Məhkəmə qərarları › İş №8(103)-352/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-352/2020

18.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-352/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-257/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X8 məhkəmədə iddia qaldıraraq cavabdeh X3 5.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 66-cı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmasına X1 şərti olaraq “mansarda” adlanan, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 74 saylı qeyri-yaşayış sahəsindən kompensasiya verilmədən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 66 və 74 saylı mənzillərin və Honda CRV” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlar arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə X5 X3 qarşı 5000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsinə, mənzildən çıxarılmasına və kompensasiya verilmədən qeyri-yaşayış sahəsindən çıxarılmaya dair iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, X5 və X1 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 66-cı mənzili və “Honda CRV” markalı ** EG *** dövlət nişanlı avtomobili üzərində hər birinin payı bərabər olmaqla 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Simuzər Salahova ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(010)-161/2012 saylı qətnaməsində kommunal xətlərin istifadəsi ilə bağlı aydın izahat verilməmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 66-cı mənzil üzərindı hər birinin payları bərabər olmaqla 1/2 hissədə bölünsə də, kommunal xidmətlərlə bağlı sayğacların kimin adına rəsmiləşdirilməsi qeyd edilməmişdir. Bu səbəbdən o, qaz təchizatından məhrum olmuşdur. Qeyd edilənlərə əsasən, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin rədd olunması qərara alınmış, həmin qərardaddan Simuzər Salahova tərəfindən verilmiş şikayət də məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1- 230.3-cü maddələrinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin aydın ifadə olunmaması və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Kollegiya qeyd edir ki, qətnamədə əks olunmamış hər hansı məsələ, o cümlədən məhkəmə baxışının predmeti olmayan məsələlər izah edilə bilməz. Ərizəçinin ərizəsində göstərdiyi hallar, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, Samir Cəfərov küçəsi, 34 saylı evin 66-cı mənzildə kommunal xidmətlərlə bağlı sayğacların kimin adına rəsmiləşdirilməsi məsələsi qətnamədə əks olunmadığından və məhkəmə baxışının predmeti olmadığından, eyni zamanda hüquqi terminlərdən yerində istifadə edilməməsi və qrammatik cəhətdən fıkrin aydın çatdırılmaması ilə əlaqədar olmadığından, həmin hissədə qətnamənin izahı yolverilməzdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sözügedən qətnamənin izahına zərurət olmaması qənaətinə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-257/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar