Məhkəmə qərarları › İş №8(103)-352/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-352/2021

15.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-352/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyevin Borclu adına olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsi barədə iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 17/2018 nömrəli, 09.04.2018-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq. Borclu məxsus olan Bərdə rayonunun Otuzikilər kəndində ümumi sahəsi 2.19 ha olan torpaq sahəsi. Xaçmaz rayonu, Canaxır kəndində 0.5850 ha torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.3000 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat nunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 17/2018 nömrəli, 09.04.2018-ci il tarixli icra sənədinə əsasən üzrə Borclu 576822.75 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 05.04.2019-cu il tarixdə şöbənin icraata daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı burclu Borclu ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 24.06.2020-ci il tarixli məktubuna əsasən Borclu məxsus olan Bərdə rayonunun Otuzikilər kəndində ümumi sahəsi 2.19 ha olan torpaq sahəsi, Xaçmaz rayonu, Canaxır kəndində 0.5850 ha torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.3000 ha torpaq sahəsinə (ümumi birgə pay) dair JN-354A Kod 61018018 olan torpaq aşkar edilmişdir. Qeyd olunanları əzərə alıb icra məmuru təqdimatının təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-654/2020 nömrəli, 17.11.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu məhkəməyə şikayət təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 654/2020 nömrəli, 17.11.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar, borclu və icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, Borclu mülkiyyətində olan Bərdə rayonunun Otuzikilər kəndində ümumi sahəsi 2.19 ha olan torpaq sahəsi, Xaçmaz rayonu, Canaxır kəndində 0.5850 ha torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.3000 ha torpaq sahəsinin üzərinə həbsi qymaqla birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə olan Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 17 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar