Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, Binəqədi rayon icra şöbəsinin “icra sənədi üzrə borclunun əmlakının üzərinə həbsin qoyulması” barədə təqdimatına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(001)-745/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Tələbkar ilə Borclu arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alğı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməli və 360720 manat məbləğində pul Borclu tutularaq Tələbkar verilməlidir. Binəqədi rayon icra şöbəsi (icra məmuru Ələddin Hüseynov) təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək üçün Borclu Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014- cü il tarixli 13 saylı protokolunun 36 saylı qərarından çıxarışa əsasən mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli akta əsasən alqı-satqı edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X2 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi və əmlak üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1733/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində yerləşən ümumi sahəsi 450 kv.m torpaq sahəsi barədə hər hansı sənədləşmə işlərinin aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmasının Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X2 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi qərara alınmışdır. Maraqlı şəxs həmin qərardadın onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək, ondan şikayət verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 8(001)- 745/2024 nömrəli qərardadı ilə (hakim Elnarə Vəliyeva) şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. MPM-in 267.1 və 267.2-ci maddələrinə görə Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən aktı ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən məhkəmə aktından şikayət verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq məhkəmə aktının həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə aktı həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxmış, lakin qərardadın şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunmasına ümumiyyətlə qiymət verməmiş (hansı sübuta və s. hallara əsasən qərardadın həmin şəxslərin hüquq və vəzifələrinə toxunması qeyd edilməmiş, yalnız prosessual normalara istinadlar olunmuşdur), məsələyə formal yanaşılmışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qərardadın maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, yalnız bundan sonra qanunvericiliklə nəzərdə tutulmuş sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, MPM-in 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Binəqədi rayon icra şöbəsinin “icra sənədi üzrə borclunun əmlakının üzərinə həbsin qoyulması” barədə təqdimatına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(001)-745/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-361/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-361/2024
25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver