Məhkəmə qərarları › İş №8(103)-354/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-354/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-354/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-430/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəçi X8 tərəfindən verilmiş ərizəyə baxılmasına dair məhkəmənin 13 avqust 2024-cü il tarixli 8(005)-409/2024 nömrəli qərardadından ərizəçinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X16 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı, 24 may 2006-cı il tarixli müqavilənin, X16 ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinin, X6 ilə X13 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1489 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında X10 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, 461089 saylı, X9 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışların ləğv olunması, X10, X2 və X9 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı X7 təhvil verilməsi, X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinin və X10 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılması, X5 Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin, 46 nömrəli mənzilinə köçürülməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, yaşamaq üçün başqa yaşayış yerinin olmamasının nəzərə alınmasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 430/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-430/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər "xxxx" MTK-ya, X12, X3, X11 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin əvvəlki vəziyyətinə qaytarılması, müqavilələrin etibarsız hesab edilməsi və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq iş üzrə iddia tələbinin qismən təmin olunması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Nərimanov rayon İcra şöbəsinin icra məmuru qətnamə barədə ona məlumat vermişdir. Qətnaməyə əsasən evdən çıxarılma nəticəsində başqa yaşayış yerinin olmamasına görə evsiz qalacaq. Müharibə veteranıdır, ailəlidir, iki övladı və nəvəsi ilə eyni evdə yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 8(005)- 409/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi X8 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti vermiş, məhkəmə tərəfindən qətnamə ilə maraqlarına toxunulan şəxs kimi qiymətləndirilərək, tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-430/2020 saylı qətnaməsindən maraqlı şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, mövcud vəziyyətdə həmin şəxs həmin qətnamədən birbaşa apellyasiya şikayəti vermək hüququna deyil, apellyasiya şikayətini əlavə etməklə Ali Məhkəmənin sədrinə müraciət etmək hüququna sahibdir. Kollegiya hesab edir ki, məhkəmə ərizənin rədd edilməsi barədə əsaslı nəticəyə gəlmişdir, ərizəçinin istinad etdiyi hallar qətnamənin icrasına möhlət vermək üçün əsas yaratmır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, ərizəçinin belə bir müraciət etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 8(005)- 409/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar