Məhkəmə qərarları › İş №8(103)-36/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-36/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-36/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi, Borclunun nümayəndəsi Vəkil2 iştirakı ilə e-2(011)-4246/2024 saylı iş üzrə iddiaçı X6 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurlarının hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi və icra işinin davam etdirilməsi barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1197/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından E.A.Əsgərov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X6 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən icra vərəqəsinin, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarının tam şəkildə icra edilməsi, habelə icra vərəqəsini icra etməyən şəxslər barəsində zəruri tədbirlər görülməsini xahiş etmişdir E.A.Əsgərovun nümayəndəsi və vəkili Vəkil1 daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(011)-4246/2024 saylı və xx.xx.2024-cü il tarixli, e-2(011)-4246/2024 saylı qərardadlarının icrası ilə bağlı icra məmurları X3 və X4 hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra işinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin hakimi e-2(011)- 4246/2024 saylı iş üzrə iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ərizə iddiaçı X6 cavabdeh Türkiyə Respublikasının “X19 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X22” Nümayəndəliyinə qarşı pul tələbinə dair iş Sizin icraatdadır. X13 xx.xx.2011 -cİ ildə Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləmiş. İşlədiyi 12 ildən artıq müddətdə qüsursuz fəaliyyət göstərmişdir. Tələbkar bildirir ki, işlədiyi müddətdə dəfələrlə təşəkürnamə, diplom və fəxri fərmanlarla təltif edilmişdir. Onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-ci maddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00dan saat 14:00-dəkdir. Bildirir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə onun əməyi istismar edilmiş, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxartmışdır. Hər dəfə etiraz etdikdə gecə işlədiyi üçün əmək haqqı verəcəklərini, razı olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən çıxaracağı ilə hədələmişlər. Onun da başqa gəlir yeri olmadığı üçün məcburiyyət qarşısında qalıb işləmiş, iş materiallarına əlavə edilmiş “Sosial arayış"dan görünür ki, iş vaxtı 09:30-17:30, nahar fasiləsi isə 12:30-13:30 kimi müəyyənləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə şərtlərini və qanunvericilik normalarını pozaraq əməyini istismar etmişdir. Ərizəyə əlavə edilən iş cədvəlindən də göründüyü kimi əmək haqqı ödənilmədən gecə vaxtları əməyi istismar edilmişdir. Etiraz etdikdə buna görə də əmək verəcəklərini bildirmişlər, lakin hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. Gecə vaxtı işlədiyi müddətə ona 75.000 (yetmiş beş min) manat əmək haqqı ödənilməli olduğu halda heç bir ödəniş olmamışdır. Artıq onun etirazlarını görüb, baş ofisə çağıraraq ona təzyiq altında ərizə yazdırıb işdən azad etdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyul 2001 -ci il tarixli, 9- 1 qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə izahat”ın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001- ci il tarixli 74 nömrəli qərarı na əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Tələbkarı təzyiq altında ərizə yazdırıb işdən çıxdığım gün belə gecə vaxtı əməyi istismarı ilə bağlı heç bir ödəniş edilməmişdir. Qeyd edilənlərlə bağlı butun sübutlar və sənədlərlə X10 Xidmətinə şikayət etsəm də, müfəttişlik heç bir tədbir görməmişdir. Hətta X10 öz cavablarında belə tərəfimdən sənədlərin təqdim edilməsini bildirmişdir. Bundan başqa, bildirmişlər ki, müəssisə sənədləri təqdimetmədiyi üçün müraciəti başa çatdırmaq mümkün olmamışdır. Bildirir ki, 13 il qüsursuz xidmət etmiş, 50-dən çox sertifikatı, və təşəkürrünaməsi var. İngilis dilini mükəmməl bilirəm, digər işçilərə həmişə nümunə olmuşdur. Onun kimi təcrübəli, professional işçinini öz maraqları naminə aralarında bağlanmış əmək müqaviləsinin şərtlərinə zidd olaraq əməyinin istismar edilməsi, hədəqorxu, təzyiq altında ərizənin yazdırılması onda çox böyük təssüf hissi doğurmaqla, yeganə gəlir mənbəyindən məhrum edilməyinə, mənəvi iztirab çəkməyinə səbəb olmaqla bərabər qanunvericlik normalarının heçə sayılmasının əyani nümunəsidir. Cavabdeh tərəfindən zəruri sənədlər nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə, nədə ki, məhkəməyə təqdim edilmişdir. X12 vəsatətlə məhkəməyə müraciət edərək, zəruri sənədləri təqdim edilməsini xahiş etmişdir. Ekspertin vəsatət verməsinə, habelə məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sənədlər təqdim edilməmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən X6 “X20 Anonim şirkətinin Azərbaycan Respublikasındakı “X20" Nümayəndəliyində işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, tam aydın şəkildə, bütün aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə - vergilərə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü və imzalı), ödəniş sənədləri, ştat cədvəli, əmək müqaviləsi və əlavələr (iş rejimi, vəzifə və əmək haqqı göstərilməklə), əmək müqaviləsində olunmuş dəyişikliklər barədə əmrlər, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanlası üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, bayram və qeyri-iş günlərində işə çıxma barədə əmrlər və ödənişlər üzrə sənədlər, iş normasından artıq və gecə saatlarında işə cəlb edilmə barədə əmrlər və hesablanma cədvəllərinin təqdim edilməsi son dərəcə zəruridir. Xətai Rayon Məhkəməsinin 11,09.2024-cü il tarixli, e-2(011 )- 4246/2024 saylı Qərardadı ilə, X8 dair “X20 Anonim şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyində işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, tam aydın şəkildə, bütün aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, (tam açıqlanması iləvergilərə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü və imzalı), ödəniş sənədləri, ştat cədvəli, əmək müqaviləsi və əlavələr (iş rejimi, vəzifə və əmək haqqı göstərilməklə), əmək müqaviləsində olunmuş dəyişikliklər barədə əmrlər, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanması üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, bayram və qeyri-iş günlərində işə çıxma barədə əmrlər və ödənişlər üzrə sənədlər, iş normasından artıq və gecə saatlarında işə cəlb edilmə barədə əmrlər və hesablanma cədvəllərinin cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi, həmçinin qərardadın icrası Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərara alınmışdır. Cavabdeh tərəfindən icra mərhələsində sənədlər natamam təqdim edilmişdir. Ərizəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən e-2(011)-4246/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında ərizəyə etiraz edərək bildimişdir ki, onlarda mövcud olan sənədləri təqdim etmişlər, iddiaçının tələb etdiyi dövr uzun olduğu üçün qalan dövrlər üzrə sənədlər mövcud olmadığından, ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1197/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X1 şikayət verərək, onun ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmiş, şikayətini ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətə iddia icraatı qaydasında şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən e-2(011)-4246/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və icra məmurları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1197/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizənin araşdırılması məqsədilə müvafiq icra işləri məhkəməyə təqdim edilmiş və aşağıdakı sənədlər öyrənilmişdir. İcra işində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X8 dair son haqq-hesabın hesablanması və ödənişi, şəxsi uçot vərəqəsi, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və zəruri olan məlumatlar, xəstəlik vərəqələri və məlumatları, işçinin iş qrafiki, işə giriş-çıxışı barədə tabel cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməlidir. İcra işində olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən icraata başlanılmışdır. İcra işində olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024- cü il tarixli icra sənədinin könüllü icra edilməsi təklif edilmişdir. İcra işində olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tələb olunan məlumatların borclu tərəfindən elektron qaydada məhkəməyə göndərildiyi müəyyən edildiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024- cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra işində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X8 dair “X20 Anonim şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyində işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, tam aydın şəkildə, bütün aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə - vergilərə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, möhürlü və imzalı), ödəniş sənədləri, ştat cədvəli, əmək müqaviləsi və əlavələr (iş rejimi, vəzifə və əmək haqqı göstərilməklə), əmək müqaviləsində olunmuş dəyişikliklər barədə əmrlər, əmək haqqı və məzuniyyət barədə əmrlər, məzuniyyət və digər hallar üzrə əmr və hesablanması üzrə məlumat, xəstəlik vərəqələri və məlumatlar, bayram və qeyri-iş günlərində işə çıxma barədə əmrlər və ödənişlər üzrə sənədlər, iş normasından artıq və gecə saatlarında işə cəlb edilmə barədə əmrlər və hesablanma cədvəllərinin cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyi tərəfindən Xətai Rayon Məhkəməsinə təqdim edilməlidir. İcra işində olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən icraata başlanılmışdır. İcra işində olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyinə Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024- cü il tarixli icra sənədinin könüllü icra edilməsi təklif edilmişdir. İcra işində olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyinə verilən xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədi xx.xx.2024-cü ildə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmiş, lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq təmin edilmədiyindən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada məcburi icra tədbirlər tətbiq olunacağı bildirilmişdir. Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, onlarda mövcud olan sənədləri təqdim etmişlər, iddiaçının tələb etdiyi dövr uzun olduğu üçün qalan dövrlər üzrə sənədlər mövcud deyildir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. İşin hallarından aydın olur ki, e-2(011)-4246/2024 saylı iş üzrə iddiaçının sözügedən ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdeh Türkiyə Respublikasının “X19 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X22” Nümayəndəliyi ilə aralarında olan əmək mübahisəsi üzrə bütün zəruri sənədlərin əldə edilməsinə yönəlmişdir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi sənədlərin natamam formada təqdim edilməsi ərizəçini cavabdehə qarşı irəli sürdüyü tələbinin uğursuz nəticələnəcəyi baxımından narahat etmiş və hesab etmişdir ki, sənədlərin tələb olunan şəkildə verilməməsi icra məmurlarının qanunsuz hərəkət və ya hərəkətsizliyindən dolayı baş vermişdir. Lakin kollegiya hesab edir, icra məmurları tərəfindən icra sənədlərinin icrası ilə bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Belə ki, icra işlərinin tədqiqi nəticəsində müəyyən olumuş hallardan görünür ki, icra məmurları tərəfindən qərardadların icrası ilə bağlı icraata başlamaq haqqında qərarlar qəbul olunmuş, tələblərin icrası ilə bağlı borcluya bildirişlər göndərilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024- cü il tarixli icra sənədi icra olunduğundan icra məmuru Məşədiyeva Samirə tərəfindən icraata xitam verilməsi barədə qərar və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024- cü il tarixli icra sənədi icra olunmadığından icra məmuru Yusifli Türkay tərəfindən xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba cavab olaraq borclu bildirmişdir ki, onlarda mövcud olan sənədləri təqdim etmişlər, iddiaçının tələb etdiyi dövr uzun olduğu üçün qalan dövrlər üzrə sənədlər mövcud deyildir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4246/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunmaması icra məmurunun hər hansı hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olmamışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Kollegiya onu da qeyd edir ki, borclu Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X20” Nümayəndəliyi tərəfindən icra sənədlərində göstərilən sənəndlərin natamam formada təqdim edilməsinin nəticələrinə tərəflər arasında əmək mübahiəsi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul edilərkən qiymət veriləcəkdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1197/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar