərpa olunduğu tarixədək olan dövrün əmək stajına daxil edilməsi istiqamətində müvafiq qeydlər də aparılmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, artıq əmək kitabçası tələbi ləğv edilmiş və bütün sənədlər elektron formada olduğundan borclunun əmək kitabçasına edilmiş əlyazma qeydlərin heçbir əhəmiyyəti yoxdur və elektron sistemdən bu qeydlər barədə məlumat almaq mümkün deyildir. Bu da gələcəkdə ciddi problemlər yaradacaq. Belə ki, əmək kitabçasıda qeydlər var, həmin dövrlər elektron sistemdə görsənmir və həmin dövrlərə dair məcburi sığorta ödənişləri və s. ödənişlər edilməmişdir. Bundan başqa məhkəmə icra məmurunun qərarını ona görə əsaslı hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadının əsaslandırma hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. İcra sənədində olan və borclu tərəfindən təqdim edilmiş əmək haqqı cədvəli çıxarışlarından görünür ki, X4 2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək əmək haqqı 500 manat təşkil etmiş və həmin dövrə ödəniləcək məbləğ 3693,43 manat məbləğində müəyyən edilmişdir. X4 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə hesablanmış əmək haqqı fondundan görünür ki, həmin dövrlərə ödəniləcək əmək haqqı 8845,02 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin bu mövqeyi ilə də razı deyil, belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadında tələbkarın əmək haqqının 500 manat olması qeyd edilməmiş və buna əsas gətirəcək cümlələr yazılmamışdır. Əksinə qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Məhkəmə isə əsassız olaraq tələbkarın elektron əmək bildirişində əmək haqqının 1000 manat olduğunu deyil, yalnız borclu tərəfindən təqdim edilmiş əmək haqqı cədvəlindən çıxarışa əsas götürmüşdür. Eyni zamanda da əmək haqqı anlayışı ƏM-də tam ətraflı aydınlıq verilmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadında əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Bu hissədə də belə hesab edir ki, tələbkar olaraq əgər onun əvvəlki vəzifəsi 2021-ci ilin 15 yanvarından ləğv edilsə də, həmin tarixdən borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də həmin vəzifəyə uyğun olan vəzifələrdə işə bərpa olunduğun tarixədək, yəni 2022-ci ilin dekabr ayınadək olan dövr üzrə borclunun təqdim etdiyi ştat cədvəli üzrə işçilərdən minimum əmək 1400 manat olmuşdur. Belə ki, o, işə həmin dövrdə əvvəlki vəzifəyə uyğun vəzifəyə bərpa olunsaydı, ən azı 1400 manat əmək haqqı alacaqdır. Belə olan halda yəni əmək haqqı artırılmış hesab edilməli və ona həmin dövrlər üzrə əmək haqqına uyğun əmək haqqı ödənilməlidir. Bundan əlavə olaraq bildirir ki, hətta borclu tərəfindən tələbkarın işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən, işə bərpa olunacağı tarixədək verilmiş məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilib ödənilməməsi, məcburi işburaxma müddəti üzrə əmək haqqı ödənilərkən həmin müddətin iş stajına daxil edilib edilməməsi və sosial sığorta hesabına ödəniş olub-olmaması icra məmuru tərəfindən aydınlaşdırılmalı olduğu halda bunların heç birini aydınlaşdırmadan cavabdehin məktubu əsasında əsassız olaraq icra sənədinə xitam vermişdir. Eyni zamanda da hesab edir ki, əmək haqqının məbləği, məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilməsi, məcburi iş buraxma müddətinin iş stajına əlavə edilməsi, sosial sığorta hesabına daxil edilməsi ilə bağlı məsələlər icra qaydasında həll edilməli olan məsələlərdir və qətnamənin icrası zamanı icra məmurunun bu sahədə biliyi olan mütəxəssis dəvət etmək hüququ vardır və X11 Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarətiilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti,əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Bundan əlavə borclunun təqdim etdiyi ödəniş cədvəllərində məsələn, 2020,2021,2022-ci illər üzrə əmək haqqının 500 manatdan hesablandığı görünür. Halbu ki, təqdim etdiyi və iş materialında olan ştat cədvəllərindən aydın olur ki, həmin dövrdə 500 manat nəinki ştat cədvəli üzrə ümumi şöbədə heç borclunun texniki işçisinin maaşı olmamışdır. Yəni, təqdim olunan ştat cədvəllərindən aydın olur ki, müvafiq dövrlər üzrə ümumiyyətlə 500 manat maaşı olan inzibati vəzifə mövcud deyildi. İcra sənədi üzrə izah qərardadından aydın olur ki, məcburi işburaxma dövrü üzrə əmək haqqı müvafiq dövrlər üzrə əmək haqqında artımlar (Əmək Məcəlləsinin 154-cü maddəsi üzrə) nəzərə alınmalı idi. Ştat cədvəlllərindən görünür ki, ümumi şöbədə ən aşağı vəzifə olan aparıcı mütəxəssis vəzifəsinin maaşı dəfələrlə artmışdır. Lakin, borclu ümumi şöbədə olan mütəxəssis vəzifəsi üzrə əmək haqqını yalnız 2020-ci ilin iyunun 30-dək olan vəzifə maaşı (vəzifə maaşına əlavə və ƏMAS-dakı bildiriş nəzərə alınmadan) aparmışdır. Halbuki, elə 2020-ci ilin iyulundan etibarən ştat cədvəli də dəyişmiş və ƏMAS-dakı bildirişlərə uyğunlaşdırılaraq 1400 manat olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(006)-323/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə isə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi əsasında 22 dekabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmri ləğv edilməli, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən ödənilməlidir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən 19 yanvar 2022-ci il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış 06 yanvar 2023-cü il tarixli **********2 №-li məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi tam icra edilmişdir. İcra sənədi üzrə tələbin «cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmrinin ləğv edilməsi» hissəsinin icrası təmin edilərək, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinin müavini E.Səfərli tərəfindən sözügedən əmrin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı əmr verilmişdir. 2. İcra sənədi üzrə tələbin «iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi» hissəsinin icrası təmin edilərək, 15 yanvar 2021-ci il tarixdə Observatoriyanın yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar N.Bəhmənlinin işlədiyi ştat vahidi ləğv edildiyindən, öz yazılı razılığı ilə təlbkar qurumun İdarə Heyəti sədrinin müavini E.Səfərlinin xx.xx.2022-ci il tarixli ********** saylı «qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi məqsədi ilə X3 müvafiq vəzifəyə təyin edilməsi haqqında» əmrinə əsasən analoji vəzifəyə-qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin informasiya əlaqələndiricisi vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlamış, bununla bağlı bütün digər sənədləşmə işləri aparılmış və əmək funksiyalarının icrasına başlamışdır.
3. İcra sənədi üzrə tələbin «İddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən ödənilməsi» hissəsinin icrası da təmin edilərək tələbkara cəmi 3693,43 manat məbləğində məcburi iş buraxma müddəti üçün əmək haqqı və bununla bağlı məcburi dövlət ödənişləri aidiyyəti üzrə ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadından görünür ki, X4 şikayəti qismən təmin edilmiş`,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı 26 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi və qətnaməyə izah verilməsi barədə iddiaçı X4 ərizəsi təmin edilməməsi, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyini tərəflər və icra məmurunun nəzərə alması qərara alınmışdır. Həmin qərardadın əsaslandırma hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Əmək haqqı cədvəli Çıxarışlarından görünür ki, X4 2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək əmək haqqı 500 manat təşkil etmiş və həmin dövrə ödəniləcək məbləğ 3693,43 manat məbləğində müəyyən edilmişdir. X4 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə hesablanmış əmək haqqı fondundan görünür ki, həmin dövrlərə ödəniləcək əmək haqqı 8845,02 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadındakı istinad olunan göstərişlərə müvafiq olaraq tərəflərindən tələbkarla yenidən haqq-hesab aparılmış, onun məcburi işburaxma müddəti üzrə əmək haqları və digər ödənişləri yenidən hesablanaraq Milli Observatoriyada xx.xx.2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məbləği əsasında əvvəlki işlədiyi ştatın ixtisar edildiyi tarixdən məhkəmə qətnaməsinin icrası qaydasında işə bərpa olunduğu tarixədək olan dövr üzrə cəmi 8845 manat məbləğində əmək haqları və bununla bağlı məcburi dövlət ödənişləri də təqdim etdiyi şəxsi bank və hesablaşma hesabına ödənilmişdir. Bununla da tərəflərindən N.Bəhmənliyə məcburi iş buraxma müddəti üzrə əmək haqqı qismində müvafiq məcburi dövlət ödənişləri tutulmaqla ümumilikdə cəmi 12.538,45 manat məbləğində vəsait ödənilmiş və qurumun tələbkara icra sənədi üzrə heç bir borcu qalmamışdır. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 2464/2023 saylı qərardadındakı istinad olunan göstərişlər nəzərə alınaraq tələbkar N.Bəhmənlinin əmək kitabçasına onun əvvəlki işlədiyi ştat vahidinin ixtisar olunduğu tarixdən məhkəmə qətnaməsinin icrası qaydasında işə bərpa olunduğu tarixədək olan dövrün əmək stajına daxil edilməsi istiqamətində müvafiq qeydlər də aparılmışdır. Beləliklə Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı icra sənədi üzrə bütün tələblər tam icra olunmuşdur. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Kollegiya icra məmurunun qərarından verilmiş şikayətin əsassız olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tələbkar ona məcburi əmək haqqının tam olaraq ödənilmədiyini, əmək haqqının 1000 manat məbləğində müəyyən edilərək, ödənilməli olmasını bildirsə də, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, onun xx.xx.2020-ci il tarixədək, yəni əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı 500 manat təşkil etdiyindən, məcburi iş buraxmaya görə də əmək haqqı da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadında qeyd edilənlərə uyğun olaraq, həmin məbləğə uyğun olaraq hesablanıb, tələbkara ödənilmişdir. Belə olan halda icra məmuru haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tələbkar tərəfindən icra hərəkətlərinin qanunsuzluğu və icraata xitam verilməsi haqqında qərarın ləğvi üçün əsas təşkil edəcək hər hansı bir mötəbər sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, məhkəmə şikayəti təmin etməməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(001)- 323/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Günay Axundova Hakimlər Cəmilə Musayeva Fərrux Qasımov