Məhkəmə qərarları › İş №8(103)-363/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-363/2020

31.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-363/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından tələbkar Hüseynova Höküməxanım Minbudaq qızı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hüseynova Höküməxanım Minbudaq qızı ərizə məzmunlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məkhəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-1393/2015 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə məktubun məhkəməyə qaytarılmasına dair Borclu icra məmuru Şakir Bahadırovun hərəkətlərinin qanunsuz hesab edilməsi, icra işi üzrə qanuni tədbirlər görülməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(001)- 332/2020 saylı qərardadına əsasən, Borclu icra məmuru Şakir Bahadırovun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas olmadığından şikayətin geri qaytarılması qərara alınmışdır. Hüseynova Höküməxanım Minbudaq qızı həmin qərardaddan şikayət verərək ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş, bu isə icra məmurunun qırarının ləğvi ilə bağlı deyildir, icra məmuru icra sənədi üzrə yenidən icraya başlamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-332/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Hüseynova Höküməxanım Minbudaq qızınınhəmin qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış icra sənədi üzrə tərəflər, habelə Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-1393/2015 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında digər otaqlardan təcrid olunmuş formada yerləşən, 4/6 hissəsi Tələbkar, 1/6 hissəsi Hüseynova Höküməxanım Minbudaq qızının, 1/6 hissəsi X1 paylı mülkiyyətində olan bir otaqdan ibarət mənzilin açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölüşdürülməsi qərara alınmışdır. Mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx xxxx 2018-ci il tarixli rəyi ilə 23000 manat dəyərində qiymətləndirilmiş, “X2” MMC tərəfindən açıq hərraca çıxarılmış, lakin iştirakçı olmadığından hərrac baş tutmamışdır. İcra məmuru Şakir Bahadırov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə əsasən, mənzilin dəyərinin 5/6 hissəsini təşkil edən 19166,67 manat məbləğin icra şöbəsinin depozit hesabına köçürülməsi şərti ilə mənzil Hüseynova Höküməxanım Minbudaq qızına təklif olunsa da, təklifə münasibət bildirilməmiş, beləliklə də, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən, icrası mümkün olmadığı üçün xx xxxxxx 2019-cu il tarixli qərarla məhkəməyə qaytarılmışdır. Hüseynova Höküməxanım Minbudaq qızı ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etsədə icra məmurunun xx xxxxxx 2019-cu il tarixli Şakir Bahadırov xx xxxx 2020- ci il tarixdə icra vərəqəsini yenidən icra edilmədən məhkəməyə qaytarmış, əsas olaraq xx xxxxxx 2019-cu il tarixli “icrası mümkün olamayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarını mübahisələndirməmiş, həmin qərarın qüvvədən düşməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Hüseynova Höküməxanım Minbudaq qızının icra məmuru tərəfindən qəbul edilmiş qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək hüququ vardır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar