Məhkəmə qərarları › İş №8(103)-357/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-357/2022

17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-357/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 Xətai rayon icra şöbəsinin icra məmurunun X3 Xətai rayon İcra şöbəsinə məqsədsiz çağırılmasının qanunsuz hesab olunması barədə şikayəti edilməmişdir. X2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-817/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və şikayət X4 geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar