Məhkəmə qərarları › İş №8(103)-354/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-354/2020

28.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-354/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-491/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 203/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 18574,86 əsas borc və 30 manat məbləğində dövlət rüsumunun Tələbkar İKB ASC-nin xeyrinə tutulmalı olduğunu bildirərək, həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına olan “TOFASH SHAHİN minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı, “MG 6 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı və “SHACMAN SX3254DT384 yük” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borc tələbi həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-491/2018 saylı, xx xxxx 2018-ci tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Borclu qərardaddan şikayət verib Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 491/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadının qismən ləğv edilməsini, mülkiyyətində olan “MG 6 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı və “SHACMAN SX3254DT384 yük” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus “VAZ 21074 minik” markalı, **-LT- *** dövlət qeydiyyat nişanlı və “Tofash Shahin minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillər borcu tam ödədiyindən, digər avtomobillərin üzərində həbsin qalmasına lüzum qalmadığı bildirilsə də, həmin avtomobillərin banka olan borcun bağlanmasına kifayət etməsini sübut edən hər-hansı bir sənəd əlavə edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(002)-491/2018 saylı qərardadı ilə şikayət təmin edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar “xxxxxxxx” ASC şikayət verərək, qərardadın ləğv edilməsi və şikayətin rədd edilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(002)-491/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-43/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 8(002)-491/2018 saylı qərardadı ləğv edilmiş, şikayət baxılması üçün Qaradağ Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-491/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayəti müdafiə edib, onun məzmununa izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə baxış iclasına gəlməyən digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Borclu izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Göründüyü kimi Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu tələbkar Nadirov Zöhrab Tələbkar İKB ASC-nin (hazırda “xxxxxxxx” ASC) xeyrinə cəmi 18574,86 ABŞ dolları və 30 manat məbləğində pulun tutulması qərara alınmışdır. Sonrakı mərhələdədə icra sənədi borclular tərəfindən icra edilməmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə borclunun mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Bundan əlavə, borclu öz şikayət ərizəsinə onun tərəfindən icra sənədinin icra edilməsini təsdiq edən heç bir sübut əlavə etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclular tərəfindən icra sənədi icra edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq məcburi icra tədbirlərindən biri kimi borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmuşdur, buna görə də qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassızdır. Kollegiya qeyd edir ki, rayon məhkəməsi texniki səhvə yol verərək, qərardadın tarixini xx xxxx 2019-cu il əvəzinə, xx xxxxxx 2019-cu il kimi qeyd etmişdir. Bununla belə, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan aktı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-491/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar