Məhkəmə qərarları › İş №8(103)-361/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-361/2021

23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Nümayəndə, icra məmuru Tural Aşurov, tələbkarlar X4 və X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-150/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadından borclu X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 rayon icra şöbəsinin icra məmurunun 25 may 2021-ci il tarixli məcburi gətirmə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, sözügedən qərar əsassız olduğundan ləğv edilməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı onunla əsaslandırılmışdır ki, guya borclu və nümayəndəsi olan atası X11 bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdirlər. Bu hal icra işində olan çoxsaylı görüşlərin qeydə alındığı video görüntülərlə və aktlarla təkzib olunur. Belə ki, uşaq atası ilə ünsiyyət üçün borclunun atası tərəfindən görüşə gətirilmişdir. Lakin görüş zamanı uşaq ağlayaraq atası və babası ilə görüşmək istəməmişdir. Bundan başqa borclunun nümayəndəsi ərizə ilə icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə icraya heç bir maneçilik törətmədiklərini bildirmişdir. Səbail rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir(Sədrlik edən: İlkin Rüstəmli). X2 rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 8(009)- 150/2021 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən tələbkarlar R.Nəcəfov və İ.Nəcəfov şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, borclu son icra tarixi olan 2021-ci ilin aprel ayından sonra məhkəmə aktını icra etməməsinin və bundan yayınmasının üzrlü səbəbi kimi heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir və bu səbəbdən icra məmurunun borclunun və nümayəndəsinin məcburi gətirilməsi haqqında qəbul etdiyi qərar əsaslıdır. Kollegiya borclunun nümayəndəsinin məcburi gətirilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə aktını icra etməli olan şəxs borclu X7 olduğundan, onun nümayəndəsi olan X6 məcburi gətirilməsi barədə qərar qəbul edilməsi əsassızdır. Belə ki, X11 borclunu məhkəmədə təmsil edən nümayəndəsi, eyni zamanda atasıdır. Onun icra sənədini icra etmək öhdəliyi olmadığından məcburi icra tədbirlərinə məruz qalması işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, birinci instansiya məhkəməsinini qərardadı borclunun nümayəndəsi X6 məcburi gətirilməsi hissəsində ləğv edilməlidir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-150/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı qismən ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-150/2021 saylı, 18.06.2021-ci il tarixli qərardadı borclunun nümayəndəsi X6 məcburi gətirilməsi hissəsində ləğv edilsin. X1 məcburi gətirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar