Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-357/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-357/2023 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2100/2021 nömrəli qətnaməsinin, "xxxx" MMC-dən tutulmuş pul vəsaitinin, daha əvvəl Tələbkar təklif olunmuş və "xxxx" MMC-yə məxsus 72,56 kv.m olan 2 otaqlı mənzilə yönəldilməklə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətçilərdən biri Tələbkar atası X3 "xxxx" MMC-yə yazılı müraciət edərək, bildirmişdir ki, ailə üzvlərinin razılığına əsasən əldə olunmuş mənzillərin 1 ədəd ümumi sahəsi 72,56 kv.m olan 2 otaqlı mənzil 2 qızının Tələbkar və vəfat etmiş digər qızı X2 həyat yoldaşı X7 arasında, 1 ədəd ümumi sahəsi 72,56 kv.m olan 2 otaqlı mənzil iki oğlunun X6 və X8 arasında bərabər bölünməsi, 1 ədəd ümumi sahəsi 72,56 kv.m olan 2 otaqlı mənzil və 1 ədəd qarajın onun özünə verilməsi razılığına gəlmişlər. Lakin, sonrakı proseslərdə qızı Tələbkar qəti etirazını bildirərək, 1/5 vərəsəlik payının əvəzində "xxxx" MMC-dən 140 150 kv.m mənzil tələb etmək qərarına gəlmişdir. Tələbkar müqavilə bağlanılmasına baxmayaraq evdən çıxmamışdır. Həsənov Qəşəm narazılıqları aradan qaldırmaq məqsədi ilə oğlu Rövşənin payını Səmayəyə vermiş, ona ümumi sahəsi 72,56 kv.m olan 2 otaqlı mənzilin tam şəkildə verilməsi barədə razılığa gəlmişlər. Buna baxmayaraq, Tələbkar "xxxx" MMC-yə qarşı iddialarını davam etdirmişdir. Hazırda qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2100/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən maddi ziyana görə 60.000 manat, mənəvi zərərə görə 15.000 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2100/2021 nömrəli qətnaməsi ilə "xxxx" MMC-dən tutulmuş pul vəsaiti, daha əvvəl Tələbkar təklif olunmuş və "xxxx" MMC-yə məxsus 72,56 kv.m olan 2 otaqlı mənzilə yönəldilməklə icra olunmalıdır. Məhkəmə iclasında Tələbkar ərizəni qismən qəbul edərək, tam təmirli, əvvəlki mənzilinin yerləşdiyi mərtəbədə olmaqla ayrıca özünə mənzil veriləcəyi təqdirdə, icra üsulunun dəyişdirilməsinə etiraz etmədiyini, eyni zamanda mənəvi ziyanın da ödəniləcəyi təqdirdə icra üsulunun dəyişdirilməsinə etiraz etməyəcəyini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-357/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2100/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" MMC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclu "xxxx" MMC-nin nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 357/2023 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayəti həmin məhkəmənin 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, burada söhbət icra üsulunun dəyişdirilməsi institutundan gedir. Başqa sözlə, ərizədə mənzilin tələbkara verilməsi deyil, pul tutulması barədə tələbin məhz borcluya məxsus əmlaklar sırasından konkret bir mənzilə yönəldilməsini ehtiva edir. Tələbin əmlaka yönəldilməklə icra olunmasının nədən ibarət olduğu isə İcra haqqında Qanununda aydın göstərilmişdir. İcra haqqında Qanunun 45.1-ci maddəsində qeyd edilir ki, "Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir." Belə vəziyyətdə, məhkəmə nəzərə almamışdır ki, tələbkar qeyd edilən mənzili qəbul edib-etməməkdə sərbəstdir və əmlakı qəbul etmədiyi təqdirdə həmin əmlak satılaraq, satışdan əldə edilən vəsait tələbin ödənilməsinə yönəldilir. Tələbin yönəldilməsi xahiş olunan mənzilin dəyəri isə qətnamə ilə tutulmuş pul vəsaitindən dəfələrlə artıqdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-357/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2100/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən maddi ziyana görə 60.000 manat, mənəvi zərərə görə 15.000 manat məbləğdə pul vəsaitinin və 10 manat məbləğdə dövlət rüsumunun əvəzinin iddiaçının xeyirə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğdə pulun cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mənzilin verilməsi ilə bağlı razılıq olmamış, məhz həmin mübahisəli hal ilə bağlı məhkəmə çəkişmələri olmuş, bunun nəticəsində də məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli hala dair hüquqi mövqe bildirilmiş, nəticə etibarilə borclu "xxxx" MMC-dən maddi və mənəvi zərərə görə pul vəsaitinin tutulması qət edilmişdir. Hazırda Tələbkar da izahatlarından bəlli olur ki, sonuncu borclu tərəfindən təklif edilən mənzilin verilməsinə razı olmamış, məhz buna görə də yuxarıda qeyd olunan formada mübahisə öz həllini tapmışdır. Belə olan halda isə, eyni məsələ üzrə “icra üsulunun dəyişdirilməsinin” tələb edilməsinin heç bir hüquqi əsası mövcud deyil. Qeyd olunan qanunvericlik normalarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardadın icra üsulunun dəyişdirilməsi üçün heç bir əsas müəyyən edilmədiyindən ərizənin təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətdə qeyd olunmuş hallar qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, borclu icra üsulunun dəyişdirilməsini xahiş edərkən, hazırda mövcud olan tələblərin yerinə yetirilməsinə hansı maneələrin olduğunu, yaxud da qətnamənin hansı səbəbdən pul vəsaiti ilə deyil natura şəklində icra edilməsini xahiş etməsini əsaslandıra bilməmiş, nəticə etibarilə, icra üsulu qeyd olunan formada dəyişdirilərsə, tələbkarın tələblərinə uyğun olmayan (məsələn, mənzilin təmirli yaxud təmirsiz, hansı mərtəbədə, hansı formada (ayrıca yoxsa digər şəxslə birgə) veriləcəyi məlum deyil) məhkəmə qərarı qəbul edilmiş olar ki, bu da öz növbəsində tələbkarın məhkəmə qərarı ilə təsdiqlənmiş hüquqlarının pozulmasına gətirib çıxara bilər Buna görə də, məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2100/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" MMC tərəfindən verilmiş ərizə əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 357/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-357/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-357/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver