Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-359/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 8(007)-279/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Elman İsrafilov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədinə əsasən Tələbkar övladı xx.xx.2019cu il təvəllüdlü X2 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dən saat 16:00-dək ünsiyyətdə olmaq hüququ verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu hal barədə müxtəlif tarixlərdə tələbkarın iştirakı ilə aktlar tərtib edilmişdir. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun məcburi gətirilməsi haqqında qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Qeyd edilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra şöbəsinə gətirilməsi və qərardadın icrasının Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edliməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə həmin məhkəmənin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan qərardadla borclunun hüquqları kobud şəkildə pozulmuş, məhkəmə tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, Tələbkar övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00dək, iki və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dən saat 16:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra şöbəsinin borclunun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunun Dəmirçi kəndində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Aktların surətlərindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1357/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası baş tutmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan RespuBlikası Qanqmın 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyiyerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, icra şöbəsinin icraatında olan icra sənədi üzrə borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə məhkəmə hesab edir ki, təqdimat təmin edilərək sözügedən borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-359/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-359/2022
26.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver