Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-353/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili X5 iştirakı ilə, X1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-804/2019 saylı 27.03.2019-cu il tarixli qətnaməsinə əsasən mənzilin boşaldılmasına möhlət verilməsinə dair ərizəsi üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səbail Rayon Məhkəməsinin 2(009)-804/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X6 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 83 saylı mənzilin və ünvan 2 ünvanında yerləşən 312 (yeni qaydalarla AZİ 100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, M2, m 3) saylı mənzilin cavabdeh X4 hesabına boşaldılması və təhvil verilməsi, mənzillərin iddiaçının faktiki mülkiyyətinə verilməsi, mənzillərdən istifadəyə cavabdeh X7 tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdeh X4 mənzillərdən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüsvvəsini almış və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada icraya yönəldilmişdir. X3 08 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-804/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən mənzillərin boşaldılmasına 1 (bir) il müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 8(009)-122/2021 saylı, 31.05.2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-804/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən mənzilin boşaldılmasına möhlət verilməsi barədə X1 ərizəsi təmin edilməməmişdir. Borclu X2 rayon Məhkəməsinin 8(009)-122/2021 saylı, 31.05.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq X3 və icra məmuru kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Səbail Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi əsasında, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, X3 məhkəmənin sözügedən icra sənədinin icrasını həyata keçirməsinə mane ola biləcək əmlak vəziyyəti və digər hallar barəsində məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-353/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-353/2021
15.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver