Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-359/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-284/2024 saylı icra sənədinə əsasən Tələbkar ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Ş_291001 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4 blok, 10 mərtəbə, ümumi sahəsi 84,4 kv.m olan, 291 nömrəli mənzili, xx.xx.2018-ci il tarixli Ş_48002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 11 mərtəbə, ümumi sahəsi 136,6 kv.m olan, 48 nömrəli mənzili və xx.xx.2018-ci il tarixli Ş_216002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3 blok, 12 mərtəbə, ümumi sahəsi 81,5 kv.m olan, 216 nömrəli mənzilin "xxxx" MMC tərəfindən Tələbkar təhvil verilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(007)-284/2024 saylı icra sənədinin icrası ilə bağlı çətinlik yarandığını nəzərə alaraq icra sənədində qeyd olunan “mənzillər "xxxx" MMC tərəfindən Tələbkar təhvil verilməlidir” ifadəsinin icra qaydasında izah olunmasını, həmin ifadənin özündə “icra məmuru tərəfindən həmin mənzilin məcburi qaydada Tələbkar təhvil verilməsini” ehtiva edibetməməsi barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin cəzaçəkmə müəssisəsində saxlanılması və giriş qapısının bağlı olması səbəbindən icra sənədini icra etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 284/2024 saylı qətnaməsinin nəticə hissəsində “Tələbkar ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Ş_291001 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4 blok, 10 mərtəbə, ümumi sahəsi 84,4 kv.m olan, 291 nömrəli mənzili, xx.xx.2018-ci il tarixli Ş_48002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 11 mərtəbə, ümumi sahəsi 136,6 kv.m olan, 48 nömrəli mənzili və xx.xx.2018-ci il tarixli Ş_216002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3 blok, 12 mərtəbə, ümumi sahəsi 81,5 kv.m olan, 216 nömrəli mənzili "xxxx" MMC tərəfindən Tələbkar təhvil verilsin” cümləsinə qeyd olunan mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilməsi kimi izah verilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilərək, ərizə rədd olunmuşdur. Tələbkar sonuncu qərardaddan şikayət vermiş, şikayətini ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, məhkəmə bu dəfə qərara gəlmişdir ki, hüquqi şəxsin direktorunun cəzaçəkmə müəssisəsində olması onun funksiyalarının icrasını mümkünsüz edən hal deyil və müvafiq icra tədbirləri həmin hüquqi şəxsin digər səlahiyyətli nümayəndələri və ya təmsilçiləri tərəfindən icra olunmalıdır. Beləliklə, nəticə etibarilə, dövlət adından çıxarılmış xx.xx.2024-cü iltarixli qətnamə bu günə qədər icra olunmamış qalmaqda davam edir. Qətnamənin icra edilməməsi və icranın həyata keçirilməsi üçün qanuni mexanizmin təmin edilməməsi ədalət mühakiməsinin effektivliyinə ciddi zərbə vurur, məhkəmə qərarlarının hüquqi qüvvəsini formal səviyyəyə endirir və ictimaiyyətin məhkəmə sisteminə olan inamını azaldır. Mövcud reallıq onu göstərir ki, "xxxx" MMC-nin direktoru azadlıqda deyil və digər səlahiyyətli şəxslər müəyyən edilmədiyindən, məhkəmə qərarının yerinə yetirilməsi yalnız icra məmurları vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən, izahedici qərardadın ləğvi hüquqi və praktiki baxımdan əsassızdır. Nizami Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Nizami Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra məmuru öz ərizəsində Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə deyil, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Onun müraciətinin hüquqi əsasını Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsi deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi təşkil edir. İşə baxan məhkəmə isə öz qərarını MPM-in 230cu maddəsinə istinad etməklə əsaslandırmış və eyni zamanda qeyd etmişdir ki, borclu hüquqi şəxsin direktorunun cəzaçəkmə müəssisəsində olması icra sənədinin icrasını mümkünsüz edən hal deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1, 14.2-ci maddələrinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Kollegiya nəzərə alır ki, "İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi (rəhbəri) X2 hazırda 2 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində cəza çəkdiyindən ondan mənzillərin iddiaçı Tələbkar təhvil verilməsi öhdəliyinin icrasının tələb edilməsi mümkün deyil. Bu səbəbdən, eləcə də icra sənədinin uzun müddət icrasız qalmasının və bununla da ədalətli araşdırma hüququnun pozulmasının qarşısını almaq məqsədilə icra sənədinə izah verilməsinə zərurət vardır. Yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qətnaməyə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(007)-284/2024 saylı icra sənədində qeyd olunan “mənzillər "xxxx" MMC tərəfindən Tələbkar təhvil verilsin” ifadəsinə “qeyd olunan mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoru, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxs, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə isə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən həyata keçirilməli olmasını ehtiva edir” kimi izah verilməlidir. “İcra haqqında” Qanunun 43.1.4-ci maddəsində icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin icra sənədinə izah verilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-284/2024 saylı icra sənədindəki “Tələbkar ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Ş_291001 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4 blok, 10 mərtəbə, ümumi sahəsi 84,4 kv.m olan, 291 nömrəli mənzili, xx.xx.2018-ci il tarixli Ş_48002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 11 mərtəbə, ümumi sahəsi 136,6 kv.m olan, 48 nömrəli mənzili və xx.xx.2018-ci il tarixli Ş_216002 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3 blok, 12 mərtəbə, ümumi sahəsi 81,5 kv.m olan, 216 nömrəli mənzili "xxxx" MMC tərəfindən Tələbkar təhvil verilsin” ifadəsi özündə həmin mənzillərin təhvil verilməsinin "xxxx" MMC-nin direktoru, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxs, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə isə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən həyata keçirilməsini ehtiva edir” kimi izah verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-359/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-359/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver