Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-360/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009- cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-571/2020 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli (170 AZN:250 AZN=0,68) həddində indeksasiya olunması qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1, 269-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışın surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Borclu elektron kabinetinə yerləşdirilmişdir. Borclu tərəfindən tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmişdir. Belə ki, o, apellyasiya şikayəti vermək üçün müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və AR Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə istinadən qeyd edilmişdir ki, elektron kabinetindən göründüyü kimi, qərardadda qeyd edilən həmin tarixdə (xx.xx.2025) burada ümumiyyətlə hər-hansısa elektron sənədin yerləşdirilməsi (ona çatdırılması) barədə sübut (bildiriş) mövcud deyil (bax.:Foto 1) halbuki, hazırki xx.xx.2025 tarixli qərardadın burada xx.xx.2025 tarixində yerləşdirilməsi barədə lazımi sübut var (bax.:Foto 2). Belə ki, xx.xx.2025 tarixli qərardaddan verilən şikayətin geri qaytarılması üçün hakim tərəfindən istifadə edilən dəlil ki, guya sözügedən qərardad onun şəxsi elektron kabinetində xx.xx.2025 tarixində yerləşdirməsinə görə,onun verilməsinə dair 10 günlük müddət ötürülmüşdür, yanlışdır və qanunvericiliyin müddəalarına uyğun deyil. Çünki, elektron kabinetindən göründüyü kimi, qərardadda qeyd edilən həmin tarixdə (xx.xx.2025) burada ümumiyyətlə hər-hansısa elektron sənədin yerləşdirilməsi (ona çatdırılması) barədə sübut (bildiriş) mövcud deyil (bax.:Foto 1) halbuki, hazırki xx.xx.2025 tarixli qərardadın burada xx.xx.2025 tarixində yerləşdirilməsi barədə lazımi sübut var (bax.:Foto 2). Ümumiyyətlə,hazırki iş barədə məlumat elektron kabinetində ancaq onun xx.xx.2025 tarixdə məhkəməyə təqdim edilən ərizəsindən sonra qeydiyyata alındı və bu işə dair ilkin sənəd ancaq xx.xx.2025-ci il tarixində yerləşdirildi (bax.:Foto 3) xx.xx.2025 tarixli qərardad isə poçt vasitəsilə ona ancaq xx.xx.2025 tarixində rəsmən təqdim olundu. AR-sı MPM-nin 135.6-cı maddəsi: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. AR-sı MPM-nin 389-cu maddəsi: “Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.” Onu da qeyd etmək lazımdır ki,hakim tərəfindən hazırki iş üzrə rəsmi sənədlərin tərəflərə çatdırılması ilə bağlı belə qanunazidd hərəkət yeganə deyil: iş materiallarından göründüyü kimi,qanunun mütləq tələblərinə rəğmən,hakim tərəfindən “e-məhkəmə” İS-ki elektron kabinetinə xx.xx.2025ci il tarixli məhkəmə iclası barədə də ona elektron qaydada məlumat verilmir (elektron poçt,SMS və s.vasitəsilə),poçt vasitəsilə isə mənə xx.xx.2025-ci il tarixli məhkəmə iclası barədəki bildiriş-məktubu bu tarixdən bir həftə sonra (!) xx.xx.2025 tarixdə hakim tərəfindən imzalanılıb və xx.xx.2025-ci il tarixdə tarixdə dəftərxanaya təqdim edilib (bax.:iş materiallarına). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 263-269, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhələrdən kənar əsaslı hesab etmir və ləğv edilməsi üçün əsaslar müəyyən edir. Qərardadda qeyd edilmişdir ki, AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışa əsasən, Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Borclu elektron kabinetinə yerləşdirilmiş, Borclu tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmişdir. Lakin cavabdehin elektron kabinetindən təqdim etdiyi çıxarışlardan ona müzakirə edilən qərardadın çatması təsdiq edilmir. Kollegiya elektron məhkəmə sistemindən birinci instansiya məhkəməsinə aid sənəd dövriyyəsin (texniki cəhətdən) yoxlamaq imkanına malik olmadığından buna qiymət verilməsi və şikayətin mümkünlüyünün yenidən müzakirəsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini zəruri hesab edir. Belə ki, bu hallara qiymət verilmədən və məhkəmə tərəfindən müzakirə edilən məsələlər araşdırılıb müvafiq çıxarışlar (sübutlar) əlavə edilmədən qərardadın təkzibedilməzliyinə qiymət verilməsi mümkün deyildir. Qeyd edilən hallara dair təkzibedilməzlik kölgəsi salan başqa hal da müəyyən edilir ki, bunların da araşdırılması texniki imkanlar və səlahiyyət baxımından birinci instansiya məhkəməsinə aiddir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclası barədə bildiriş xx.xx.2025ci il tarixdə imzalanmışdır, xəbərnaməyə əsasən müəyyən edilir ki, bildiriş xx.xx.2025-ci il tarixində Borclu tərəfindən əldə edilmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. 138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. 138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər. Diqqətə çatdırılmalıdır ki, həmin məcəllənin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yenidən baxılan zaman şikayətin dəlilləri araşdırılmalı, əsaslı olduğu təqdirdə xx.xx.2025 tarixli qərardadın poçt vasitəsilə xx.xx.2025-ci il tarixində rəsmən təqdim olunması nəzərə alınmaqla və şikayətə müvafiq qiymət verməklə (prosessual hərəkətlər etməklə) xx.xx.2025 tarixli qərardaddan verilən şikayətə mahiyyəti üzrə baxılmalıdır. Diqqətə çatdırılımalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 140/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və borclunun şikayətinə yenidən baxılması üçün iş Xəzər rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №8(103)-360/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-360/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver