Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-361/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Təyar qızının sədrliyi ilə, X6 və X3 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(006)-301/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X9 məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan İsmayıllı rayon, Tircan kəndi ünvanında yerləşən (190700053 qeydiyyat nömrəli, **********83 reyestr nömrəli) və (190700065 qeydiyyat nömrəli, **********95 reyestr nömrəli) torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4177/2024- 010 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən aşağıdakı əşyalar: Balkon: 1. 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 2. 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 3. 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 4. 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, Qonaq otağı: Mebel dəsti 5. 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 6. 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində,
7. 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 8. 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 9. 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 10.1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 11. 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 12.1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 13.1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, 14.İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 15.3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 16.1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 17.1 ədəd torşer 2 457,14 manat dəyərində, 18.1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, 19.İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, Mətbəx: 20.İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, 21.Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 22.6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 23.1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, 24.Pərdələr - 857,14 manat dəyərində, 25.İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, Yataq otağı: 26.İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, 27.İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, 28.İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 29.2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 30.1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, 31.İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, 32.İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, 33.İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, 34.İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, 35.İtaliya istehsalı veşilka - 200 manat dəyərində, Qarderob: 36.Mebel - 4.285,71 manat dəyərində, 37.Yazı masası - 371,43 manat dəyərində, 38.Ataman 1.171,43 manat dəyərində, 39.Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, Dəhliz: 40.1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, 41.Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində, 42.Aksessuarlar - 857,14 manat dəyərində, 43.Güzgü Türkiyə - 257,14 manat dəyərində, 44.1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 45.1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, 46.Tumbo - 342,86 manat dəyərində, Uşaq yataq otağı: 47.Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, 48.Çin istehsalı kamot - 191,43 manat dəyərində, 49.Çin istehsalı masa - 125,71 manat dəyərində, 50.Çin istehsalı stul - 44,57 manat dəyərində, 51.Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, 52.Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 53.1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində; Borclu alınaraq Tələbkar verilməlidir. Əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83.522,69 manat Borclu alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, aparılmış icra tədbirləri nəticəsində əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan İsmayıllı rayon, Tircan kəndi ünvanında yerləşən (190700053 qeydiyyat nömrəli, **********83 reyestr nömrəli) və (190700065 qeydiyyat nömrəli, **********95 reyestr nömrəli) torpaqlar vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-301/2025 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4177/2024 saylı icra sənədi üzrə Borclu məxsus olan: xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,532702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,5327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu X7 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(006)-301/2025 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 03 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Şikayət onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024-010 saylı xx.xx.2025-ci il tarixli icra sənədində göstərilmişdir ki, Tələbkar cehiz əşyaları naturada Borclu tərəfindən tələbkara verilməli, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 manat Borclu alınaraq Tələbkar verilməlidir. Həmin icra vərəqəsində ikinci cavabdeh kimi həmin cehiz əşyalarının saxlanıldığı mənzilin mülkiyyətçisi X5 göstərilmişdir. İcra vərəqəsinin icra edilməsi mərhələsində iddiaçı Tələbkar cehiz əşyalarını mənzilində saxlayan cavabdeh İlqar Nəcəfovdan cehiz əşyalarının iddiaçı Tələbkar verilməsini icra məmuru tərəfindən təklif verilmiş, lakin İlqar Nəcəfov əşyaların verilməsindən qəsdən imtina etmişdir. Buna görə Borclu Pirallahı Rayon Məhkəməsinə iddia ərizəsi verərək cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də olan mebel, elektrik məişət avadanlıqların alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadı ilə qeyd olunan iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə icraatında olan həmin mülki işdə göstərilmişdir ki, Tələbkar ilə Məhəmməd 21 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuş, Tələbkar cehiz əşyaları olan mebel və digər ləvazimatlar Məhəmmədin xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvana yerləşdirilmişdir. Onlar birgə nikah dövründə, yəni 9 il müddətində həmin əşyalardan istifadə etmişlər. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. 03 dekabr 2023-cü il tarixli, AN-İ №1006335 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Borclu xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu ünvan 1-i cavabdeh X1. Mənzildə olan olan əşyalar, mebel və elektrik məişət avadanlıqları cavabdehə satılmadığından iddiaçı tərəfindən sonra götürələcəyi barədə cavabdehə məlumat verilmişdir. Tələbkar Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan cehiz əşyalarının tələbi ilə məhkəməyə iddia ərizəsi vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tatixli qətnaməsi ilə Tələbkar iddiası təmin edilmiş, cehiz əşyalarının: məişət avadanlıqları, mebel və sair əşyaların iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası mərhələsində cavabdeh İlqar Nəcəfov əşyaların götürülməsinə icazə verməmiş, mənzilə icra məmuru Vüqar Qaralovu buraxmamış və müxtəlif maneələr yaratmışdır. Mənzildə olan əşyalar İlqar Nəcəfova satılmamış, onun mülkiyyətinə verilməmişdir. Buna baxmayaraq İlqar Nəcəfov mebel və məişət avadanlıqların iddiaçıya verməkdən imtina etmişdir. Bununla da cavabdeh İlqar Nəcəfov iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Buna görə Borclu Pirallahı Rayon Məhkəməsinə iddia ərizəsi verərək cavabdeh X2 Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan mebel, elektrik məişət avadanlıqları alınaraq iddiaçı Borclu verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin qətnaməsi ilə Borclu iddiası təmin edilərsə, Bakı şəhəri Xətai rayonu ünvan 1-də olan cehiz əşyaları Məhəmmədə veriləcəkdir. Borclu öz növbəsində həmin əşyaları Tələbkar təqdim edəcəkdir. Bununlada Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (xx.xx.2025-ci il tarixdə imzalanmışdır) İcra vərəqəsi tamamilə icra ediləcəkdir. İcra sənədində göstərilmişdir ki, iddiaçı Tələbkar cehiz əşyalarının cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar versin. İcra məmuruna bildirilmişdir ki, həmin əşyalar icra sənədi üzrə digər cavabdeh İlqar Nəcəfovun mülkiyyətində olan mənzildə saxlanılır. İcra məmurunun və tərəflərin tələbini icra etməyən İlqar Nəcəfov mənzilinə icra məmurunu və Borcluı buraxmır və məhkəmənin icra sənədinin icra edilməsinə qəsdən maneə yaradır. Yuxarıda göstərilənlərdən görünür ki, borclu icra vərəqəsi üzrə icraatdan yayınmır, əksinə icra vərəqəsinə uyğun olaraq tələbkarın əşyalarının verilməsi üçün zəruri addımlar atmışdır. Məhkəmə qərardadda “borclu tərəfindən öhdəliyin yerinə yetirilməməsini” göstərməkdə səhv etmişdir. Borclu icra vərəqəsində göstərilən “əşyalar tələbkara verilsin” hissəsini icra etmək üçün icra vərəqəsi üzrə digər cavabdeh İlqar Nəcəfovdan alınıb verilməsi üçün məhkəməyə müraciət etməklə aktiv hərəkətlər etmişdir. Həmin əşyalar olmadıqda borclu pul ödəməkdən yayınmayacaqdır. Lakin bu gün həmin əşyalar İlqar Nəcəfovun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektiev 10C mənzil 24-də yerləşir, həmin əşyalar götürülərsə, icra vərəqəsinin icrası mümkün olacaqdır. Bundan əlavə Borclu mülkiyyətində olan və məhkəmə tərəfindən üzərinə həbs qoyulan xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,532702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,5327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan borcluya məxsus torpaq sahəsinin 1 ha sahədən çox hissəsi satışa çıxarıla bilər və borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(006)-301/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4177/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu iddiaçıya məxsus böyük bakal-14 ədəd – 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan – 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr – 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)- 3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyaları alınaraq iddiaçı Tələbkar verilməlidir; ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 40 (qırx) manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 35 (otuz beş) manat iddiaçıya aid edilməlidir; iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyəri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı, Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd dəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqda onların dəyərini təşkil edən 5600 (beş min altı yüz) manat pul cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməlidir; aşağıdakı əşyalar: Balkon: 1. 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 2. 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 3. 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 4. 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, Qonaq otağı: Mebel dəsti 5. 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 6. 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 7. 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 8. 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 9. 1 ədəd İtaliya istehsalı kreslo2.671,43 manat dəyərində, 10.1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 11. 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 12.1 ədəd vitrinkamot - 3.428,57 manat dəyərində, 13.1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, 14.İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 15.3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 16.1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 17.1 ədəd torşer 2 457,14 manat dəyərində, 18.1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, 19.İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, Mətbəx: 20.İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, 21.Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 22.6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 23.1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, 24.Pərdələr - 857,14 manat dəyərində, 25.İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, Yataq otağı: 26.İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, 27.İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, 28.İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 29.2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 30.1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, 31.İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, 32.İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, 33.İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, 34.İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, 35.İtaliya istehsalı veşilka - 200 manat dəyərində, Qarderob: 36.Mebel - 4.285,71 manat dəyərində, 37.Yazı masası - 371,43 manat dəyərində, 38.Ataman 1.171,43 manat dəyərində, 39.Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, Dəhliz: 40.1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, 41.Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində, 42.Aksessuarlar - 857,14 manat dəyərində, 43.Güzgü Türkiyə - 257,14 manat dəyərində, 44.1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 45.1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, 46.Tumbo - 342,86 manat dəyərində, Uşaq yataq otağı: 47.Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, 48.Çin istehsalı kamot - 191,43 manat dəyərində, 49.Çin istehsalı masa - 125,71 manat dəyərində, 50.Çin istehsalı stul - 44,57 manat dəyərində, 51.Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, 52.Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 53.1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməlidir; əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83.522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manat cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra məmuru icra vərəqəsi üzrə icraata başlamış, xx.xx.2025-ci il tarixli bildirişlə icra şöbəsi tərəfindən borcluya icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi barədə müraciət ünvanlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu mülkiyyətində olan “Fiat 500 Abarth minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu mülkiyyətində olan İsmayıllı rayon, Tircan kəndi ünvanında yerləşən ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli və ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli mənzillərin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,532702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Borclu adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 3 saylı reyestr kitabının 145 saylı vərəqində qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,5327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Borclu adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 3 saylı reyestr kitabının 153 saylı vərəqində qeydiyyata alınmışdır. Kollegiya qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, məhkəmə borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimatı təmin edərək, Borclu məxsus İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,532702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və İsmayıllı rayonu, Tircan Kəndində yerləşən sahəsi 0,5327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoymuşdur. “İcra haqqında” Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4, 50.4.1-ci maddələrinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, təqdimatı təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Şikayətin dəlillərini əsasız hesab edən kollegiya qeyd edir ki, icra vərəqəsində iki borclunun qeyd edilməsindən asılı olmayaraq icra vərəqəsində göstərilən tələblərin məhz Borclu tərəfindən icra edilməsi göstərilmişdir. Nəhayət, Borclu digər borcluya qarşı əmlak tələbi irəli sürməsi onun hazırki icra sənədini icra etməməsi üçün əsas təşkil etməməklə, icra sənədinin icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulmasına mane olan hal deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 8(006)- 301/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Musayeva Cəmilə