Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-351/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı icra sənədinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin X3 işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində "Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata xitam vermişdir. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Belə ki, borclu publik hüquqi şəxsin şöbəyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda iş üzrə tələbkarın xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu bildirilmişdir. Həmçinin məktuba iş üzrə tələbkara məcburi işburaxmaya görə ümumilikdə ödənilən 40546.75 manat pul vəsaiti ilə bağlı ödəniş tapşırıqları və əmək haqqının hesablanmasına dair sənədlər və hesabatlar əlavə edilmişdir. Tələbkar icra məmurunun icra sənədi üzrə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, Yasamal rayon icra şöbəsinin icra məmuru B.Babayevin icraatında olan Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı icra sənədinə əsasən aşağıdakı tələblər müəyyən edilmişdir: 1. "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin X3 işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilsin.
2. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X5 həmin qurumda "Əmək bazarının proqnozlaşdırılması" şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin. Belə ki, icra sənədi üzrə göstərilən tələblərin heç biri borclu tərəfindən bu günə kimi tam və icra sənədində müəyyən edilmiş icra üsuluna və icra qaydasına riayət olunmaqla icra olunmamışdır. 1-ci tələblə bağlı (qanunsuz əmrin ləğvi) bildirir ki, 30 iyun 2020-ci il tarixli müvafiq qanunsuz əmrin ləğvi ilə bağlı kağız daşıyıcıda əmr verilsə də, bununla bağlı tələbkarın əmək kitabçasında hər hansı qeyd aparılmamış, həmçinin müvafiq X1 (ƏMAS-da) da bununla bağlı hər hansı bildiriş daxil edilməmişdir. Başqa sözlə borclu tərəfindən işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müvafiq əmrin qüvvədən düşməsi formal olaraq bəyan edilmiş, həmin əmrin ləğvi və hüquqi nəticələrinin aradan qaldırılması istiqamətində əmək qanunvericiyində nəzərdə tutulmuş heç bir praktiki və real tədbir görülməmişdir. Məlumat üçün bildirir ki, 30 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi barədə əmrdə onun ləğvi formal olaraq bəyan edilsə də, həmin əmr əmək münasibətlərinin rəsmiləşdirilməsi və uçotu üzrə müvafiq dövlət informasiya ehtiyatlarında hal-hazırda da qüvvədədir. Halbuki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X1 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Belə ki, onun qanunsuz olaraq işdən azad edilməyi ilə bağlı borclunun icra sənədində ləğv edilməsi qət edilmiş 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri və əmək müqaviləsi bildirişi faktiki olaraq hələ də müvafiq X1 qüvvədədir, Başqa sözlə, istinad olunan əmək qanunvericiliyi normalarından göründüyü kimi işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaradılması, dəyişdirilməsi və s. hərəkətlər məhz müvafiq X1 qeydə alındıqdan sonra qüvvəyə mindiyindən sözügedən əmrin ləğvi barədə əmr üzrə həmin elektron informasiya sisteminə müvafiq bildiriş daxil edildikdən sonra bu əmr ləğv edilmiş hesab oluna bilərdi. Odur ki, borclu işçinin işdən çıxarılması barədə əmrin ləğvini kağız daşıyıcıda formal olaraq bəyan etsə də, bu bəyan sözügedən əmrin ləğvi üçün kifayət deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilməsi qərara alınmışdır. Qərardadda “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5, 20.2, 20.3, 20.4, 20.5, 20.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnaməyə izah verilməsi barədə iddiaçının (tələbkarın) ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə izah verilməsi üçün müraciət edilməsinə səbəb ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş tələb üzrə məcburi iş buraxma müddətinin hansı müddətlər olması və buraxılmış müddət üzrə əmək haqqının (X1 aylıq 1800 manat göstərilib) hansı məbləğdə ödənilməsinə, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən, işə bərpa olunacağı tarixədək verilmiş məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilməli olub-olmamasına, məcburi işburaxma müddəti üzrə əmək haqqı ödənilərkən həmin müddətin iş stajına daxil edilməli olubolmamasına və sosial sığorta hesabına ödəniş edilməli olub-olmaması barədə məsələlərə aydınlıq gətirilsin. Həmin ərizəyə baxılan zaman həm tələbkarın, həm də borclunun mübahisələndirildiyi məsələlərdən biri də əmək haqqının məbləği olmuşdur. Qətnaməyə izah verilməsi barədə qanuni qüvvəyə minmiş qərardadda məhkəmə qeyd etmişdir ki, əmək haqqının məbləği, məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilməsi, məcburi iş buraxma müddətinin iş stajına əlavə edilməsi, sosial sığorta hesabına daxil edilməsi ilə bağlı məsələlər icra qaydasında həll edilməli olan məsələlərdir və qətnamənin icrası zamanı icra məmurunun bu sahədə biliyi olan mütəxəssis dəvət etmək hüququ vardır və X8 Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Bununla belə, icra işinin materiallarından və digər sənədlərdən müəyyən edilir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı mübahisəli məsələlərin həll edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, mütəxəssis cəlb etməmiş, borclunun göndərdiyi sənədlərlə kifayətlənərək, onun əsaslandırmasını qəbul edərək icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi işə bərpa olunma hissəsində tam icra edilsə də, məcburi iş buraxma dövrü üçün əmək haqqının məbləği ilə bağlı icra qaydasında müəyyən edilməli olan məsələ həll edilməmişdir. Hansıki, ən azından əmək müqaviləsi üzrə bildirişdə tələbkarın əmək haqqının 1800 manat olduğu göstərilsə də, icra məmuru tərəfindən borclunun ödədiyi məbləğin icra sənədinin tam icra olunması kimi qəbul edilmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrünün əmək stajına daxil edilməsi ilə bağlı X1 borclunun özündən asılı olan bütün hərəkətlərin edilibedilmədiyi də araşdırılmamışdır. Tələbkarın iddiaçı qismində ödənilməmiş əmək haqqının, məzuniyyət, müavinət və.s ödənişlərin tutulması ilə bağlı iddia icraatı qaydasında tələb irəli sürməsi icra sənədinin tam icra olunduğu hüquqi nəticəsini yaratmır. Hansı ki, məcburi iş buraxma dövrü üçün Əmək Məcəlləsinin 154.1 -ci maddəsinə əsasən ödənilməli olan əmək haqqı hazırki icraatın predmetidir və məlumdur ki, icra haqqında qanunvericiliyin tələbinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)- 384/2025 nömrəli qərardadı ləğv edilməsi ilə bağlı şikayətin təmin edilməsini, əks halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçı eyni məsələ ilə bağlı iddia ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda e-2(001)- 1942/2025 saylı mülki iş Binəqədi Rayon Məhkəməsinin Hakimi Elnarə Vəliyevanın icraatındadır. Ödənişlərlə bağlı ekspertiza təyin edildiyi üçün iş üzrə icraat dayandırılmışdır. Belə olan halda bu məsələ ilə bağlı şikayətin təmin olunması ilə bağlı qərarın çıxarılması əsassızdır. Digər hakim tərəfindən bu məsələnin həll edilməsi ilə bağlı ekspertiza təyin edilsə də, Məhkəmə tərəfindən araşdırma aparılmadan qərardad qəbul edilmişdir. Digər bir məsələ iddiaçı X5 tərəfindən məhkəməyə təqdim edilən sənədlərin mənbəyinin məlum olmaması və həmin sənədin üzərində olan əsli ilə düzdür ştampının Observatoriya məxsus olmamasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3.cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə yalnız qanuni yolla əldə olunmuş sübutları qəbul edir. "Qanunsuz yolla əldə olunmuş sübutlar ədalətli məhkəmə araşdırmasına əsas ola bilməz." Məhkəmə iclası zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutların necə əldə olunması haqqında iddiaçının vəkilinə cavabdeh tərəfindən sual verilsə də, vəkil həmin suala cavab verməmişdir. Hakim tərəfindən isə qeyd edilən məsələyə münasibət bildirilməmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 il-ci il tarixli 2(001)-1731/2021 saylı icra vərəqəsinə əsasən göstərilən bütün tələblər yerinə yetirilmişdir. Belə ki, İ.İsgəndərov işə bərpa edilmiş və ona məcubiri iş buraxmaya görə ödənişlər ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Göründüyü kimi, hazırki vəziyyətdə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1731/2021 saylı qətnaməsi tam olaraq icra olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, icra işinin materiallarından və digər sənədlərdən müəyyən edilir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı mübahisəli məsələlərin həll edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, yalnız borclunun göndərdiyi sənədlərlə kifayətlənərək, onun əsaslandırmasını qəbul edərək icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi işə bərpa olunma hissəsində icra edilsə də, məcburi iş buraxma dövrü üçün əmək haqqının məbləği ilə bağlı icra qaydasında müəyyən edilməli olan məsələ həll edilməmiş, icra məmuru tərəfindən borclunun ödədiyi məbləğin icra sənədinin tam icra olunması kimi qəbul edilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrünün əmək stajına daxil edilməsi ilə bağlı X1 borclunun özündən asılı olan bütün hərəkətlərin edilib-edilmədiyi də araşdırılmamışdır. Şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, borclu tərəfindən icra sənədinin lazımi qaydada icra edildiyi təqdirdə narahatçılığı anlaşılan deyil. Hər bir halda borclu müvafiq icra ilə bağlı zəruri sənədləri icra məmuruna təqdim etməklə icranın təsdiqini sübut etmək vəzifəsinə sahibdir. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.