Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-36/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2400/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar banklarda olan borcluya məxsus hesablaşma hesablarında tələbin ödənilməsi üçün yetərli pul vəsaiti olmadığı halda, tələbin Borclu adına aşkar olunmuş əmlaklar üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2400/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Borclu adına “Nissan” minik markalı **-SF- *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi qərara alınmışdır. Savaş Odunçu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurov və Borclu barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2400/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu 43.010 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmiş, borc borclu olan şəxsin mülkiyyətində olan avtomobillərə yönəldilmiş, xx.xx.2020-ci il tarixli qərardadla “Hyundai Sonata” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı və “Nissan GT-R” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Borclunun qətnamənin icrasından yayınması səbəbindən qətnamə hələ də icra edilməmiş qalmaqdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi onun hərrac vasitəsilə satılmasının qarşısını alaraq, borcun ödənməsini mümkünsüz etmişdir. Digər “Nissan GT-R” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə üzərinə həbs qoyulsa da, hal-hazırda həmin avtomobil borclunun istifadəsində qalmaqda davam edir və borclu tərəfindən bilərəkdən gizlədilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2400/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar təqdimatına əsasən Borclu adına olan “Hyundai Sonata” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qoyulmuş həbs saxlanılmış, şikayət qalan hissədə təmin edilməmişdir. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 həvalə edilmişdir. Qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2400/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar verilmiş təqdimatın təmin edilməməsi, “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı işin hallarına məhkəmə tərəfindən düzgün qiymətləndirilmədən və iddiaçının maraqları nəzərə alınmadan qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 59/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2400/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən məlum olur ki, Borclu Savaş Odunçunun xeyrinə 43.010 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2400/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Borclu adına “Nissan” minik markalı **- SF-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “borclunun əmlakının axtarışı barədə” Qərara əsasən üzəriə həbs qoyulmuş “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı və “Nissan GT-R” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilməsi və Binəqədi rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X1 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, 8(001)-59/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi, həmçinin borcun yönəldildiyi və üzərinə həbs qoyulması barədə qərardad olan digər avtomobilin - “Nissan GT-R” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışının nəticəsinin olmaması və borcun həmin avtomobilə yönəldilməsini əsaslı şübhə altına aldığından “Hyundai Sonata” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-59/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-36/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-36/2021
03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver