Məhkəmə qərarları › İş №8(103)-358/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-358/2020

03.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-358/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 vermiş olduğu şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X6 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X4 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunasına dair məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilməsi barədə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-nin hesabından kredit müqaviləsi üzrə 47600 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə hesablanmış 16280 ABŞ dolları məbləğində faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxx” ASCnin hesabına ödənilməli və “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC və X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 673/01 saylı ipoteka müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir. Qeyd olunan icra sənədinə Yasamal Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-2832/2010 nömrəli məhkəmə qətnaməsinin “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu MMC vəX5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 673/01 saylı ipotekamüqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir” cümləsinə isə “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilə verilmiş xx xxx 2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın mülkiyyətçiyə qaytarılması” kimi izah verilmişdir. Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010- cu il tarixli icra sənədinə və icra sənədinə izah verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin 2(004)- 2832/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “A” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunmasına dair tələb yoxdur. İş üzrə Borclu MMC Yasamal Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən “xxxxxxxxxxxxxxxxxx” ASC-yə olan borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri X7 Rayon Məhkəməsinin 2(004)-2832/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X6 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-91/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində araşdırılma nəticəsində müəyyən olunmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Borclu X9 və X5 arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 673/01 ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, yəni Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “a” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 37 nömrəli mənzilə verilmiş xx xxx 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın mülkiyyətçi X2 qaytarılması qət edilmişdir. Bununla əlaqədar icra məmuru tərəfindən ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-dən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sözügedən mənzilin ipoteka yüklülüyündən azad olunmasına dair məktub göndərilməsi xahiş olunmuşdur. Həmçinin, qərarın məzmunundan görünür ki, Yasamal rayon məhkəməsinin adıçəkilən qətnaməsi ilə mübahisəli mənzilin mülkiyyətçisi olan Svetlana Məmmədovanın üzərinə borcun qaytarılması ilə bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X3 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər qərardadın dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, icra məmuru icra sənədinin icrası məqsədilə mümkün ola biləcək tədbirləri görmüşdür. İcra məmurunun hərəkətlərinin qanunsuz sayılması üçün heç bir əsas yoxdur. Tələbkar bu barədə sübutlar məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğv prosesində olmasına, bu səbəbdən də «Banklar Haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.5-ci maddəsinə əməl edilməsinin zəruri olmasına istinad edilmişdir. Qanunun həmin müddəasına görə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan dayandırılır. Göründüyü kimi, bu maddədə söhbət yalnız bankın aktivlərinə yönəlmiş icra sənədlərinin icrasından gedir. Mübahisələndirilən icra sənədindən isə görünür ki, barəsində ipoteka yüklülüyündən azad olunmasına dair ƏMDK-nə məktub göndərilmiş mənzil tələbkar Svetlana Məmmədovanın xüsusi mülkiyyətindədir və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmçinin, Svetlana Məmmədovanın bank qarşısında hər hansı bir öhdəliyinin olmadığı müəyyən edilmişdir. Deməli, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,5362 ha torpaq sahəsində yerləşən, 35 “a” nömrəli, 9 mərtəbəli binada yerləşən 33,0 kv metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 37 nömrəli mənzil tələbkarların bank qarşısında olan hər hansı öhdəliyinin təminatı kimi çıxış etmir. Belə olan halda, kollegiyanın qənaətinə görə, həmin mənzil bankın aktivi hesab edilə bilməz. Bu səbəbdən də, kollegiya şikayətçinin «Banklar haqqında» Qanunun 72.1.5-ci maddəsinə istinad etməsini düzgün hesab etmir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tələbkar ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar