Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-355/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” haqqında qərarından tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadından tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin cavabdeh X9 aid hissədə aidiyyati üzrə icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən icraatında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı,06.04.2018-ci il tarixli icra sənədləri üzrə “ümumi icraatda birləşdirilməsi haqqında” 05.10.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunan qərar rəsmi qaydada 09.03.2021-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndə X13 tərəfindən imzalanaraq götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədinə əsasən cavabdehlər "xxxx" ASC-dən və X6 müştərək qaydada cəmi 501605,93 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutlması qət edilmişdir. Tələbkar hesab edir ki, icra məmurunun qərarı qanunsuz və əsassızdır. Belə ki, sözügedən icra sənədi Bakı Apelyasiya Məhkəməsi tərəfindən "xxxx" ASC-yə aid hissədə icra olunması üçün Nərimanov RİŞ və X9 aid hissədə isə Yasamal RİŞ-ə göndərilmişdir. Lakin sonradan Yasamal RİŞ tərəfindən LPO "xxxx" ASC-yə məlum olmayan səbəblərdən qeyd olunan icra sənədi iş üzrə X3 aid hissədə məcburi icra tədbiri görülmədən ərazi aidiyyəti məsələsi pozularaq Nərimanov RİŞ-ə göndərilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov tərəfindən “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. İcra məmurunun icra sənədini bir icraatda birləşdirilməsi nəticəsində iş üzrə X2 Nərimanov rayon inzibati ərazi vahidliyində qeydiyyatda olmaması və yaşamaması səbəbindən barəsində məcburi icra tədbiri görülməmiş və icra sənədi uzun müddətdir ki, E.Mansurova aid hissədə hərəkətsiz qalmışdır. İcra Məmurunun qeyd olunan hərəkəti (hərəkətsizliyi) maraqlara toxunaraq nəticədə hüquqlarının pozulmasına gətirib çıaxartmışdır. Qeyd olunanlardan aydın görünür ki, icra məmuru göstərilən hərəkəti ilə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrasına maneələr yaradır. Yuxarıda qeyd edilənlərə əsasən tələbkar hesab edir ki, icra məmurunun “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarı ləğv edilməldir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 06.04.2018-ci il tarixdə verilmiş 2(103)- 1873/2018 nömrəli, icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirlməsi qərara alınmışdır. Qərardaddan tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 05.10.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədinə əsasən cavabdehlər "xxxx" ASC-dən və X6 müştərək qaydada cəmi 501605.93 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “DəmirBank" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən icraatında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-T873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədləri üzrə “ümumi icraatda birləşdirilməsi haqqında" 05.10.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunan qərar rəsmi qaydada 09.02.2021-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndə X14 tərəfindən imzalanaraq götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı. 06.04.2018-ci il tarixli icra sənədləri üzrə “ümumi icraatda birləşdirilməsi haqqında” qərardan verilmiş şikayət təmin edilməmişdir. Şikayət təmin edilməməsi barədə Nərimanov rayon məhkəməsi qərardad qəbul edərkən heç bir əsas gətirmədən yalnız icra işinin materiallarında olanları qeyd etmişdir. İlk olaraq qərardadda da qeyd olunduğu kimi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədinə əsasən X3 Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən 05.10.2018-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borc tələbinin və həmçinin həmin məbləğin 7%-i həcmində icra ödənişinin ödənilməsinə dair xəbərdarlıq göndərilmiş, habelə 13.11 2018-ci il tarixdə borclu qismində Yasamal rayon İcra və probasiya şöbəsinə çağırılması üçün çağırış vərəqəsi göndərilmişdir. Göründüyü kimi Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən borc məbləğinin ödənilməsi üçün borclu X15 barəsində icra tədbirlərinin görülməsinə başlanılmışdır və borclu barəsində qərar qəbul olunmuşdur. İkinci olaraq qeyd edirik ki, qərardadda da qeyd olunduğu kimi qeyd olunan icra sənədi üzrə borclu "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanmış 01.11.2018-ci il tarixli ərizəsində qətnamə üzrə borcu hissə-hissə ödədiyini əsas gətirərək ASC-nin sədri olan fiziki şəxsdən də borcun tələb edilməsi müəyyən çətinlik yarandığı üçün icra sənədlərinin bir icra edilməsini xahiş etmişdir. Bununla qeyd olunan icra sənədi üzrə borclular tərəfindən heç bir ödəniş edilməmişdir və borclunun ərizəsi əsasında Bakı Apelyasiya məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli qətnaməsi üzrə Yasamal rayon İcra və probasiya şöbəsinə borclu X15 barəsində verilmiş icra sənədi hələ də icra edilməmişdir. Üçüncü olaraq qərardadda da qeyd olunduğu kimi borclu X4 rayon İcra və probasiya şöbəsinə verdiyi izahatında həmin icra sənədi üzrə 60593 ABŞ dolları məbləğində pul vəsaitinin ödəməli olduğu qeyd etmişdir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədinə əsasən cavabdehlər "Bakı Çinar Soyuducuları” ASC-dən və X6 müştərək qaydada cəmi 501605,93 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Dördüncü olaraq məhkəmə qərardadda qeyd edir ki, "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin" 16.03.2021-ci il tarixli 01/827 nömrəli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişindən görünür ki, kredit (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apelyasiya məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədi üzrə mülkiyyətdəki 56 adda daşınar əmlaklara tutma yönəldilərək və hərracda satılmalıdır. Bununla bağlı qeyd olunan 56 adda daşınar əmlaklar Bakı Apelyasiya məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti deyildir və tələb icra sənədi üzrə həmin əmlaklara yönəldilməmişdir. Beşinci olaraq məhkəmə qərardadda qeyd edir ki, "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin" 03.02.2021-ci il tarixli 55 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, 56 ədəd yekun daşınar əmlakların cəmi 358100 manat təşkil edir. Bununla bağlı "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” əmlakların açıq hərracda satışının təşkilini həyata keçirdən hərrac mərkəzidir və qiymətləndirmə fəaliyyəti ilə məşğul deyil. Habelə Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən 'Bakı Çinar Soyuducuları" ASC-yə məxsus əmlaklarının qiymətləndirilməsinə dair 55 saylı, 03 02.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edilmiş və hazırda Nərimanov rayon məhkəməsində 2(005)-2236/2021 saylı iş ilə iddia ərizəsinə baxılır. Altıncı olaraq Bakı Apelyasiya Məhkəməsi tərəfindən qanunvericiliyin normalarına tam əməl olunaraq sözügedən icra sənədi “Bakı Çinar Soyuducuları" ASC-yə aid hissədə icra olunması üçün Nərimanov RİŞ və X9 aid hissədə isə Yasamal RİŞ-ə göndərilmişdir. Lakin sonradan Yasamal RİŞ tərəfindən LPO "xxxx" ASC-yə məlum olmayan səbəblərdən qeyd olunan icra sənədi iş üzrə X3 aid hissədə məcburi icra tədbiri görülmədən ərazi aidiyyəti məsələsi pozularaq Nərimanov RİŞ-ə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X14 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Borclulara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin cavabdeh X9 aid hissədə aidiyyati üzrə icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə şikayətə yenidən baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 06.04.2018-ci il tarixli 2(103)- 1873/2018 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər "xxxx" ASC-dən və X6 müştərək qaydada 320334,27 ABŞ dolları əsas borc, 180771,66 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu, cəmi 501605,93 (beş yüz iyirmi bir min altı yüz beş ABŞ dolları, doxsan üç ABŞ sent) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 05.10.2018-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 199832/2018 sayı ilə birləşdirilməsi qərara alınmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 26.01.2021-ci il tarixli **********793 nömrəli məktubdan görünür ki, Yasamal RİPŞ tərəfindən LPO "xxxx" ASC-yə məlum olmayan səbəblərdən iş üzrə X3 aid hissədə məcburi icra tədbiri görülmədən ərazi aidiyyəti məsələsi pozularaq qeyd olunan icra sənədi Nərimanov RİPŞ-ə göndərilmiş və icra sənədi şöbə tərəfindən icraata qəbul edilmişdir. İş üzrə borclu X1 rayon inzibati ərazi vahidliyndə qeydiyyatda olmaması və yaşamaması səbəbindən borclu barəsində məcburi icra tədbiri görülməmiş və icra sənədi uzun müddətdir ki, E.Mansurova aid hissədə hərəkətsiz qalmışdır. X3 aid hissədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədini aidiyyəti üzrə icra olunması üçün Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 idarəsinin, Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanladığı 08.11.2018-ci il tarixli 118833.1218 nömrəli məktubdan görünür ki, 10AN838 nömrə nişanlı, buraxlış ili 2000, “Nissan Maxima” minik markalı, 90JD554 nömrə nişanlı, buraxlış ili 1991, zil 431410 markalı, 10JP710 nömrə nişanlı, buraxlış ili 1991, UAZ 3303 yük markalı, 10JR610, Forland yük markalı, buraxlış ili 2005, 90AC269, VAZ 21043 minik markalı, buraxlış ili 2004, 10JP122, KAMAZ 5320 yük markalı, buraxlış ili 1989 olan avtomobillər borclu "xxxx" ASC-nin qeydiyyatında keçən nəqliyyat vasitələri kimi qeydə alınmışdır. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin 24.12.2018-ci il tarixli icra sənədini ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1873/2018 saylı, 25.09.2018-ci il tarixli icra sənədi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin 05.10.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılması, X3 təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsini və icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçrilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınaraq və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin 05.10.2018-ci il tarixli 199832/2018-53- 12 nömrəli tələbin könüllü icrası haqqında bildiriş X3 göndərilmişdir. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin X3 10.2018-ci il tarixli 17/72- 199832/4 nömrəli xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1873/2018 saylı, 25.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən borlular X6 və "xxxx" ASCdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə cəmi 501605,93 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti həmçinin, həmin məbləğin 7%-i həcmində (35112,41 ABŞ dolları+2,70 manat) icra ödənişi (Yasamal rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına) tutulacağı bildirlmişdir. 199832 nömrəli çağırış vərəqəsindən görünür ki, borclu X4 rayon İcra və Probasiya Şöbəsinə 13 11.2018-ci il tarixdə borclu qismində çağırılmışdır. Borclu Bakı Çinar Soyuducları ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının İcra Baş İdarəsinə ünvanlanmış 01.11.2018-ci il tarixli 19828 nömrəli ərizənin məzmunundan görünür ki, qətnamənin hissə-hissə icra edilməsi məqsədilə hazırda işlər aparıldığı, lakin, qətnamənin icrası ayrı-ayrı rayonlarda olduğundan hər iki icra məmuru qətnamənin icra edilməsini həm hüquqi həm də onu sədri olan fiziki şəxsdən tələb etdiyindən müəyyən çətinliklər yaradır. Qətnamə üzrə icra sənədinin rayonlardan birində icra edilməsi xahiş olunmuşdur. X2 Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə verdiyi izahatından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25.09.2018-ci il tarixli qərarına əsasən ona və "xxxx" ASC-dən müştərək qaydada 60593 ABŞ dolları məbləğində pul vəsaitinin ödəməli olduğunu qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 30.03.2021-ci il tarixli 01/986 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 1652/1994408/18-15-18 saylı, 10.02.2021-ci il tarixli sifariş məktubuna əsasən 56 adda daşınar əmlakların təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 fazi az olmayan qiymətlə yəni 228.288,75 (iki yüz iyirmi səkkiz min iki yüz səksən səkkiz man 75 qəpik) olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 16.03.2021-ci il tarixli 01/827 nömrəli açıq hərracın keçrilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, kredit (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədi üzrə mülkiyyətdəki 56 adda daşınar əmlaklara tutma yönəldilərək və hərracda satılmaldır. Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03.02.2021-ci il tarixli 55 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, 56 ədəd yekun daşınar əmlakların cəmi 358.100 (üç yüz əllik səkkiz min yüz) manat təşkil edir. Ləğv prosesində olan "xxxx" ASC-nin, Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış 12.02.2020-ci il tarixli **********231 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh "xxxx" ASC-nin 501.605.93 (beş yüz bir min altı yüz beş) manat 93 qəpik məbləğində pul vəsaitinin LPO "xxxx" ASC-nin xeyrinə tutulmasına dair 06.04.2018- ci il tarixli 2(103)-1873/2018 saylı qətnamə qəbul edilərək icra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə görülümüş icra tədbirləri barəsində məlumat verilməsi xahiş edilmişdir. Kommersiya qurumlarının dövlət reyesteri məlumatlarından görünür ki, kommersiya qurumunun hüquqi ünvanı ünvan 40.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının “İcra Haqqında” qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 54.1-ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Həmin qanunun 54.2-ci maddəsinə əsasən bu qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki,, sözügedən icra sənədinin icrası ilə əlaqədar Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Şirinov icra ilə bağlı bütün hərəkətləri qanunamüvafiq şəkildə icra etdiyindən tələbkar Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən şikayətinin təmin edilməsi də əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən tələbkar Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin 05.10.2018-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 199832/2018 sayı ilə birləşdirilməsini qərara alsa da hansı icra sənədləri ilə birləşdirilməsini göstərməmişdir. Həmçinin borclu X1 rayonunda deyil, Yasamal rayonunda qeydiyyatdadır. Bank isə icra sənədinin aidiyyati üzrə Yasamal rayona göndərilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, icra sənədlərinin bir icraatda birləşdirilməsinin faydalılığının nədən ibarət olması əsaslandırmamışdır. Kollegiya həmçinin qeyd edir ki, 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarından görünür ki, "xxxx" ASC barəsində olan icra sənədləri üzrə icraarın ümumi icraatda birləşdirilməsi qərara alınır və icra məmuru Azərbaycan Respublikasının “İcra Haqqında” Qanunun 54.1-ci maddəsinə istinad edir. Birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış və qərardadında borclular X15 və "xxxx" ASC barəsində olan icra sənədləri üzrə icraarın ümumi icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, artıq eyin borcluda deyil, müxtəlif borcludan söhbət gedir. Belə ki, qəbul edilən qərarda hansı və kimin barəsində olan icra sənədinin birləşdirilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin cavabdeh X9 aid hissədə aidiyyati üzrə icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə şikayətə yenidən baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-174/2021 saylı 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin Tələbkar Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 05.10.2018-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarının ləğv edilməsinə və icra sənədinin cavabdeh X9 aid hissədə aidiyyati üzrə icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə şikayətə yenidən baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-355/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-355/2021
14.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver