Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-358/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 8(001)- 2594/2018 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 8(001)- 2594/2018 saylı qərardadı ilə Binəqədi rayon İcra şöbəsinin icra məmurunun təqd imatı təmin edilmiş, Borclu adına aşkar olunmuş “VAZ 21063” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı və “Volksvagen Golf” minik markalı, 10- RO-628 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 8(001)-2594/2018 saylı qərardadından şikayət vərərək, həmin qərardadın qismən ləğv edilməsini və “VAZ 21063” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2145/2016 saylı, 07 iyun 2016-cı il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus banklarda olan hesablaşma hesablarında ödənilməsi üçün yetərli pul vəsaiti olmadığından, məhkəmə borclunun adına aşkar olunmuş “VAZ 21063” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı və “Volksvagen Golf” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimata baxaraq, təqdimatın təmin olunması, Borclu adına aşkar olunmuş avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarmışdır. Lakin məhkəmənin bu qərardadı ilə razılaşmaq olmaz, qərardad qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Ona görə də aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. O, "VAZ 21063” markalı, **-EO-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 21 noyabr 2010-cu il tarixdə Borclu almış və həmin tarixdən də faktiki olaraq onun istifadəsindədir. Avtomobil onun istifadəsində olduğu müddətdə belə bir qərardadın çıxarılmasından məlumatı olmamış, bu yaxınlarda avtomobil saxlanılarkən üzərinə həbs qoyulması barədə məlumat almışdır. Həmin şəxsin mülkiyyətində başqa nəqliyyat vasitəsi də vardır. Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən X2 və Borclu müştərək qaydada cəmi 5.489 ABŞ dolları məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Borclu mülkiyyətində olan "Volksvagen Golf' markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin də üzərinə həbs qoyulmuşdur və həmin avtomobilin dəyəri borcun ödənilməsinə yetərlidir. Belə bir qərardadın mövcudluğu onun hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və o, avtomobilindən istifadə edə bilmir. Bu nəqliyyat vasitəsi onun şəxsi əmlakı hesab edilir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 8(001)- 2594/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra sənədi üzrə olan borc ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasının təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. İkincisi, X3 avtomobili faktiki olaraq etibarnamə əsasında almasını bildirməsi qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas ola bilməz. Üçüncüsü, mübahisəli avtomobilə dair mülkiyyətçi tərəfindən X4 etibarnamə verilməsi də sonuncunun həmin avtomobilin mülkiyyətçisi olmasını təsdiq etmir. Ona görə də qeyd olunan avtomobil İlham Quliyevin mülkiyyəti sayılmır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 8(001)- 2594/2018 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 8(001)- 2594/2018 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-358/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-358/2021
22.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver