Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-36/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X8 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadından X10 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: X10 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin qərarından məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra şöbəsi xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı icra sənədi üzrə İcra haqqında qanunun 70.4-cü maddəsinə əsasən, yəni icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması əsası ilə xx.xx.2023-cü il tarixli qərarla iddiaçı X12 cavabdeh Borclu və qeyrilərinə qarşı əmlakın boşaldılması və təhvil verilməsinə dair iddiası əsasında çıxarılmış icra vərəqəsi üzrə icraat mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarı qanunsuz və əsassız, həmçinin iddiaçının mənafelərinə ziddir. İcra məmuru öz qərarını əsaslandırarkən icra sənədinə əsasən əmlakın boşaldılaraq tələbkara təhvil verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, həmin mənzilin boşaldılması və təhvil verilməsi barədə məcburi icra tədbiri icra edilərkən evdə X9 adlı şəxsin yaşadığı və həmin mənzildə Borclu yaşamadığı müəyyən edilmişdir. Həmçinin mənzildə yaşayan şəxsin deməsinə görə, həmin mənzili ona əri alıb və orada təqdim etdiyi arayışlara əsasən xx.xx.2020-ci ildən orada yaşayır. Lakin icra məmuru Sadıqov Sabirin ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan mənzilin mülkiyyətçisi olması faktını bildiyi halda, həmin mənzili orada yaşayan qadının deməsinə görə ərinin almasını arqumentini və ərinin kimliyini araşdırmamış və mənzilə dair X9 adlı şəxsin hər hansı hüquqlarının mövcudluğunu müəyyən etmədən qanunsuz qərar qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Daha sonra Borclu nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin «İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması» haqqında xx.xx.2023-cü il tarixli qərarından X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə artıq neçə illərdir ki, X9 ailə üzvləri ilə birlikdə yaşayır, mənzil də MTK-dan verilmiş arayışdan da göründüyü kimi məhz X6 məxsusdur. Bu vəziyyətdə Borclu, əvvəla X4 mənzili boşaltmasını tələb edə bilmir, digər tərəfdən tələb etsə də, həmin şəxs mənzili əvəzli olaraq əldə etdiyindən, mənzilə görə ödəmiş olduğu vəsait ona qaytarılmadan mənzildən çıxmaz və həmin mənzili boşaltmaz. Mülki işdən göründüyü kimi Borclu mənzili "xxxx" MMC-dən, sonuncu ilə Borclu arasında bağlanmış müqavilə əsasında əvəzli olaraq almış və mənzilə görə "xxxx" MMCyə mənzilin dəyərini tamamilə ödəmişdir. Bundan sonra mənzilin təmirinə külli miqdarda vəsait xərcələyərək onu təmir etdirmişdir. Bundan sonra da mənzili X2. Lakin mənzil Borclu tərəfindən X1, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmadığından, mənzilin alqı-satqısına dair notariat qaydasında müqavilə bağlamaq mümkün olmamış, bu səbəbdən belə müqavilə bağlanmadan mənzil Borclu tərəfindən satılmış və X9 da mənzili əvəzli olaraq Borclu alıb, həmin mənzilə ailə üzvləri birlikdə köçmüşdür. Hazırda mənzil X5 istifadəsində və sahibliyindədir və X9 mənzili əvəzli olaraq Borclu aldığından mənzilin sahibi də o hesab olunur. Borclu mənziili "xxxx" MMC-dən əvəzli olaraq alıb, külli miqdarda vəsait sərf edib təmir etdirdikdən sonra X2 və mənzili sonuncuya təhvil vermişdir. Belə bir vəziyyətdə icra məmuru hazırkı icra sənədinin icrası qaydasında, həmin icra sənədi üzrə borclu olmayan, digər tərəfdən mənzili satın alıb orada ailəsi ilə birlikdə bu əsasla yaşadığını bildirən şəxsi, hazırkı halda X7, ailəsi ilə birlikdə, yaşadığı mənzildən çıxara bilməz. Bunu edərsə, icra məmuru səlahiyyət həddini aşmış, icra sənədində göstərilməyən hərəkətləri özbaşına etmiş olar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X10 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək qərardadın ləğv edilərək, icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı qanunsuz və əsassız, həmçinin iddiaçının mənafelərinə ziddir. Belə ki, icra məmuru öz qərarını əsaslandırarkən icra sənədinə əsasən əmlakın boşaldılaraq tələbkara təhvil verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, həmin mənzilin boşaldılması və təhvil verilməsi barədə məcburi icra tədbiri icra edilərkən evdə X9 adlı şəxsin yaşadığı və həmin mənzildə Borclu yaşamadığı müəyyən edilmişdir. Həmçinin mənzildə yaşayan şəxsin deməsinə görə, həmin mənzili ona əri alıb və orada təqdim etdiyi arayışlara əsasən xx.xx.2020-ci ildən orada yaşayır. Lakin icra məmuru Sabir Sadıqovun ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan mənzilin mülkiyyətçisi olması faktını bildiyi halda, həmin mənzili orada yaşayan qadının deməsinə görə ərinin almasını arqumentinə ərinin kimliyini araşdırmamış və mənzilə dair X9 adlı şəxsin hər hansı hüquqlarının mövcudluğunu müəyyən etmədən qanunsuz qərar qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsinə şikayət edən Borclu da öz şikayətində yuxarıda qeyd edilənlərdən əlavə qeyd etmişdir ki, o mənzili əvəzli şəkildə satmışdır. Amma mənzilə dair müqaviləsi etibarsız hesab edilmiş borclunun həmin mənzili satması qanunsuzluqdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X10 tərəfindən verilmiş şikayətə yenidən hüquqi qiymətin verilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Borclu tərəfindən boşaldılaraq iddiaçı X13 təhvil verilməsi qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədinin icra olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə icra yerinə gedilmiş, mənzilin qapısı döyülmüş və qapını açan X9 adlı şəxs bildirmişdir ki, mənzili onun həyat yoldaşı almışdır. Onlar bu ünvanda xx.xx.2020-ci il tarixdən hazırki tarixədək yaşayırlar və mənzildəki əmlaklar özlərinə məxsusdur. Bu mənzildə Borclu adlı şəxs yaşamır. Bu səbəbdən qətnamədə digər şəxslərin çıxarılması nəzərdə tutulmadığı üçün qətnamənin icrasını mümkünsüz hesab edərək, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi “Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X10 tərəfindən verilmiş şikayət təmin edilməməsi” barədə nəticəyə gələrkən hesab etmişdir ki, icra sənədində mənzilin məhz Borclu tərəfindən boşaldılması qeyd olunsa da, icma məmuru tərəfindən həmin mənzildə Borclu deyil, mənzili dəyərini ödəmiş, lakin mülkiyyət hüququnu rəsmiləşdirməmiş, bununla belə mənzilə “legitim gözlənti” əsasında hüquqları olan X5 ailəsi ilə birlikdə yaşadığını müəyyən etmişdir. Bu səbəbdən də icra məmuru icra vərəqində qeyd olunmamış icra hərəkətlərini həyata keçirmək iqtidarında olmadığından X3 ailəsi ilə birlikdə mənzildən çıxarılmasını tələb edə bilməmişdir. Həmçinin icra məmuru məhkəmə tərəfindən X5 mənzildən çıxarılmalı olmasını müəyyən etmədiyi halda, onun ailəsi ilə birlikdə mənzildən çıxarılması istiqamətində hərəkətlər etmək səlahiyyəti yoxdur və icra vərəqinin icrasız geri qaytarılması qanuni əsaslardan irəli gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam olaraq araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından görünür ki, MTK tərəfindən verilmiş arayışda ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzilin X6 məxsus olduğu qeyd olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Borclu mənzili "xxxx" MMC-dən müqavilə əsasında əvəzli olaraq almış və mənzilə görə "xxxx" MMC-yə mənzilin dəyərini ödəmişdir. Lakin iş materiallarında sözügedən mənzilin X6 məxsus olması təsdiq edən kifayət qədər sübutlar (məsələn, daşınmaz əmlakın alqı-satqısına dair nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi, çıxarış və s) olmamış və məhkəmə tərəfindən onun həmin mənzildə yaşamasının hüquqi əsasları yoxlanılmamışdır. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə tələbkara verilməli olan mənzilin hansı qaydada, nə zaman (qəbul edilmiş qətnamədən əvvəl və ya sonra) başqa şəxsə satılması və ya MTK tərəfindən hansı əsasla sözügedən mənzilin X6 məxsus olması barədə “arayış” verilməsini birinci instansiya məhkəməsi müəyyən etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi R.Ramazanovanın “legitim gözlənti” olmasını qeyd etsə də hazırki mübahisənin mahiyyəti məhz ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Borclu tərəfindən boşaldılaraq iddiaçı X13 təhvil verilməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin nümayəndəsini və Rəna Ramazanovanı prosesə cəlb edərək, icra işinin materiallarını tam araşdırmaqla, eləcə də, sonuncu ilə Borclu arasında hər hansı müqavilə və ya qohumluq münasibətlərinin olub-olmamasını müəyyən etməklə müvafiq nəticəyə gəlməli idi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirib-keçirməməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bu qərardadın təsviri hissəsində qeyd edilənlər əsasında şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, tələbkar tərəfindən verilmiş şikayət araşdırılmalı və ona yenidən hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X10 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-36/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-36/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver