Məhkəmə qərarları › İş №8(103)-355/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-355/2024

02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-355/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadından ərizəçi-tələbkar X14 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon icra şöbəsində xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı, xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli 2(103)-8405/202) saylı, xx.xx.2021-ci il tarixli 8(011)-1083/2021 saylı, xx.xx.2022-ci il tarixli 2(103)-520/2023 saylı, xx.xx.2022-ci il tarixli 2(011)-1280/2022 saylı, xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 saylı məhkəmə aktları üzrə icra sənədləri ilə bağlı “İcra haqqında” Qanunun 12.1 (2 (iki) ay müddətində bütün zəruri icra hərəkətlərinin həyata keçirilməməsi), 43 (məcburi icra tədbirlərinin tətbiq edilməməsi), 47 (tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməməsi), 54.1-ci (borclu barəsində bir neçə icra sənədi olduğu təqdirdə ümumi icraatda birləşdirilməməsi) maddələri ilə nəzərdə tutulan tələblərə dürüst riayət olunmaması hallarının tanınması, pozuntu faktının aradan qaldırılması, qeyd olunan məhkəmə aktları üzrə icra sənədlərinin icrası ilə əlaqədar hərəkətsizlik edilməsinin qarşısının alınması və icra orqanında icra icraatı mərhələsində hərəkətsizliyin edilməsinə son qoyulması; Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018- ci il tarixli 2(011)-1184/2018 saylı və xx.xx.2020ci il tarixli 2(011)-634/2020 saylı məhkəmə aktları əsasında başlanmış icra işləri üzrə icra sənədləri əsasında AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi başlandıqdan sonra həmin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 və xx.xx.2020-ci il tarixli 2(011)- 634/2020 saylı icra sənədlərinin AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində olması əsası ilə Xətai Rayon İcra Şöbəsində icra icraatında hərəkətsizlik edilməsinin tanınması, icra hərəkətlərinin aparılmaması ilə bağlı hərəkətsizlik edilməsinin qanunsuz sayılması və zəruri icra tədbirlərinin davam etdirilməsinə nəzarətin təmin olunması; Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)- 8405/2021 saylı icra sənədi üzrə “Borclular (Cavabdehlər) Borclu ilə X26 arasında “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli və Borclu ilə X8 arasında “Mersedes Benz 220 minik” markalı **-OK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı icra mərhələsində hərəkətsizliyin edilməsinin tanınması, icra məmurları tərəfindən “İcra haqqında” Qanunun 43 (məcburi icra tədbirlərinin tətbiqi), 47-ci (tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi) maddələrinə riayət olunmasının məhkəmənin icra sənədinin icrasına nəzarət qaydasında icra olunması, “VAZ 21214- minik” markalı, **-EG-*** və “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə qətnamə qanuni qüvvəsini aldığından icra məmuru tərəfindən həmin qətnamənin icrasının təmin olunmaması (avtomobillərə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv olunaraq əvvəlki vəziyyətinə qaytarılması qeydiyyat həyata keçirən orqandan tələb olunmaqla) müəyyən edilməklə bu hərəkətsizliyin qanunsuz sayılması, qüvvəsini almış məhkəmə qərarlarının icrasının təmin olunması, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə müvafiq olaraq qöstərilən hərəkətlərin vaxtında və düzgün icra edilməsinə nəzarətin həyata keçirilməsi, Borclu X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62500 manat) məcburi qaydada alınması üzrə icra orqanında icra icraatında hərəkətsizlik edilməsinin tanınması və “İcra haqqında” Qanunun 43 (məcburi icra tədbirlərinin tətbiqi), 47-ci (tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi) maddələrinin icra edilməsinin realizə olunması, Borclular X26 və X8 barəsində “İcra haqqında” Qanunun 43cü (məcburi icra tədbirləri) maddəsinin tətbiq edilməməsi, onların icra mərhələsinə ümumiyyətlə cəlb olunmaması, Qanunun 82-ci (borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyət) maddəsinin tətbiq edilməməsi təsdiq olunmaqla bu istiqamətdə icra orqanında hərəkətsizlik edilməsinin qarşısının alınması, icra sənədinin icrasının təmin olunması; Xətai Rayon İcra Şöbəsinə təqdim olunan 10 ədəd “icra sənədinin” (qətnamə və qərardadların) icrasından irəli gələn icra hərəkətlərinin qanunauyğun qaydada icra edilməsinə məhkəmə nazərətinin təmin edilməsi, icra icraatı mərhələsində vəzifəli şəxsin hərəkətlərində pozuntu və hüquqdan sui-istifadə halları müəyyən edildiyi təqdirdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə təqdimat verilməsi; Xətai Rayon İcra Şöbəsində 1) xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı, 2) xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı, 3) xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, 4) xx.xx.2021ci il tarixli 2(103)-8405/2021 saylı, 5) xx.xx.2021-ci il tarixli 8(011)- 1083/2021 saylı, 6) xx.xx.2022-ci il tarixli 2(103)-520/2022 saylı, 7) xx.xx.2022-ci il tarixli 2(011)-1280/2022 saylı, 8) xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı, 9) xx.xx.2023-cü il tarixli 2(103)- 1687/2023 saylı, 10) xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 saylı qətnamə və qərardadlar əsasında icra şöbəsinə göndərilmiş icra sənədlərinin ümumi icraatda (bir icra məmuruna icrası həvalə etməklə) birləşdirilməsi təmin olunmaqla, qərarın tələbkara təqdim edilməməsinin qanunsuz sayılması, pozuntu faktının nəzarət qaydasında qarşısının alınması və icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair yekun qərarın tələbkara təqdim olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi Xətai Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsi əsasında təmin olunaraq, Borclu cəmi 59248,4 manatın onun xeyrimə tutulması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı qətnaməsi əsasında Borclu cəmi 6451,84 manat məbləğin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamələr üzrə icra işləri Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci ildə bir icraatda birləşdirilmişdir. Bu Məhkəmə qətnamələri üzrə tələb olunan ümumi məbləğ 65700,24 manat olmuşdur. Borclu məhkəmə qətnamələrinin icrasından yayındığı üçün və digər əsaslara görə Xətai Rayon İcra Şöbəsi tərəfindən (icra məmuru V.Umarov) materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim olunmuşdur. Təqdim olunmuş materiallar əsasında AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri mövcud olduğundan, 28 noyabr 2022-ci il tarixdə fakta görə cinayət işi başlamışdır. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bir icraatda birləşdirilmiş 2(011)-1184/2018 saylı və 2(011)-634/2018 saylı qətnamələr (iki qətnamə) üzrə icra işləri İstintaq orqanına göndərilməsinə baxmayaraq, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar ilə Məhkəmələr tərəfindən qəbul edilmiş aşağıdakı Məhkəmə aktlar Xətai Rayon İcra Şöbəsinin icraatındadır: 1) Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)- 17/2021 saylı qərardadı əsasında (icraçı C.Həmidov) borclu G.A.X1 xeyrinə 4132,54 manat tutulması qərara alınmışdır; 2) Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-1083/2021 saylı qərardadı əsasında (icraçı V.Umarov) borclu G.A.X1 xeyrinə 4748,63 manat tutulması qərara alınmışdır; 3) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(103)- 8405/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqələri bu məzmundadır: cavabdehlər Borclu ilə X26 arasında “VAZ 21214- minik” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017- ci il tarixli və Borclu ilə X8 arasında “Mersedes Benz 220” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli “alqı-satqı müqavilələri” etibarsız hesab edilsin, Cavabdeh X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 88E ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsi (yəni 62500 manat) məcburi qaydada alınsın və həmin vəsait ümumi borc məbləğinin ödənilməsinə yönəldilsin; 4) Bakı Apellyasiya Məhkəməsini xx.xx.2022-ci il tarixli 2(103)-520/2022 saylı qətnaməsi əsasında, cavabdeh Borclu 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumu alınaraq, cəmi 2349,10 manatın X11 verilməsi qət edilmişdir; 5) Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 1280/2022 saylı qətnaməsi əsasında, (3491,64 manat məbləğində ziyan və 51,60 manat məbləğində dövlət rüsumu) cəmi 3543,24 manat pulun Borclu alınaraq X11 verilməsi qət edilmişdir; 6) Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı qərardadı əsasında 15293,37 manat miqdarında pul vəsaitinin Borclu alınaraq X11 verilməsi qərara alınmışdır (Qərardad Məhkəmənin məktubu əsasında xx.xx.2023-cü il tarixdə Şöbəyə icra üçün təqdim edilib); 7) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş “icra vərəqəsi” Xətai İcra Şöbəsində icraatdadır; 8) Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 saylı qətnaməsi əsasında 2960,92 manat məbləğində maddi ziyanın Borclu alınaraq X11 ödənilməsi qərara alınmışdır. Yuxarıda istinad olunan məhkəmə aktları, MPM-in və “İcra haqqında” Qanunun tələblərinə müvafiq olaraq qanuni qüvvə aldığı səbəbindən icra məqsədləri üçün Xətai Rayon İcra Şöbəsində icraatdadır. X12 təmsil edən nümayəndə-vəkil tərəfindən 20 noyabr 2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə Xətai Rayon İcra Şöbəsinə müraciət təqdim olunaraq icra şöbəsində hansı nömrəli icra işlərinin və həmin icra işləri üzrə boclu Borclu və başqaları tərəfindən tələbkar E.Rəhimova nə qədər məbləğdə pul vəsaitinin ödənilməli olması barədə arayış təqdim olunması və hazırda İcra Şöbəsinin icraatında olan icra işlərinin vahid icraatda birləşdirilməsi xahiş olunmuşdur. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx- 74159/22-23 saylı məktubu əsasında nümayəndənin müraciəti iki fərqli məzmunda məktubla cavablandırılmışdır: 1) İcra Şöbəsinin cavabında qeyd olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1184/18 saylı, xx.xx.2018-ci il tarixli və 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli icra işləri (cəmi 65700,24 manat vəsait barədə) ilə əlaqədar Borclu barəsində təqdimat ilə AR CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim olunmuşdur. Cavab məktubunda daha sonra qeyd olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli 8(011)-4083/2021 saylı qərarları üzrə (cəmi 2 ədəd) “icra vərəqələri” Xətai Rayon İcra Şöbəsinə daxil olmamışdır; 2) İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli 8(011)-4083/2021 saylı və 8(011)-3/2023 saylı qərardadlar ilə əlaqədar (cəmi 3 ədəd) “icra vərəqələri” Şöbəyə daxil olmamışdır. Xətai rayon icra şəbəsinin cavab məktubları ziddiyyətlidir. Xətai Rayon İcra Şöbəsi xx.xx.2023- cü il tarixdə “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul etmişdir. İcra Şöbəsinin qərarında icraatda olan 10 ədəd icra işi barədə məlumat düzgün qeyd olunmamış, bütün icra işləri vahid icraatda birləşdirilməmişdir. Hətta tələbkar olaraq E.Rəhimova aid olmayan icra işlərinin nömrələri qərarda qeyd olunur. İcra Şöbəsi Məhkəmələr tərəfindən təqdim olunmuş icra vərəqələri və məktublar əsasında icra üçün təqdim olunan qərardadların saylarını dəqiqləşdirməmişdir. Yaxud İcra Şöbəsi Məhkəmənin məktubu əsasında icra şöbəsinə göndərilmiş qərardadları, nə geri qaytarmış, nə də icra hərəkətləri aparılmışdır. Nəticədə hərəkətsizlik nümayiş etdirilmiş olur. Əslində Şöbənin icraatında olan bütün icra işləri vahid icraatda birləşdirilməmişdir. İcra Şöbəsinin bu İcra işləri barədə məlumatı yoxdur. İcra işlərinə münasibətdə hərəkətsizlik edilir. Araşdırma zamanı məlum oldu ki, icra şöbəsinin məktubunda icra vərəqələrinin guya icra şöbəsinə daxil olmaması ilə əlaqədar üç ədəd məhkəmə aktı üzrə icra vərəqələri əslində İcra Şöbəsinə daxil olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)- 3/2023 saylı məktubu əsasında icra sənədi Xətai Rayon İcra Şöbəsinə icra məqsədilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Beləliklə Xətai Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2018-2023-cü illər dövründə E.Rəhimov ilə Borclu arasında mövcud olmuş mülki mübahisələr üzrə Məhkəmələr tərəfindən qəbul edilmiş Məhkəmə aktları qanuni qüvvədə olmaqla, icra məqəsdilə Xətai Rayon İcra Şöbəsində icraatdadır. İcra məqsədləri üçün icra vərəqələri Xətai Rayon İcra Şöbəsinə göndərilsə də, bu icra işləri ilə əlaqədar Şöbədən hər hansı bir məlumat 2 (iki) il müddətində əldə etmək mümkün olmamışdır. Pul tələbi ilə əlaqədar olan qanuni qüvvə almış Məhkəmə aktları üzrə, Borclu tərəfindən tələbkara cəmi 98777,68 manat ödəniş olunmalıdır. Lakin cavabdeh hazırkı vaxta qədər heç bir ödəniş etməmişdir. Hazırda eyni tələblər və eyni tərəflər arasında pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi ilə əlaqədar qanuni qüvvə almış Məhkəmə aktlarından iki ədədi - xx.xx.2018-ci il tarixli 2(011)- 1184/2018 və xx.xx.2020-ci il tarixli 2(011)-634/2018 saylı qətnamələr üzrə cəmi 65700,68 manat məbləğ ilə əlaqədar icra işləri təqdimat əsasında İstintaq orqanına göndərilmiş, lakin digər Məhkəmə aktları üzrə İcra Şöbəsi tərəfindən icra işləri hərəkətsiz saxlanılmış, heç bir icra hərəkətləri aparılmamış, yaxud qeyd olunan eyni xarakterli və eyni tərəflər arasında olan icra işləri vahid icraatda birləşdirilməklə, təqdimat əsasında istintaq olunan cinayət işi üzrə araşdırılması məqsədilə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə rəsmi qaydada göndərilməmişdir. Bu məqsəd ilə heç bir hərəkət olmamışdır. Xətai Rayon İcra Şöbəsi onların icraatında olan bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətini nəzərə alaraq, “İcra haqqında” qanunun 54-cü maddəsinə uyğun olaraq vahid İcraatda birləşdirməklə, qeyd olunan icra işləri də, AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində icraatda olan cinayət işi ilə birlikdə baxılıb araşdırılması üçün müvafiq qaydada sənədlər təqdimat əsasında İstintaq orqanına təqdim edilməmişdir. Beləliklə eyni tələbkar və eyni borclu arasında Məhkəmə aktları əsasında alınmalı olan pul vəsaitinin 65700,68 manat məbləğ hissəsində istintaq orqanına göndərilməsinə baxmayaraq, 33077 manat məbləğində pul vəsaiti ilə əlaqədar icra sənədləri hərəkətsiz saxlanılmaqla istintaq edilən iş ilə birlikdə araşdırılması məqsədilə istintaq orqanına göndərilməmişdir, yaxud digər hər hansı bir icra hərəkətləri icra edilməmişdir. Hətta İcra Şöbəsinin rəsmi cavabından belə məlum olur ki, Məhkəmələr tərəfindən icra şöbəsinə təqdim olunmuş “icra vərəqələri” və məktub əsasında icra olunması üçün Məhkəməyə təqdim edilmiş qərardadlar üzrə bəzi icra işləri barədə, hətta İcra Şöbəsində məlumat mövcud deyildir. Nəticədə İstintaq orqanı borclu ilə 65700,68 manat ödəməli olduğu məbləğ ətrafında danışıqlar aparır, digər borc məbləğləri barədə nə İstintaq orqanı, nə də İcra Şöbəsi heç bir icra hərəkətləri aparmadan, Məhkəmə aktları hərəkətsiz vəziyyətdə saxlanılmaqdadır. Məhkəmə təminatı hüququ qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması hesab olunur. Məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi də məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib hissəsidir. Aşağıda qeyd edilən hərəkətsizliklər barədə: Xətai Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə 2(103)-9076/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra sənədinin icrası mümkün olmaması əsası ilə (icra sənədi 6 ay hərəkətsiz olaraq icra şöbəsində saxlanılıb) məhkəməyə qaytarılmışdır. Xətai Rayon İcra Şöbəsi (2(103)-8405/2021 saylı iş) Borclunın məcburi gətrilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə təqdimat vermiş, sonra xx.xx.2023-cü il tarixli məhkəmə iclasında icra məmuru təqdimatı müdafiə etmək əvəzinə məhkəməyə ərizə təqdim edərək təqdimatın geri qaytarılmasını xahiş etmiş, məhkəmə isə təqdimatın baxılmamış saxalnılması ilə bağlı qərar qəbul etmiş, apellyasiya məhkəməsinin qərardadı ilə rayon məhkəməsinin qərarı qanunsuz sayılaraq ləğv edilmiş və Borclunın məcburi gətrilməsi (xx.xx.2023-cü il tarixli 8(103)-198/2023) ilə bağlı məsələyə baxılması təmin olunmuşdur. Məhkəmə, xx.xx.2024-cü il tarixli 8(011)-7/2024 saylı qərardadında qeyd etmişdir ki, Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli Borclu məxsus “Kamaz 65115 016 02” yük markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etməsinə baxmayaraq, icra məmuru lazımi araşdırma aparmadan xx.xx.2021-ci il tarixdən başqa şəxsin mülkiyyətində olan “Kamaz 65115 016 02” yük markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı “nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması” ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir (İcra sənədi üzrə formal əsasla məhkəməyə müraciət və hərəkətsizliyin məhkəmə tərəfindən tanınması), xx.xx.2023-cü il tarixli cavab məktubu ilə İcra baş idarəsinin aparıcı məsələhətçisi G.Hadıyeva ... qərarlarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlər üzrə .... yerli icra qurumu tərəfindən məhkəmə qərarının icrası istiqamətində zəruri icra tədbirlərinin davam etdirilməsinin yerli quruma tapşırılması ilə bağlı məlumat verilmişdir. Xətai rayon icra şəbəsinin rəisi V.X23 nümayəndəsi Z.Əhmədovun sorğusuna məzmun baxımından uzlaşmayan növbəti digər cavab yazmışdır: ... borclu Gülnarə Gözəlovanın icra sənədi üzrə qeydə alındığı ünvanda xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, orada yaşamadığı müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. “xx.xx.2022-ci il tarixdə borclu Gülnarə Gözəlova barəsində axtarış qərarı qəbul edilərək Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin axtarış işinin nəticəsi barədə şöbəyə məlumat daxil olmamışdır. Sonra məktubda qeyd edilir .... borclu Gülnarə Gözəlova xx.xx.2023-cü il tarixdə Şöbəyə çağırılmış, həmin tarixdə izahatı alınaraq icra sənədinin tələbləri ona tam izah olunmuşdur. Buna baxmayaraq, borclu icra sənədinin tələbini təmin etməmişdir. ... Tələbi təmin etmək məqsədilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə borclulara xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsindən verilmiş 18.10.23-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli borclu Gülnarə Gözəlovanın axtarışı barədə materialda icra vərəqi, elcədə boclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında akt olmadığından axtarış işi açılmadan həmin material xx.xx.2022-ci il tarixli 10130403 nömərli məktubla geri qaytarılmışdır. Sonrakı müddətdə Borclu barəsində Xətai Rayon Polis İdarəsinə material daxil olmamışdır. (Göründüyü kimi, icra orqanı növbəti hərəkətsizliyi edərək, natamam materialı DİN Xətai Rayon Polis İdarəsinə göndərmiş, sənədlər İcra Şöbəsinə geri qaytarılmış, çatışmazlıqlar aradan qaldırılmamış və sənədlər növbəti dəfə vaxtında DİN Xətai Rayon Polis İdarəsinə təqdim olunmamışdır). Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsindən verilmiş 21.11.23-cü il tarixli cavab məktubundan görünür ki, borclu Gülnarə Gözəlova ilə bağlı Xətai Rayon Polis İdarəsində heç bir sənəd daxil olmamışdır. Qeyd olunanlardan əlavə Məhkəmə aktlarına uyğun olaraq borc məbləğinin borclu tərəfindən icra edilməsi məqsədilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 135/2021 saylı qətnaməsi ilə qət edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş 2(103)-8405/2021 (xx.xx.2021-ci il tarixli) saylı icra vərəqəsində aşağıda qeyd olunan icra hərəkətləri icrasız saxlanılır. Xətai Rayon Məhkəməsinin 135 saylı qətnaməsi və bu qətnamə əsasında verilmiş icra vərəqəsi əsasında Borclu ilə X26 arasında VAZ-21214 minik markalı”, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli və Borclu ilə X8 arasında “Mersedes Benz-220” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı qətnaməsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 88E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin (yəni 62500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında, Borclu və X25 arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi (Bağışlama müqaviləsi Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilməklə 4 Ə-1072 № ilə qeydə alınmışdır), Borclu ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması qət edilmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş aktlarda bütün məlumatlar və icra edilməli olan məsələlərin dəqiqliklə göstərilməsinə baxmayaraq, hazırkı vaxta qədər Xətai Rayon İcra Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8405/2021 saylı qətnaməsi və xx.xx.2023-cü il tarixli 2(103)- 1687/2023 saylı qətnaməsi üzrə verilmiş icra vərəqələri üzrə icra hərəkətləri “İcra haqqında” qanuna uyğun olaraq icra edilməmişdir. İcra Şöbəsi Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında etibarsız hesab edilmiş əqdlər üzrə icra vərəqəsində qeyd olunan avtomaşınların əvvəlki vəziyyətə qaytarılması ilə əlaqədar heç bir icra hərəkətləri icra etməmişdir. Faktiki olaraq, məhkəmə qətnamələri və qərardadları icrasız vəziyyətdə saxlanılmaqdadır. İcra Şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı qətnməsi üzrə Borclu birgə nikah dövründə həyat yoldaşı Gülnarə Gözəlovanın adına olmuş əmlakın satışından əldə edilmiş 62500 manat vəsaitin ondan məcburi qaydada alınması istiqamətində heç bir icra hərəkətləri icra edilməmişdir. İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı qətnaməsi əsasında İcra Şöbəsinə təqdim olunmuş icra vərəqəsi üzrə əmlakın əvvəlki vəziyyətə qaytarılması istiqamətində zəruri icra hərəkətləri icra edilmədiyi üçün, borclu bu əmlakı oğlu Akif Gözəlov tərəfindən icra Şöbəsindən kənar satılması məqsədilə hərəkətləri icra etmək istəyir? Hansı ki, icra vərəqəsi əsasında icra hərəkətləri çoxdan icra olunmalı idi. Borclu Məhkəmə qətnamələri üzrə Eldar Rəhimova olan 98777,68 manat borc məbləğini ödəməkdən müxtəlif üsullarla yayınır. İcra Şöbəsi aşağıdakı faktları nəzərə almır: 01001 11000882-05101-093030 nömrə ilə xx.xx.2015-ci il tarixdən etibarən ********** nömrəsi ilə qeydə alınmış Xətai rayonu, M.Hadi küçəsi, ev.25, mənzil 32 olduğunu və bu mənzilin rabitə bankda yüklü olmasına baxmayaraq, İcra Şöbəsi “İcra haqqında” qanunun 48-ci maddəsinin tələblərinə uyğun formada tələbin girov qoyulmuş əmlaka yönəldilməsi məqsədilə (yəni əmlak baha qiymətə satılarsa, qiymət fərqini borcludan almaq məqsədilə və s.) heç bir icra hərəkətləri icra etməmişdir. Nəticədə Borclu 19 sentyabr 2020-ci il tarixdə dövlət reyestrində **********44-05301-093122 nömrə və ********** qeydiyyat nömrəsi əsasında ünvan 4 ünvanda inşa edilmiş 1 saylı yaşayış binasındakı 226, 6 kv/mdən ibarət 5 otaqlı 100 nömrəli mənzili 13 oktyabr 2020-ci ildə oğlu Akif Gözəlovun adına məqsədli formada bağışlamaqla (E.Rəhimovun iddiası əsasında sonradan etibarsız hesab edilib) qeyd olunan əmlak onun adından çıxarılmış və oğlunun adına xx.xx.2020-ci il tarixdə Dövlət Reyestrində qeydiyyatdan keçirilməklə çıxarış rəsmiləşdirilmişdir. Xətai Rayon İcra Şöbəsi icra haqqında qanunun tələblərinə uyğun qaydada öz səlahiyyətlərini icra edərkən borclunun bu hərəkətlərinin qarşısını almaq istiqamətində əməli tədbir görülməmişdir. İcra şöbəsi bu Məhkəmə qətnaməsi üzrə hazırkı vaxta qədər icra hərəkətlərini icra etməmişdir. Borclu ilə Eldar Rəhimov arasında əmlaklar ilə əlaqədar mübahisələr nəticəsində borclu onun adında iki mənzilin olması faktını aradan qaldırmaq niyyəti ilə M.Hadi küçəsi ev.25, mənzil 32-ni adından çıxarılaraq, girov qoyduğu bank təşkilatı vasitəsilə hərracda satılmaqla, yaxud digər vasitələrlə bu mənzili öz adından çıxarmağa nail olmuşdur. Hansı ki, icra şöbəsi zamanında icra hərəkətlərini icra etməklə iki əmlaka (evə) münasibətdə icra hərəkətlərini etmiş olsaydı, borclu yəqin borc məbləğini ödəyərdi. Xətai Rayon İcra Şöbəsində 2019-cu ildən etibarən icraatda olan icra işləri lazımi qaydada icra edilmədiyi səbəbindən borclu adında olan (yuxarıda qeyd olunan) iki ədəd mənzilin özgəninkiləşdirilməsinə nail olmuş, həyat yoldaşı ilə onlara məxsus olmuş birgə əmlakı (q/yaşayış sahəsini) özgəninkiləşdirməklə tələbkar olaraq mənə olan borcu qaytarmaqdan yayına bilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8405 saylı qətnaməsində qeyd olunan əmlak ilə əlaqədar aşağıdakılar müəyyən olunmuşdur: “İşin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh Borclu xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 53000 manat borc, 6218 manat məzənnə fərqi, 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 59248,40 manatın iddiaçı X9 xeyrinə tutulması qət olunmuşdur. Tərəflər arasında kredit mübahisəsinin davam etdiyi ərəfədə cavabdeh Borclu qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan olunmuş nəqliyyat vasitələrini özgəninkiləşdirmişdir. Belə ki, o, mülkiyyətində olan Mersedes Benz 220 minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə 2010-cu ildən 2060-cı ilədək adına etibarnamə verdiyi cavabdeh X5 adına, “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə cavabdeh olan qardaşı X16 adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir”. Borclu digər əmlak və mülklərə sahib olmasına baxmayaraq, müqavilə əsasında əldə etdikləri əmlakları adına rəsmiləşdirmir ki, onun adında əmlaklar qeydə alınması və onun borcu ödəməkdən yayınmamaq kimi hərəkətləri fakt olaraq ortada olmasın. Borclu kifayət qədər maddi imkanlara malikdir, lakin müxtəlif bahanələr göstərməklə icra sənədləri ilə bağlı tələb olunan borcu ödəməkdən imtina edir. Borclunun faktiki olaraq sahibliyində və istifadəsində daşınar, habelə daşınmaz əmlakları mövcuddur, işdə bunu təsdiq edən digər məhkəmə qətnamələri var. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2773/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu və X27 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-769/2019 saylı, 29 noyabr 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı "xxxx" MTK-nın cavabdehlər X20, Borclu və X21 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilmişdir. İddiaçılar Borclu və X17 cavabdeh "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 1/72 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə kuçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2773/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. Borclu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə olan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli 2 otaqlı mənzilə dair kooperativdə pay hüququ xx.xx.2014-cü ildən, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli 3 otaqlı mənzilə dair kooperativdə pay hüququ xx.xx.2015-ci ildən yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınırı 2(103)-2773/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icraya yönəldilərək, "xxxx" MTK-ya mənzillərin təhvil verilməsi öhdəliyi qoyulmuş, bununla da Borclu mülkiyyət hüquqlarının DƏDRX-də rəsmi qeydiyyata alınması ilə bağlı heç bir maneə qalmamışdır. Borclu sözügedən əmlakları bu gündə ƏMDK DƏDRX-də rəsmi qeydiyyata alınmasında maraqlı deyil və küllü miqdarda borcu yarandığı üçün bu hərəkətləri bilərəkdən icra etmir. Qeyd edilməlidir ki, Azərbayca Respublikası MM-in 178.8-ci maddəsinin tələbinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edilir. Təqdim edilən sənədlərdən, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə aktlarından aşkardır ki, Borclu "xxxx" MTK-ya mənzillərlə bağlı ödəməli olduğu pay haqlarını tam həcmdə ödəmiş, xeyrinə çıxarılmış məhkəmə aktları qanuni qüvvə almışdır. Bununla da həmin mənzillərə dair mülkiyyət hüququnu faktiki əldə etmiş, lakin qərəzli olaraq dövlət reyestr xidmətinə müraciət etməmişdir ki, istintaq mərhələsində rəsmi olaraq adına daşınmaz əmlak aşkar edilməsin. Borclunun müqavilə və məhkəmə aktları əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının 3- cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan 172 nömrəli 2 otaqlı mənzillə bağlı və eyni ünvan üzrə 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 nömrəli 3 otaqlı mənzilə dair kooperativdə olan pay hüquqlarının özgəninkiləşdirilməsi, sözü gedən əmlak və pay hüquqlarına dair hər hansı bir digər şəxslərlə əqdlər bağlanılması Borclu, habelə 3-cü şəxslərə qadağa edilməsi istiqamətində icra şöbəsi heç bir icra hərəkətləri icra etməmiş və borclu da borc məbləğini ödəməkdən yayınır. Hesab edirəm ki, eyni tərəflər arasında pul vəsaitin tələbi ilə əlaqədar 2018-2023-cü illər aralığında qəbul edilmiş məhkəmə aktları qanuni qüvvə aldıqdan sonra icra məqsədləri üçün icra şöbəsinə göndərilməsinə baxmayaraq, İcra şöbəsi Məhkəmənin 2(011)-1184/2018 və 2(011)- 634/2020 saylı qətnamələrin icrası ilə əlaqədar təqdimat əsasında, İstintaq orqanına qeyd olunan materialları göndərdikdən sonra, digər Məhkəmə aktlarının icrası ilə əlaqədar hərəkətsizliklər etməklə heç bir icra hərəkəti icra etməmişdir. İcra Şöbəsinin xx.xx.2023-cü il tarixdə təqdim etdyi xx/xx-74159/22-23 saylı məktubun məzmunundan bu fakt açıq şəkildə məlum olur. Başqa sözlə, icra şöbəsinin icraatında olan digər məhkəmə aktları üzrə, yəni təqdim olunmuş qərardadlar və icra vərəqələri hərəkətsiz saxlanılmışdır. İcra şöbəsi icraatda olan və hərəkətsiz saxladığı icra işlərini İstintaq orqanının başladığı cinayət işi ilə birləşdirib baxılması üçün bu icra işlərini İstintaq orqanına göndərməmiş, yaxud göndərilməsi barədə təqdimat, yaxud başqa formada rəsmiləşdirməmişdir. Belə bir icra hərəkəti istiqamətində cəhd göstərilməmiş, həm də digər 8 (səkkiz) ədəd icra işləri üzrə icra hərəkətləri edilmədən hərəkətsizlik edilir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 634/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 520/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda (bir icra məmuruna icrası həvalə etməklə) birləşdirilməsi, qeyd olunan icra sənədlərinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi qərara alınmışdır. X14 elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, xx.xx.2024 tarixli, 8(011)-201/2024 saylı qərardadın ləğv edərək ərizsinin təmin edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan hakim yuxarıda qeyd edilən 5 (beş) bənddə əksini tapmış tələbi ilə əlaqədar növbəti dəfə heç bir araşdırma aparmadan, iş materiallarında olan çoxsaylı vəsatətləri araşdırmadan, onları müzakirə etmədən, hazırda mübahisələndirilən və demək olar ki faktiki icrasız saxlanılan 10 (on) icra işi öyrənilmədən və apelyasiya icraatından ləğv edilərək məhkəmə baxışına qaytarılan işə tez-tələsik 1(bir) iclasda mahiyətinə “baxmış”, qanunusuz və əsassız olan xx.xx.2024 tarixli, 8(011)- 201/2024 saylı qərardad qəbul etmişdir. Bununla ədalətli araşdırma hüququ pozulmaqla əmlak hüquqlarının məhdudlaşdırılmasına xidmət edən və eyni iş üzrə hakim sayca 3-cü qanunsuz, formal və əsassız nəticə verib qanunvericiliyin tələblərinə əməl etməmişdir. Hakim tələbkar E.Rəhimovun ərizəsi üzrə verdiyi tələblə bağlı əvvəlki aktlarda olduğu kimi, bu dəfə də Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin müəyyən etdiyi qaydalara əməl etməmiş, məhkəmə ciddi pozuntulara yol verərək tələbini eyni qaydada dəyərləndirməmiş, 10 icra sənədi ilə bağlı icra mərhələsində edilən hərəkətsizliyə hüquqi qiymət verməmiş, icra məmurunun qanundan irəli gələn vəzifələrinin icrasını vəzifə səlahiyyətləri həddində icra etməli olmasını nəzərə almadan ərizədə göstərilən 5 tələbdən sayca sonuncu 5-ci bəndində qeyd edilən “xahiş”in bir qismini əsas götürməklə həmin hissəni təhrif edib mətndə öz təşəbbüsü ilə ixtisarlar aparmış və ərizəni qismən təmin edib. “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı, xx.xx.2020- ci il tarixli, 2(011)1184/2018 saylı xx.xx.2021-ci il tarixli (əslində olmalı idi xx.xx.2018-ci tarixli), Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/20214 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1280/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-893/2023 saylı, xx.xx.2023-cü il tarixli (əslində olmalı idi xx.xx.2023cü il tarixli), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1083/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda (bir icra məmuruna icrası həvalə edilməklə) birləşdirilməsi və qeyd edilən icra sənədlərinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi qənatinə gəlmişdir. Göründüyü kimi, işə təkrar qaydada baxan məhkəmə ərizədə irəli sürülən 4(dörd) müstəqil tələblərə ümumiyyətlə hüquqi qiymət verməmiş, bununla bağlı gəlmiş olduğu nəticəni qərardadında əsaslandırmamış və yalnız 5 (beşinçi) tələbə bildiyi tərzdə dəyişiklik edərək həmin hissəni özü qəbul etdiyi formada əsaslı saymışdır. Məhkəmə nəzərə almamışdır ki, 10 (on) icra işi üzrə cəmi 4 (dörd) borclu (fiziki şəxs) var, hər bir şəxsə münasibətdə qanunla nəzərdə tutulan ardıcıl icra tədbirləri tətbiq olunmalıdır. Bu və ya iş üzrə digər əhəmiyyətli hallar icra məmurunun qanundan irəli gələn öhdəliyidir, məhkəmənin isə vəzifəsi qəbul etmiş olduğu qərara həssazlıq və hörmətlə yanaşmaq, qanuni qüvvəsini almış qərarın icrasına nəzarət etmək, qərarın icrasını təmin etmək və məhkəmə hakimiyyətinin fəaliyyətə məhdudiyyət yaratmış şəxslərə münasibətdə ciddi təsir tədbirləri təbiq etməkdir. Görünən odur ki, ərizə üzrə tələbin 1 bəndini sonradan təmin edilməsi formal olmuş, tələbi tam həcmdə təmin edilmədən, 10(on) icra sənədləri ilə bağlı icra məmuru və icra şöbəsinin iş materialları ilə təsdiq edilən hərəkətsizliyi formal məhkəmə aktı ilə “ört-basdır” edilib, İcra Məmurunun icra etməli olduğu məcburi icra tədbirlərinin icrasız saxlanılmasına əhəmiyyət verilməyibdir. Həmçinin, Xətai Rayon İcra Şöbəsinin icraatında olan icra işləri ilə əlaqədar hərəkətsizliyi hazırda da davam edir, lakin bu hal məhkəmədə nəzərə alınmır, məhkəmə tərəfindən icra edilməsi üçün göndərilmiş məhkəmə qərardadları icra üçün qəbul edildiyi halda, icra hərəkətlərinin edilməməsi səbəbləri araşdırılmır və məhkəmə nəzarətini icra etməli olan məhkəmə bu məsələyə də səthi yanaşır. Məhkəmədə İcra Məmurunun etiraf etdiyi 3 (üç) qərardadın icra şöbəsinin icratında olmaması ətraflı öyrənilmədən, bunun səbəbləri araşdırılmadan həmin sənədlərin bir icraatda birişləşdirilib baxılması ilə bağlı məntiqsiz və xəyali xx.xx.2024-cü il tarixli qərardad qəbul edilir. Belə nəticəyə gəlmək olar ki, icra məmuru deyir ki 3 (üç) qərardad icra şöbəsinə daxil olmayıb, amma məhkəmə hesab edir ki daxil olmasa da onlar bir icraatda birləşdirilib və baxılmalıdır?! İş üzrə Məhkəmə faktiki olaraq heç bir tələbi araşdırmayıb, 5 müstəqil tələbə qiymət verməyib, öz təşəbbüsü ilə seçdiyi tələbi bildiyi tərzdə dəyişdirməklə icrası mümkün olmayan əhəməyyətsiz qərardad qəbul edib. Beləliklə hakim Ş.Əliyev faktiki olaraq 3-cü dəfə müaricətini araşdırmadan irəli sürdüyü tələblərə ümumiyyətlə qiymət vermədən (məhkəmə qərardadında məhkəmənin gəlmiş olduğu nəticəyə dair əsaslandırmanı müəyyən etmək olmur) formal olaraq ərizəni təkrar qismən təmin etmiş, bununla icrası xəyalı hesab edilən məhkəmə aktı qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 saylı qərardadı X2 ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməli, ərizə həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu cəmi 59248,4 manatın X9 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4780/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin Qərar ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-687/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair tələbkar X9 ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası aşağıdakı qaydada dəyişdirilmiş: “icra sənədi üzrə Borclu mülkiyyətində olan Mercedes 220 minik markalı **-OK-*** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı **-EG- *** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılsın və mühafizə altında olan xüsusi duracağa yerləşdirilsin. Borclu mülkiyyətində olan Mercedes-220 minik markalı **-OK-*** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı **-EG-*** qeydiyyat nişanlı, KAMAZ 65115 016-02 yük markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri prosedura uyğun hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait hesabına borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilsin.” Qalıq borca münasibətdə isə icra tədbirlərinin ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-687/2019 saylı iş üzrə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərardadlardan görünür ki, Mercedes-220 minik markalı ** OK *** qeydiyyat nişanlı, VAZ 21214 minik markalı ** EG *** qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs, avtomobil Borclu istifadəsində olmadığından, KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən isə tələbkar Eldar Rəhimovun razılığı ilə həbs götürülmüşdür. İş materiallarında olan **********558 nömrəli notarial qaydada təsdiq olunmuş Ərizədən görünür ki, X14 ** EZ *** qeydiyyat nişanlı KAMAZ 65115 016-02 yük markalı nəqliyyat vasitəsinə dair heç bir şikayət və tələbi olmadığını, nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə Borclu xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 (beş) faiz olmaqla illik 2960 (iki min doqquz yüz altmış) manat 92 (doxsan iki), iki illik 5921(beş min doqquz yüz iyirmi bir) manat 84 (səksən dörd) qəpik maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul məbləği tutularaq X11 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Borclu X9 xeyrinə 2066,27 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-126/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadı ilə ərizəçi-tələbkar X9 şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək, şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu X9 xeyrinə 4132,54 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)- 1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Borclu alınaraq X11 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu X9 xeyrinə 4748,63 manat tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu 2304,10 (iki min üç yüz dörd manat 10 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon icra və probasiya şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2020-ci il taixli qərarın surətindən görünür ki, Borclu barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə, baxılması üçün tərəfindən Bakı şəhəri Xətai rayonu Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1825/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli, 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri və 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (4132,54 manat), ümumilikdə ödənilməli olan 69832,78 manat məbləğ indeksasiya olunmaqla 15293,37 manat miqdarda pulun Borclu alınaraq iddiaçı X11, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmış, qərardad qanuni qüvvəyə minərək icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-6934/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2021ci il tarixli 2(011)-6934/2021 qərardadı ləğv edilmiş, mübahisə predmeti olan ünvan 3 ünvanda inşa edilən 1 saylı binanın 100 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1790/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X14 tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iddiaçı X9 cavabdehlər Borclu və X18 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə cavabdeh Borclu “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi rədd edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə Borclu cinayət məsuliyyətinə cəlb edilməsinə dair Təqdimat verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsində Borclu izahatı alınmış, Borclu verdiyi izahatda 59218,4 manat məbləğin Rəhimov Eldara ödənilməsi barədə icra sənədindən məlumatı olduğunu, tərəflər arasında bununla bağlı mübahisə olduğunu, müxtəli dövlət orqanlarına müraciət etdiyini, əmlakları üzərinə həbs qoyulduğu üçün onları satıb borcunu ödəyə bilmədiyini, öz adına əmlak olmadığını, yaxınlarının əmlaklarının da üzərinə həbs qoyulduğunu, işləmədiyini, tələbkarın da razılığı ilə imkan olan kimi əsas məbləği ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan Borclu tərəfindən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Borclu evini sataraq borcunu ödəyə biləcəyini, lakin evin üzərinə Eldar Rəhimovun ərizəsi əsasında həbs qoyuluğu üçün evi satıb borcunu ödəyə bilmədiyini, tələbkar Eldar Rəhimov tərəfindən şərait yaradılıb evin üzərindən həbs götürülən kimi borcu ödəyəciyinə dair öhdəlik götürmüş, həmçinin qeyd etmişdir ki, başqa şəxslərin ona olan borcunun əvəzi kimi vermək istədikləri ofis sahəsini təklif etmiş, lakin tələbkar bunu qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1⁄2 hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə, həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, X7 mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması və bu daşınmaz əmlakın xx.xx.2019-cu il tarixdə ən qısa zaman kəsiyində 125.000 manata satılması məhz borclu (ər) Borclu icra etməli olduğu icra sənədinin Xətai rayon İcra şöbəsinin icraatında olduğu zaman baş vermiş, bu qaydada davranışın məqsədi öhdəliyin icrasından yayınmaq olmuşdur. Kollegiya hesab etmişdir ki, hazırki halda iddiaçı cavabdeh X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1⁄2 hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1280 saylı xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamələri və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1083 saylı xx.xx.2021-ci il tarixli qərardadlarının icra üsulunun dəyişdirilməsi, icra sənədləri üzrə 10.640,97 manat borc məbləğinə münasibətdə (1994-cü il buraxılışlı, "Mersedes 220-minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı, "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrin likvid dəyəri həcmində) icra üsulunun dəyişdirilməsi, borclunun mülkiyyətinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 135/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi) qaytarılan 1994-cü il buraxılışlı, "Mersedes 220-minik" markalı, 10 ОК 220 dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı, "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin avtomobillərin məcburi qaydada saxlanılması, mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi və nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılması, "Mersedes 220-minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı və "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satışından əldə olunmuş vəsait hesabına 10.640,97 manat borc məbləğinin ödənilməsi, vəsait artıq qalarsa tələbkara münasibətdə icra edilməli olan digər icra səndlərinin icrasına yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-111/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 8(011)- 111/2023 nömrəli qərardadından tələbkar X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 8(011)-111/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu və X25 arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, (Bağışlama müqaviləsi Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilməklə 4 Ə-1072 No ilə qeydə alınmışdır). Borclu ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlər Borclu və X13 tutularaq iddiaçı X11 verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatı iddiaçı X11 aid edilməsi müəyyən edilmişdir. İş materiallarında olan ******* nömrəli çıxarışdan görünür ki, Borclu məxsus ünvan 5 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-204/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Borclu məxsus ünvan 6 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəis müavini Vüqar Hüseynovun icra məmuru Vüsal Umarovun xx.xx.2024-cü il tarixli təqdimatının baxılmamış saxlanılmasına dair ərizəsi əsasında baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan borclu X10 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-198/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(011)-93/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai rayon icra şöbəsinin rəis müavini Vüqar Hüseynov Bakı şəhəri Xətai rayon polis idarəsinə müraciət edərək, zərurət aradan qalxdığından Xətai rayon Məhkəməsinin 8(011)-93/2023 saylı qərardadının icrasının dayandırılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində Borclu icra sənədinin icra edilməsi, əks təqdirdə barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyinə dair məktublar göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində Borclu göndərilmiş məktubda Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1825/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 54 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirildiyi qeyd edilmişdir. İş materiallarında olan EMİS-dən çıxarışlardan görünür ki, Borclu məxsus ********** nömrəli aktiv statuslu VÖEN mövcuddur, həmçinin o "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor kimi işləməklə, hər bir müəssisədən aldığı əmək haqqı ayrı-ayrılıqda 350 manat təşkil edir, həmçinin Borclu adına ünvan 9 ünvanında yerləşən mənzil qeydiyata alınmışdır. Birinci instansiya məhkəməsi qənaətinin onunla əsaslandırmışdır ki, həmin tələblər ümumilikdə icra şöbəsi tərəfindən yol verilmiş hərəkətsizliklə bağlı olduğundan və icra sənədlərinin icrasının təmin edilməsinə dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin üzərinə öhdəlik qoyulmaqla, həmin tələbləri də ehtiva etdiyindən şikayətin digər tələblərə münasibətdə təmin edilməsi mümkün deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələblərini tam aydınlaşdırmamış və ərizənin təmin olunmayan hissəsini və şikayətin dəlilləri müfəssəl şəkildə qiymətləndirilməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı mütləq icra edilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır və s. Həmin Qanunun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən, icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 saylı qərardadı X2 ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməli, ərizəçi-tələbkar X9 ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi-tələbkar X14 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 saylı qərardadı X2 ərizəsinin təmin edilməyən hissəsində ləğv edilsin. X2 ərizəsi həmin hissədə təmin edilsin.

1. Xətai rayon icra şöbəsinin icraatında olan xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı, xx.xx.2021-ci il tarixli 8(011)- 17/2021 saylı, xx.xx.2021-ci il tarixli 2(103)-8405/202) saylı, xx.xx.2021-ci il tarixli 8(011)-1083/2021 saylı, xx.xx.2022-ci il tarixli 2(103)-520/2023 saylı, xx.xx.2022ci il tarixli 2(011)-1280/2022 saylı, xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(011)- 893/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar hərəkətsizlik edilməsinə son qoyulsun.

2. Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı icra sənədi üzrə “Borclular (Cavabdehlər) Borclu ilə X26 arasında “VAZ 21214minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli və Borclu ilə X8 arasında “Mersedes Benz 220 minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı icra mərhələsində icra məmurları tərəfindən “İcra haqqında” Qanunun tələblərinə riayət olunmasına nəzarət edilsin.

“VAZ 21214- minik” markalı, **-EG-*** və “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə qanuni qüvvəsini almış qətnamə üzrə icra məmuru tərəfindən edilmiş hərəkətsizlik qanunsuz hesab edilsin, qüvvəsini almış məhkəmə qərarlarının icrası (avtomobillərə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv olunaraq əvvəlki vəziyyətinə qaytarılması qeydiyyat həyata keçirən orqandan tələb olunmaqla) təmin olunsun və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən hərəkətlərin vaxtında və düzgün icra edilməsinə nəzarət həyata keçirilsin.

3. Borclu X4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62500 manat) məcburi qaydada alınması üzrə icra icraatında icra orqanı tərəfindən hərəkətsizlik edilməsi tanınsın və “İcra haqqında” Qanunun tələblərinə riayət edilsin.

4. Borclular X26 və X8 barəsində “İcra haqqında” Qanunun 43-cü (məcburi icra tədbirləri) maddəsinin tətbiq edilməməsi, onların icra mərhələsinə ümumiyyətlə cəlb olunmaması, Qanunun 82-ci (borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyət) maddəsinin tətbiq edilməməsi üzrə icra orqanın hərəkətsizliyin qarşısı alınsın və icra sənədinin icrası təmin olunsun.

5. Xətai Rayon İcra Şöbəsinin icraatında olan 1) xx.xx.2018-ci il tarixli 2(011)- 1184/2018 saylı, 2) xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı, 3) xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, 4) xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı, 5) xx.xx.2021-ci il tarixli 8(011)- 1083/2021 saylı, 6) xx.xx.2022-ci il tarixli 2(103)- 520/2022 saylı, 7) xx.xx.2022-ci il tarixli 2(011)-1280/2022 saylı, 8) xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı, 9) xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı, 10) xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 saylı qətnamə və qərardadlar üzrə icra sənədinin icrasından irəli gələn icra hərəkətlərinin qanunauyğun qaydada icra edilməsinə məhkəmə nəzarəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar